Month: April 2020

  • ЖАРА ТВ и популярные артисты записали гимн в поддержку врачей – ВИДЕО

    Музыкальный телеканал ЖАРА ТВ, Стас Михайлов, Artik Asti, EMIN, Николай Басков, Любовь Успенская, Александр Панайотов, Ирина Дубцова, Слава, Наргиз, Брендон Стоун записали гимн-благодарность врачам и медицинским работникам. Композиция посвящается всем медикам, которые в период пандемии COVID-19 борются за жизнь и облегчают течение заболевания всех пострадавших от вируса.

    «Нам всем говорили: «Оставайтесь дома!» – это был основной лозунг для жителей всего мира. И пока мы с вами находимся дома, с семьей, тысячи врачей и медицинских работников работают по двенадцать часов и без выходных, словно на передовой. Мы хотим выразить вам огромную благодарность и сказать «Спасибо» каждому, кто спасает наши жизни» – говорит один из исполнителей гимна-благодарности певец EMIN.

    «Эта замечательная песня – прекрасная возможность сказать врачам всего мира «Спасибо!». Мы все мечтаем, чтобы это поскорее закончилось, каждый артист скучает по своим зрителям, но главное сейчас – здоровье!» – считает Николай Басков.

    «Еще несколько месяцев назад никто и подумать не мог, что весь мир сотрясет новый вирус. Сейчас все должны мобилизоваться и быть ответственными не только за свое здоровье, но и за здоровье близких. Низкий поклон всем медикам! Друзья, оставайтесь дома!» – говорит Стас Михайлов.

    Автором композиции стал Брендон Стоун. Видео на гимн-благодарность исполнители снимают в домашних условиях и в ближайшее время его можно будет увидеть на ЖАРА ТВ и других развлекательных площадках и телеканалах.

    Также телеканал ЖАРА ТВ готовится к масштабному концерту, который состоится в Crocus City Hall и будет подарком для врачей и медицинских работников.

  • Qubada postda saxlanılan avtomobilin sərnişini narkotiki ataraq qaçdı

    Aprelin 23-ü saat 21 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

    Bildirilib ki, yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib.

    Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.

    Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürüb.

    K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

    Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

  • Krediti olanlara güzəştlər BAŞLAYIR

    Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyasını, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

    Pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi iqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.

    Eyni zamanda, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya imkanlarının yaradılması nəzərdə tutulur. Bu tədbir nəticəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş 1 mlrd. manat həcmində biznes kreditləri üzrə 10 minə yaxın iş adamının güzəştlərdən faydalanması üçün imkan yaranacaqdır.

    Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaqdır. Bu tədbir nəticəsində 1.1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaqdır. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaqdır. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcəkdir.

    Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilmişdir.

    Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcəkdir və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcəkdir. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

    Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

    Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

    Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması istiqamətində tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərin risk səviyyəsi 100%-dən 20%-ə qədər azaldılacaq və beləliklə bu sahəyə banklar tərəfindən daha ucuz və daha az kapital sərf etməklə kredit ayırmağa imkan yaradılacaq.

    İqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.

    Pandemiya şəraitində iqtisadi aktivliyin azalması sığorta bazarında sığorta haqlarının həcminə də mənfi təsir etməkdədir. Digər tərəfdən sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması istiqamətində də tədbirlər nəzərdə tutulur.

    Könüllü sığorta müqavilələri üzrə karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabr 2020-ci il tarixinə kimi möhlət verilməsi, habelə sığorta xidmətlərinin elektron vasitələrdən effektiv istifadə etməklə göstərilməsi sığortaçılara tövsiyə edilmişdir.

    Karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə sığorta haqlarının ödənilməsində veriləcək möhlətlər ilə bağlı olaraq sığorta şirkətlərinə münasibətdə ilin sonunadək müvafiq requlyativ yumşalmalar tətbiq ediləcəkdir.

    Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində də tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur.

    Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi 1 yanvar 2021-ci ilədək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə 30 sentyabr 2020-ci ilədək uzadılacaqdır. Bununla yanaşı qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılmışdır.

    Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin 30 sentyabr 2020-ci ilədək investorlardan tutulmaması, Bakı Fond Birjasına isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 1 yanvar 2021-ci il tarixinədək tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcəkdir.

    Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşıdırılmasını və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasını təmin edilmişdir.

    Bütövlükdə nəzərdə tutulan tədbirlər pandemiya şəraitində biznesə və əhaliyə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin təmin olunmasına, iqtisadiyyatın kreditləşməsinin davam etdirilməsinə, maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunmasına şərait yaradacaqdır.

    Bütün qeyd olunan tədbirlərin (tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar – https://uploads.cbar.az/press-releases/4abaa71e03055090a17e75d89.pdf) səmərəli icrasını təmin etmək üçün əlaqədar dövlət orqanları və maliyyə sektorunun iştirakçıları, maliyyə xidmətlərinin istehlakçıları ilə birlikdə sıx koordinasiya işi qurulacaq və əldə olunan nəticələr barədə cəmiyyət davamlı olaraq məlumatlandırılacaqdır.

  • Bakıda polis cərimələdiyi şəxsi zorla poçta apardı

    Vətəndaş polisdən şikayətçidir.

    Bu barədə “Report”a Rasim Aşurov danışıb.

    O bildirib ki, bu gün Bakının İzmir küçəsində diş həkimindən evə piyada qayıdan zaman onu və bacısı Dinarə Aşurovanı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis nəfəri Fərid Sultanlı saxlayıb:

    “Diş klinikasından çölə çıxan zaman polis əməkdaşı bizi saxladı. Hər ikimizdə rəsmi icazə sənədi var idi. Lakin bu gün şənbə olduğu üçün bacımın iş günü deyildi. Amma sistemdə icazə göstərilib. Dinarə Aşurova isə 8103-ə SMS göndərməmişdi. Polis əməkdaşı bildirdi ki, bacım cərimə olunacaq. Biz də razılaşdıq. Lakin polis əməkdaşı qeyd elədi ki, biz cəriməni indi ödəməliyik. Yəni poçtda gedərək cərimənin ödənilməsini tələb etdi. Mən yerindəcə ödənilmənin olmadığını ona desəm də, razılaşmadı, işin məhkəməyə gedəcəyini söylədi və protokol tərtib etdi. Sonra bizi öz avtomobilinə mindirərək yaxınlıqdakı poçta apardı. Biz məcbur olaraq poçtda 100 manat cəriməni ödədik.

    Hətta biz poçta daxil olanda orada çalışan xanım zarafatla polisə bildirdi ki, “bu qədər şəxsləri cərimələmək üçün haradan tapırsan?” Mən həmin xanımın danışığından belə başa düşdüm ki, bizdən əvvəl bir neçə şəxsi də cərimələyib və bu qayda ilə poçta aparır”.

    R.Aşurov söyləyib ki, hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” xidmətinə şikayət edib.

  • Azərbaycanın bu bölgəsinə 22 santimetr qar yağdı – FAKTİKİ HAVA

    Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 25-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

    Nazirlikdən verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 15, Şərurda 11, Şahbuzda 10, Daşkəsən, Sədərəkdə 8, Lerikdə 7, Gədəbəy, Qəbələ, İsmayıllı, Şəki, Göygöl, Mingəçevir, Ağdərədə (Ordubad) 6, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Lənkəran, Yardımlı, Sarıbaş (Qax), Naxçıvanda 5, Tərtər, Yevlax, Kişçay (Şəki), Göytəpə, Ceyrançöldə 4, Tovuz, Bərdə, Göyçay, Beyləqan, Şəmkirdə 3, Gəncə, Şamaxı, Zərdab, Salyan, Biləsuvar, Xınalıq, Şahdağ, Naftalanda 2, Mərəzə, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçalada 1 mm olub.

    Qar örtüyünün hündürlüyü Daşkəsəndə 22, Sarıbaşda (Qax) 20, Qrızda 11, Gədəbəydə 7, Kişçayda (Şəki) 4, Ağdərədə (Ordubad) 3, Göygöldə 2, Şahdağ, Xınalıqda 1 sm-ə çatıb.

    Havanın temperaturu iqlim normasından 1-5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-3, Naxçıvan MR-da 8-14 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 1-3 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.

  • Azərbaycanda daha 67 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda koronavirusa yoluxmuş 67 nəfər sağalıb və evə buraxılıb.

    Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumat yayıb.

  • Gürcüstan XİN Azərbaycana təşəkkür etdi – FOTO

    Gürcüstan Xarici İşlər Nazirliyi ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

    Bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.

    Paylaşımda qeyd olunur ki, Gürcüstan beynəlxalq ictimaiyyətin ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndirir və işğal xətti olan Tsxinvali rayonunun Taxtisdziri kəndi yaxınlığındakı qanunsuz hasarlama işlərini qınayan və Gürcüstanın haqlı mövqeyini dəstəkləyən ölkələrə təşəkkür edir.

  • В Азербайджане выявлено 25 новых случаев инфицирования COVID-19

    В Азербайджане выявлено 25 новых случаев инфицирования коронавирусом (COVID-19), 67 человек выздоровели и выписаны из больниц особого режима.

    Об этом 25 апреля сообщает оперативный штаб при Кабинете министров.

    Отметим, до сегодняшнего дня в Азербайджане коронавирусом заразились 1 617 человек, 1 080 из которых излечились, 21 – скончался, 516 – продолжают лечение в больницах особого режима. Состояние 15 из них оценивается как тяжелое, 21 – средней степени тяжести, остальных – как стабильное.

    На сегодняшний день в республике было проведено 120 479 тестов на выявление COVİD-19.

  • Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ

    Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumat yayıb.

    Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılıb.

  • Bakıda saxta pulla mobil telefon alan adam axtarışa verilib

    Bakının Yasamal rayonunda ötən gün saxta manat əskinaslarının istifadəsi faktı aşkarlanıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Aprelin 24-də 1979-cu il təvəllüdlü paytaxt sakini Əfqan Məhərrəmov Yasamal rayonunun 29-cu Polis Bölməsinə müraciət edib.

    O, bir gün əvvəl mobil telefonunu sosial şəbəkədə sövdələşdiyi naməlum şəxsə satdığını deyib.

    Alıcı A.Məhərrəmova 500 manat ödəyib. O, gedəndən sonra kişi pulun saxta olduğunu anlayıb.

    Hazırda müstəntiqlər saxta pul yaymaqda şübhəli bilinən şəxsin kimliyinin müəyyənləşdirilməsi üzərində işləyirlər.

    Qeyd edək ki, oxşar hadisə bu ilin yanvar ayında Bakının Nərimanov rayonunda baş vermişdi. O zaman təqsirləndirilən şəxs mobil telefon üçün 600 saxta manat ödəmişdi.