Month: April 2020

  • Завершился прием обращений для получения единовременной выплаты

    В Азербайджане завершился прием обращений для получения единовременной выплаты.

    Об этом сообщили в Министерстве труда и социальной защиты населения.

    Отмечается, что одной из мер социальной поддержки в связи с пандемией стала выплата единовременного пособия в размере 190 манатов безработным и малообеспеченным лицам, потерявшим работу из-за особого карантинного режима.

    По поручению Президента Ильхама Алиева охват единовременной программой был увеличен в три раза – с 200 000 до 600 000 человек.

    На сегодняшний день выплаты перечислены 400 000 граждан. Еще 200 000 выплаты будут произведены по результатам рассмотрения обращений.

  • Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı – VİDEO

    Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Məlumatda qeyd edilib ki, pandemiya ilə əlaqədar ölkədə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

    Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.

    Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

    Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.

    Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir.

    Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:

    – Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur.

    – İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır.

    – Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.

    – Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.

    – Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.

    – Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq, 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.

    Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyən edilməklə, onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri həyata keçirilir.

  • Нефть вновь дешевеет

    Нефть дешевеет на опасениях инвесторов, что сохраняющийся избыток предложения приведет к исчерпанию мощностей для хранения сырья и вызовет новый обвал цен на фьючерсы, как это уже произошло неделю назад. Об этом сообщает “Интерфакс”.

    Стоимость июньских фьючерсов на Brent на лондонской бирже ICE Futures к 07:15 по московскому времени (08:15 по бакинскому времени – ред.) составляла 21,1 доллара за баррель, что на 1,6% (0,34 доллара) ниже цены на закрытие предыдущей сессии.

    Фьючерс на WTI на июнь на торгах Нью-Йоркской товарной биржи (NYMEX) к этому времени подешевел на 8% (1,37 доллара) – до 15,57 доллара за баррель.

  • Neft yenidən ucuzlaşıb

    ICE London qitələrarası birjasında “Brent” markalı neftin dəyəri azalaraq, 1 barelə görə 20.78 dollar təşkil edib.

    Bununla bağlı “İzvestiya” məlumat yayıb.

    Bildirilib ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 8 faiz azalaraq, 15,57 dollar olub.

  • В Шамахы 18-летний юноша совершил суицид

    В Шамахы 18-летний юноша совершил суицид.

    Как передаёт Median.Az со ссылкой на Qafqazinfo, 26 апреля, примерно в 12:00, в блоке дома повесился Нурлан Бабаев (2002 г.р.). Его тело обнаружили члены семьи.

    По данному факту в прокуратуре Шамахинского района возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР.

  • Şamaxıda 18 yaşlı oğlan intihar etdi

    Şamaxı rayonunda 18 yaşlı oğlan intihar edib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, aprelin 26-da, saat 12 radələrində 2002-ci il təvəllüdlü Nurlan Babayev yaşadığı binanın girişində özünü kəndirlə asıb.

    O, ailə üzvləri tərəfindən aşkar edilərək, kəndirdən çıxarılıb.

    N.Babayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

    Hadisə yerinə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Araşdırmalar davam etdirilir.

  • Tovuzda yanğın oldu

    Tovuz rayonunun Bayramlı kəndində ümumi sahəsi 150 m² olan tikilinin tavanı 60 m² sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Сеуле официально заявили, что Ким Чен Ын жив

    26 апреля советник президента Южной Кореи по вопросам внешней политики Мун Чанг Ин заявил, что лидер КНДР Ким Чен Ын жив.

    Как сообщает Fox News, по его словам, он находится в районе Вонсан с 13 апреля.

    “Он жив. Никаких подозрительных передвижений за все это время замечено не было”, – добавил советник президента.

    Ранее в китайской соцсети Weibo появились сообщения о смерти лидера КНДР, которые тут же были подхвачены и продублированы в западной прессе. Одновременно в Японии распространялась информация о том, что Ким Чен Ын находится в вегетативном состоянии после неудачной операции на сердце.

  • Cənubi Koreya prezidentinin məsləhətçisi: Kim Çen In sağdır

    Bazar günü Cənubi Koreya prezidentinin xarici məsələlər üzrə məsləhətçisi Mun Çanq İn Şimali Koreya rəhbərinin sağ olduğunu bildirib.

    “Fox News” xəbər verir ki, onun sözlərinə görə, Kim Çen In aprelin 13-dən ölkənin Vonsan bölgəsində yaşayır.

    “Mövqeyimiz qətidir. O sağdır. Bu müddət ərzində şübhəli hərəkət müşahidə etməmişik”, – deyə dövlət başçısının məsləhətçisi bildirib.

    Qeyd etmək lazımdır ki, daha əvvəl Çinin “Weibo” sosial şəbəkəsində Şimali Koreya liderinin ölməsi barədə xəbər yayılmışdı.

  • В Азербайджане с понедельника возобновляются некоторые виды трудовой деятельности и услуг населению

    С сегодняшнего дня в Азербайджане вступает в силу послабление ряда ограничений, введенных в стране в рамках борьбы с распространением коронавируса COVID-19.

    В частности с 00:00 27 апреля в стране возобновится деятельность частных учебных и репетиторских услуг, продажа книг и газет, канцелярских товаров, оказание печатных, копировальных и частных клиринговых услуг, работа фотоателье, портных, продажа косметики и парфюмерии, одежды, обуви и кожаных изделий, золота и прочих ювелирных украшений и деятельность ломбардов.

    Также возобновится продажа и ремонт мобильных устройств, запчастей и аксессуаров, компьютерного оборудования, продажа электронной и бытовой техники, мебели, автомобилей, химпродукции, цветов и растений, сельхозтехники и запчастей и оборудования к ним, удобрений и прочей агрохимической продукции.

    В отношении торговых центров и молов ограничения остаются в силе.

    Кроме того, с 00.00 27 апреля время, разрешенное для выхода из дома по SMS по определенным причинам, увеличивается с 2 до 3 часов.

    Также граждане смогут воспользоваться услугами ASAN-Xidmet в центрах Службы после предварительной записи в очередь по интернету и через мобильное приложение.

    Решение о послаблении в условиях особого карантинного режима было принято оперативным штабом при Кабинете министров Азербайджана в четверг, 24 апреля.