Month: April 2020

  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü – 33 yeni yoluxma

    Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.

  • Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək? – AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, hazırda ödənişlərin verilməsi prosesinə başlanılmayıb:

    “Biz tibb müəssisələrinə müraciət etmişik ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahısını bizə göndərsinlər. Daha sonra həmin siyahılar əsasında hesablamalar aparılacaq.

    Xəstəxanalardan göndərilən siyahılara uyğun olaraq tibb işçilərinə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş ödəmələr ediləcək. Hazırda tibb müəssisələrindən siyahıların əldə edilməsi mərhələsindəyik. Eyni zamanda, digər dövlət qurumları ilə birlikdə özümüzdə də müəyyən hesablamaları aparırıq.

    Qısa müddətdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

  • Единовременная выплата перечислена 400 000 человек – ФОТО

    В Азербайджане продолжаются единовременные выплаты в размере 190 манатов безработным и потерявшим работу из-за карантинного режима лицам из социально уязвимых слоев населения.

    Об этом сообщает Министерство труда и социальной защиты населения.

    До сегодняшнего дня средства перечислены 400 000 человек. По мере рассмотрения обращений будет обеспечена выплата еще 200 000 лиц.

    Тем, кому назначена выплата, приходит SMS на номер телефона, указанный во время регистрации. Если в сообщении указано “Азерпочт”, то для получения выплаты можно обратиться с удостоверением личности в любое почтовое отделение, а если конкретный банк – то в его филиал.






  • Nazirlikdən işini itirən aztəminatlı şəxslərə birdəfəlik ödəmə ilə bağlı AÇIQLAMA – FOTO/VİDEO

    İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı prosesi davam edir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, birdəfəlik ödəmə təyin edilən şəxsə qeydiyyata alınan zaman qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir və o, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilirsə, istənilən poçt şöbəsinə, bank göstərilirsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib, onun üçün köçürülmüş birdəfəlik ödəməni əldə edir.

    Bu günədək 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.







  • İlham Əliyev videobağlantı formatında görüş keçirdi – FOTO

    Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Litva Prezidenti Qitanas Nauseda Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik edib.

    Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

    Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd ediblər və pandemiya başa çatdıqdan sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildiriblər.

    Litva Prezidenti Qitanas Nauseda Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Proqramı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş edib.

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalanıb. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.

    Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Litva Prezidenti Qitanas Nauseda pandemiyaya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını bildirib.

    Prezident İlham Əliyev koronavirus pandemiyasının başladığı ilk günlərdən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu və ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq səyləri və əməkdaşlığı dəstəklədiyini vurğulayıb.


  • В Азербайджане прием документов для совершения хаджа не отменен полностью

    В Азербайджане прием документов для совершения хаджа временно приостановлен ввиду особого карантинного режима, но он полностью не отменен.

    Об этом сообщили Trend в Управлении мусульман Кавказа (УМК).

    Отмечается, что Саудовская Аравия пока не направляла уведомление о приостановке паломничества в связи с угрозой коронавируса.

    Согласно информации, до введения в Азербайджане особого карантинного режима более 250 человек обратились по вопросу совершения хаджа.

    В УМК подчеркнули, что пока рано что-то говорить об отмене или проведении паломничества. В ведомстве уточнили, что решение будет принято в соответствии со сложившейся ситуацией.

    Отметим, что стоимость хаджа – 4 490 долларов. В прошлом году эта сумма составляла 4 285 долларов. Удорожание связано с ростом цен на гостиничные услуги и введением визовых сборов.

    Прием документов для совершения паломничества начался 27 января.

  • Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu ləğv edilib?

    Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu karantin rejiminin tətbiq edilməsi səbəbindən müvəqqəti dayandırılsa da, ləğv edilməyib.

    Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

    Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bildiriş gəlməyib.

    Bildirilib ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

    Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur.

    Vurğulanıb ki, indidən Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə söz demək çətindir. Proseslərin gedişinə uyğun qərar qəbul olunacaq.

    Qeyd edək ki, ziyarətin qiyməti 4 490 dollar olacaq. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

    Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-də başlayıb.

  • Dubayda bir aylıq karantindən sonra ticarət mərkəzləri açıldı – VİDEO

    Dubayda koronavirus epidemiyası ilə əlaqədar bir aydır ki, bağlı olan ticarət mərkəzləri bazar günündən etibarən açılıb.

    Bu barədə RT kadrlar yayımlayıb.

    Bildirilir ki, girişdə insanların temperaturu yoxlanılır, əlcəklər verilir, döşəmələrdə isə sosial məsafənin qorunması üçün işarələr qoyulub.

    Ancaq saat 22:00-dan 06:00-a qədər komendant saatı hələ qüvvədədir.

    Son məlumatlara görə, BƏƏ-də 10 349 nəfər koronavirusa yoluxub. Onlardan 1978 nəfəri sağalıb, 76 nəfəri isə ölüb.

  • Hindistanda karantinə yerləşdirilən qadına təcavüz etdilər

    Hindistanda bir məktəbdə karantinə yerləşdirilən qadına üç kişi tərəfindən təcavüz edilib.

    Sondakika.com xəbər verir ki, hadisə Racastan əyalətində baş verib.

    Təkbaşına kəndinə tərəf kilometrlərlə yol gedən qadın yolu azaraq polis bölməsinə gəlib.

    Getməyə yeri olmayan qadında koronavirus testi aparıldıqdan sonra o, karantin məqsədilə məktəb binasına yerləşdirilib. Orada 40-45 yaş arasında üç kişi qadına təcavüz edib. Şübhəlilər qısa müddət sonra tutulub.

    Fakt üzrə araşdırma davam etdirilir.

  • Mayın 4-dən sonra sosial müavinətləri almaq olacaq? – RƏSMİ AÇIQLAMA

    Karantin rejimi mayın 4-də bitsə belə, pensiya, müavinət, sosial yardım, təqaüd alanlar bu vəsaitlərini may ayında da istənilən bankomatdan rüsum tutulmadan çıxara biləcəklər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

    O deyib ki, ünvanlı dövlət yardımların ödənişi aprelin 28-də keçiriləcək. Məqsəd cari ay ərzində müraciət etmiş bütün ailələrin bu ay ərzində sosial yardımları almasına kömək etməkdir:

    “Vətəndaşları bankomatlar qarşısında sıxlıqdan qorumaq məqsədilə istənilən bankomatdan pensiya, müavinət, sosial yardım, təqaüdü heç bir rüsum tutulmadan almaq üçün şərait yaradılıb. Bu halda onlar bütün vəsaitlərini tam şəkildə alacaqlar. Bununla bağlı razılıq xüsusi karantin rejiminin tətbiq edildiyi müddətə aiddir. Karantin rejimi mayın 4-də bitsə belə, bu, may ayında da qüvvədə olacaq. Bununla biz yenə də vətəndaşlarımızı virusa yoluxmadan qoruyuruq”.