Month: April 2020

  • Bu gündən Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa ediləcək – SİYAHI

    Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti aprelin 27-dən bərpa edilib.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bu gündən bərpa olunur:

    – fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

    – kitab satışı

    – qəzet satışı

    – dəftərxana mallarının satışı

    – çap və sürətçıxarma fəaliyyəti

    – fotoatelye/fotostudiyalar

    – fərdi mənzillərdə təmizlik xidmətləri

    – dərzi xidmətləri

    – kosmetika və ətriyyat satışı

    – geyim satışı

    – ayaqqabı və dəri məmulatlarının satışı

    – qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

    – mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

    – kompüter avadanlıqlarının satışı və təmiri

    – elektronika və məişət texnikasının satışı

    – mebel satışı

    – avtomobil satışı

    – kimyəvi məhsulların satışı

    – gül və bitki məhsullarının satışı

    – kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

    – gübrə və aqrokimyəvi məhsulların satışı

    Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

    Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

  • Bakıda tibbi maska taxıb aptekə basqın etdi – FOTO

    Bakıda tapançaya oxşar alətlə əczaçını hədələyən şəxs saxlanılıb.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Unikal.org-a bildirib ki, aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

    Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

    Sabunçu Rayon Polis İdarəsi İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Daha bir “Formula 1” mərhələsi ləğv olundu

    “Formula 1” üzrə daha bir mərhələ yarışı keçirilməyəcək.

    Fransa hökuməti koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində iyulun ortalarınadək ölkədə kütləvi tədbirlərin keçirilməsini qadağan edib.

    Bu səbəbdən Kastel bölgəsində iyunun 28-də keçiriləcək Fransa Qran Prisi ləğv olunub.

    Qeyd edək ki, bu, ləğv olunan üçüncü Qran Pridir. Azərbaycan Qran Prisi də daxil olmaqla, daha yeddi Qran Pri təxirə salınıb. Bakıda yarışın oktyabrın ortalarınadək keçirilməsi barədə müzakirələr gedir.
    /oxu.az/

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 25-nə olan statistik göstəriciləri açıqlayıb.

    “Report” xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 069 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.

    Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 617 yoluxma aşkarlanıb. Onlardan 1 080-i sağalıb, 21-i ölüb. Hazırda aktiv xəstə sayı 516-dır.

    Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

  • Rusiyalı teleaparıcıdan “Ərim məni döyür” açıqlaması – QALMAQAL

    “Orel i Reşka” verilişinin məşhur ulduz aparıcısı Regina Todorenkonun qadın zorakılığı barədə etdiyi sensasiyalı açıqlama Rusiya mətbuatında rezonansa səbəb olub.

    Oxu.Az xəbər verir ki, “YouTube”da “Peopletalk TV”yə müğənni həyat yoldaşı Vlad Topalovla bağlı qalmaqallı müsahibə verən Regina ailə problemlərindən danışaraq, bütün cütlüklərin mübahisə etdiyini və onların bir-birinə qışqıra biləcəyini deyib:


    “Ərim Vlad məni döyür. Niyə? Heç düşünmüsən? Və səni döyməməsi üçün nə etdin? Və səni vurmaq üçün nə etdin?”

    R.Todarenkonun məişət zorakılığı barədə açıqlaması izləyicilər tərəfindən qəzəblə qarşılanıb.

    Sosial media əhli teleaparıcının ailədəki hücumlara haqq qazandırmasını birmənalı qarşılamayaq, onu ağ yuyub qara səriblər.

    Reginanın bu qalmaqallı müsahibəsi ona baha başa gəlib. Belə ki, “Glamour” nəşri Todarenkoya verdiyi “İlin qadını” titulunu əlindən alaraq, bu adı daşımaqdan məhrum edib.

  • Aygün Kazımova ilə Miri Yusifin “İcazəli” dueti – VİDEO

    Xalq artistləri Aygün Kazımova və Miri Yusif yeni layihələrini təqdim ediblər.

    Median.Az xəbər verir ki, şou-biznesin məşhur simaları bir araya gələrək sözləri Kamal KQB-yə, musiqisi isə Fərid Ağaya məxsus “İcazəli” mahnısını duet şəklində ifa ediblər.

    Videoçarxda A.Kazımovanın imici və geyimi üzərində dünya şöhrətli dizayner və modelyer Rüfət İsmayıl çalışıb.

    Promo çarx hər iki pop ulduzun rəsmi “YouTube” kanalında dinləyicilərin ixtiyarına verilib.

    Qeyd edək ki, bu, Aygün Kazımova ilə Miri Yusifin sayca üçüncü duetidir.

    Əlavə olaraq bildirək ki, bundan öncə Xalq artistləri “Petrol” və “Bağışla” adlı mahnıları lentə alıblar.//oxu.az

  • Sosial xidmət müəssisələrindəki bu şəxslərə təqaüd verilməyəcək

    “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”na dəyişıiklik edilib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir.

    Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edilməsinə görə təqaüd ödənilmir.

  • Ailənin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərə dəyişiklik edildi

    “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”na dəyişiklik edilib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Sənədlə siyahının 2.1.7-ci yarımbəndində dəyişiklik olub.

    Belə ki, övladlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına daxil edilib.

    İndiyədək həmin bənd aşağıdakı kimi idi:

    “Uşaqlarını tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi”.

  • В Азербайджане произошло землетрясение

    В Азербайджане произошло землетрясение.

    Как сообщили Oxu.Az в Республиканском центре сейсмологической службы Национальной академии наук Азербайджана, землетрясение было зафиксировано в 18:24 по местному времени в 29 километрах к югу от станции “Али-байрамлы”, на территории Гаджигабульского района.

    Очаг землетрясения магнитудой 3,6 залегал на глубине двух километров, подземные толчки не ощущались.

  • Mingəçevir sakini kəsici alətlə özünə xəsarət yetirib

    Mingəçevirdə axşam saatlarında “Bağlar massivi”nin 4-cü küçəsində 1993-cü il təvəllüdlü şəhər sakini Şirinova Mətanət Qarayağdı qızı kəsici alətlə özünə xəsarət yetirib.

    Onun sol bilək nahiyəsini kəsdiyi bildirilir.

    Hadisənin səbəbi tam məlum deyil. Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.