Month: April 2020

  • Göyçay sakini həmkəndlisini bıçaqlayıb

    Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

    Kənd sakini, 1976-cı il təvəllüdlü Qadir Şıxıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğlunu bıçaqlayıb.

    Döş qəfəsi və bud nahiyəsindən bıçaq xəsarəti alan Ramin Soltanov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

    Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün, bu il də müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur.

    APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyin Telegram səhifəsində məlumat verilib.

    Qeyd edilib ki, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.

  • Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur

    Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur.

    APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Telegram səhifəsində məlumat verilib.

    Qeyd edilib ki, müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

    Bildirilib ki, ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

  • В Хырдалане полицейские раздали маски местным жителям – ФОТО

    Сегодня сотрудники Главного управления общественной безопасности МВД республики совместно с сотрудниками Абшеронского РУП провели профилактические мероприятия в Хырдалане.

    Об этом Report сообщили в пресс-службе МВД.

    В ходе рейда в Хырдалане были выявлены объекты и парикмахерские, не следующие правилам карантина.

    Были оштрафованы лица, покинувшие жилье без соответствующего разрешения.

    Сотрудники правоохранительных органов объяснили местным жителям о необходимости носить медицинские маски. В ходе просветительского мероприятия жителям Хырдалана были розданы маски.

  • Müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatıb

    Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatıb.

    APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Telegram səhifəsində məlumat verilib. Qeyd edilib ki, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilib və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşıb.

    Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır.

  • Koronavirus daha bir ölkədə çempionatı dayandırdı

    Tacikistanda bütün daxili yarışlar koronavirus pandemiyası səbəbindən müvəqqəti olaraq dayandırılıb.

    “Report”un məlumatına görə, bu barədə yerli futbol federasiyasının rəsmi saytı xəbər yayıb.

    Bildirilib ki, liqalar hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra təxirə salınıb.

    Buna baxmayaraq, çempionatın IV turunun sabaha planlaşdırılan bütün görüşləri baş tutacaq.

    Xatırladaq ki, Tacikistan çempionatı koronavirus pandemiyasına baxmayaraq dünyada davam edən nadir liqalardan biri idi.

  • Bakıda avtomobil yanır

    Bakının Binəqədi rayonu ərazisində avtomobil yanır.

    “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Ayna Sultanova parkının yanında “KİA” markalı avtomobilin mühərrik hissəsi qəflətən alışıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

  • Bakıda qadın özünü binanın 7-ci mərtəbəsindən yerə atıb

    Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

    APA xəbər verir ki, hadisə 6-cı mikrorayonda qeydə alınıb.

    1973-cü il təvəllüdlü Əliyeva Qumru Fərhad qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən yerə atıb.

    O, müştərək travma və ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

  • Число заражений COVID-19 в Турции выросло за сутки более чем на 2,8 тысячи

    Число выявленных случаев заражения коронавирусом в Турции возросло за сутки более чем на 2,8 тысячи и превысило 107 тысяч, умерли 106 человек, всего умерших 2 706.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    Число новых случаев коронавируса в Турции достигло минимального значения с 3 апреля, при этом второй день подряд оно меньше числа вылечившихся.

    “Сегодня выявлен 2 861 новый случай, всего заразившихся – 107 773. Мы потеряли сегодня 106 пациентов, всего умерших – 2 706. Вылечились сегодня 3 845 пациентов, всего 25 582”, – написал Коджа в Twitter.

  • Türkiyədə bir gündə COVID-19-a 2 861 nəfər yoluxub

    Türkiyədə son bir gün ərzində koronavirusa yoluxanların sayı daha 2 861 nəfər artıb.

    Median.Az-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 mini ötüb.

    “Son 24 saatda 106 xəstə ölüb. İndi ölənlərin ümumi sayı 2 706, virusa yoluxanların isə ümumi sayı 107 773 nəfər olub” – deyə nazir bildirib.

    Fahrettin Kocanın sözlərinə görə, aprelin 25-də ölkə üzrə 38 308 nəfər üzərində test aparılıb, 2 861 nəfərdə testin cavabı müsbət çıxıb. Belə ki, gün ərzində 3 845 nəfər sağalıb. İndiyə qədər isə 25 582 pasiyent sağalaraq evə buraxılıb.

    Nazir əlavə edib ki, Türkiyədə gündəlik yoluxma və ölüm sayında azalma, sağalma sayında isə yüksəliş müşahidə olunur.