Month: April 2020

  • Karantinin yumşaldılması təhsilə şamil olunacaq? – RƏSMİ AÇIQLAMA

    “Məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu prosesin tətbiq edildiyi ilk sahə oldu. Bu da başadüşüləndir. Xüsusi karantin rejiminin yumşaldılması barədə qərarlar qəbul ediləndə təhsil ilk sırada ola bilməz”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

    Təhsil naziri qeyd edib ki, qurum şagirdlərin təhsildən kənarda qalmamasına çalışır:

    “Müxtəlif üsullarla şagirdlərin növbəti tədris ilində təhsildən geri qalmamasına çalışacağıq”.

  • Bakı metrosu bazar günü fəaliyyətini bərpa edir? – RƏSMİ CAVAB

    Bu gün sosial şəbəkələrdə Bakı metrosunun bazar günü fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumat yayılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan “Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yayılan xəbərlərin doğru olmadığını bildirib: “Metronun fəaliyyətinin nə zaman bərpa olunacağı ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Biz onlarla sıx işləyirik. Hazırda idarədəyəm. Metronun nə zaman açılacağı ilə bağlı konkret məlumat verilməyib. Səhərdən idarədəyəm. Mənə bu barədə bir söz deyən olmayıb”.

  • Обсуждается ситуация в сфере образования Азербайджана в период коронавирусной пандемии – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров Азербайджана проводит 27 апреля очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют министр образования Джейхун Байрамов и замминистра Махаббат Велиева.

    Они рассказывают о процессах, происходящих в период пандемии в системе образования.

  • Azərbaycanda koronavirus dövründə təhsil məsələləri müzakirə olunur – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Konfransda Təhsil naziri Ceyhun Bayramov və nazir müavini Məhəbbət Vəliyeva iştirak edir.

    Brifinqdə təhsil sistemində pandemiya dövründə gedən proseslər barədə məlumat verilir.

  • İlham Əliyev tanınmış professorun vəfatı ilə bağlı nekroloq imzaladı

    Prezident İlham Əliyev tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, başsağlığı mətnində deyilir:

    “Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də ömrünün 89-cu ilində vəfat etmişdir.

    Abuzər Xələfov 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalındakı Cil kəndində anadan olmuşdur. O, Göyçə mahalının Toxluca kəndində orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində ali təhsil almışdır.

    Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Dövlət Universitetində başlayan Abuzər Xələfov bütün sonrakı taleyini bu təhsil ocağı ilə bağlayaraq, burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1961-ci ildə Azərbaycanda kitabxana işinin tarixi mövzusunda namizədlik və 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Respublikamızda ali təhsilli kitabxanaçı-biblioqraf və kitabxanaçı kadrların hazırlığını həyata keçirən fakültənin yaradılmasında Abuzər Xələfovun əvəzsiz xidmətləri vardır. Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilmiş və o, fakültənin ilk dekanı seçilmişdir. Abuzər Xələfov 1962–1970-ci və 1980–1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda, 1963-cü ildən 2016-cı ilədək uzun dövr ərzində universitetin kitabxanaşünaslıq kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərmişdir.

    Azərbaycanda kitab və kitabxana mədəniyyətinin təşəkkülü və inkişaf yolu professor Abuzər Xələfovun kitabxana-informasiya fəaliyyəti üçün elmi-təcrübi əhəmiyyətə malik tədqiqatlarında başlıca yer tutmuşdur. Alim ölkəmizdə kitabxana işi quruculuğunun müxtəlif problemlərindən bəhs edən çoxsaylı araşdırmaları ilə bu sahənin elmi əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Onun kitabxanaşünaslıq sahələrinin formalaşması, həmçinin geniş profilli kitabxana işçilərinin hazırlanması ilə bağlı fikir və mülahizələri bu istiqamətdə məsələlərin optimal həllinə töhfə olmuşdur.

    Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanaşünaslığın nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanaçılıq və biblioqrafiyaşünaslıq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir.

    Professor Abuzər Xələfovun zəngin pedaqoji-elmi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilmişdir.

    Nüfuzlu pedaqoq və alim, səmimi insan Abuzər Alı oğlu Xələfovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Ceyhun Bayramov

    Elçin Babayev

    Anar İsgəndərov

    İzzət Rüstəmov

    Kərim Tahirov”.

  • Mağazalar və bəzi xidmət sahələri yenidən fəaliyyətə başladı – VİDEO

    Karantin rejiminin yumşaldılması ilə bağlı qüvvəyə minən qərar bəzi vətəndaşlarda çaşqınlıq yaradıb.

    Baku TV xəbər verir ki, fəaliyyətlərinə icazə verilən bəzi obyekt sahibləri bundan xəbərsizdir.

    Hansı iş yerləri açılıb?

    Mağaza sahibləri bildirirlər ki, koronavirus səbəbilə ən çox zərər görən onlardır. Bəzi sahibkarlar icarə məbləğlərində onlara güzəşt etsələr də, bu, hamıya şamil olunmayıb.

    Eyni zamanda, dövlət tərəfindən kompensasiya verilən sahibkarların da sayı az deyil.

    Baku TV əməkdaşları bəzi mağaza sahibləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

  • Первый день в смягченных условиях карантина – ФОТОРЕПОРТАЖ

    27 апреля после смягчения условий карантина в Азербайджане возобновилась деятельность в ряде сфер, в том числе услуг.

    Представляем вниманию читателей снимки первого дня “смягченного карантина”, сделанные фотографом oxu.az.











  • Bakıda “yumşaq karantin”in ilk günü – FOTOREPORTAJ

    Bu gün ölkədə karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq, bir sıra iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilib.

    Oxu.az-ın fotoqrafı paytaxt Bakıda yumşaldılmış karantin rejiminin ilk gününü kamerasının yaddaşına köçürüb.











  • Azərbaycanda daha 23 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda daha 23 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • В Азербайджане зарегистрировано 33 новых случая инфицирования COVID-19, один человек скончался

    В Азербайджане зарегистрировано 33 новых случая инфицирования коронавирусом (COVID-19).

    Об этом 27 апреля сообщает оперативный штаб при Кабинете министров.

    23 заболевших выздоровели и выписаны из медучреждений специального режима.

    Скончался гражданин (1960 г.р.), тест на коронавирус которого оказался положительным.

    На данный момент в Азербайджане подтверждено 1 678 случаев заражения коронавирусной инфекцией. 1 162 инфицированных вылечились, 22 – скончались, 494 – проходят лечение в медучреждениях спецрежима. Состояние 17 из них оценивается как тяжелое, 26 – как средней степени тяжести, остальных – как стабильное.

    За прошедший период проведено 128 807 тестов на выявление коронавируса.