Month: April 2020

  • В Азербайджане ряд предпринимателей сможет воспользоваться налоговыми льготам – ВИДЕО

    Льготы в Налоговом кодексе – это льготы, предоставляемые сферам экономической деятельности, которые уже пострадали от пандемии. Наряду с ними в случае ужесточения и смягчения карантинного режима в закон добавляются новые сферы деятельности, которые также смогут воспользоваться этими льготами.

    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 25 апреля сказала гендиректор департамента налоговой политики и стратегических исследований Министерства налогов Самира Мусаева.

    По ее словам, согласно законопроекту, пострадавшие от пандемии субъекты предпринимательства освобождаются от имущественного и земельного налога за 2020 год.

    “Этим предпринимателям по итогам 2020 года планируется предоставить льготы в размере 75% от прибыли. Выплата налога на прибыль по итогам 2019 года со стороны плательщиков налога на прибыль откладывается до 1 сентября вместо 31 марта.

    Независимо от того, в какой области работают микропредприятия, поскольку они относятся к категории особо уязвимых, ставка 2-процентного упрощенного налога, доступная для них сегодня в Налоговом кодексе, будет снижена до 1% в этом году”, – отметила С.Мусаева.

    “Специальные виды упрощенного налога, например, упрощенный налог по объектам общественного питания снижается с 8% до 4%, а для предпринимателей, осуществляющих деятельность в сфере пассажирского транспорта, – на 50% от ставки упрощенного налога, определяемой в зависимости от количества мест в транспортном средстве.

    Во всех субъектах предпринимательства налог в размере 14%, взимаемый с физических лиц за арендуемую недвижимость, снижается до 7%.

    Наряду с этими налоговыми льготами, существуют меры поддержки в сферах деятельности”, – подчеркнула гендиректор департамента.

  • Azərbaycanda bu sahibkarlara vergi güzəştləri edilir – RƏSMİ + VİDEO

    “Vergi Məcəlləsində edilən güzəştlər artıq pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə verilən güzəştlərdir. Qanunda həmin sahələrin adı verilməklə, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması dövründə yeni fəaliyyət sahələri əlavə edilərsə, onların da bu güzəştlərdən faydalanması nəzərdə tutulub”.

    Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirib.

    Onun sözlərinə görə, qanun layihəsinə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad edilir:

    “Həmin sahibkarlara, 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulur. Mənfəət vergisi ödəyicilərinin 2019-cu ilin nəticələrinə görə mənfəət vergilərinin də ödənilməsi martın 31-dən sentyabrın 1-dək təxirə salınır.

    Mikrosahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bu gün onlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilir”.

    “Sadələşdirilmiş verginin xüsusi növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilmiş vergi 8 faizdən 4 faizə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə müəyyən olunan sadələşdirilmiş verginin dərəcəsinin 50 faiz aşağı salınması nəzərdə tutulur.

    Bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilir.

    Bu vergi güzəştləri ilə yanaşı, fəaliyyət sahələrinə dəstək tədbirləri də var”, – deyə Samirə Musayeva qeyd edib.

  • Həbib Nurməhəmmədovun atası xəstəxanaya yerləşdirildi

    Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov xəstəxanaya yerləşdirilib.

    “Report”un Rusiya mətbuatına istinadən xəbərinə görə, məlumatı o, özü də təsdiqləyib. Qısa açıqlama verən ata Nurməhəmmədov “Xəstəxanada yatıram, üzrlü sayın” deyib.

    Onun hansı səbəbdən xəstaxanaya yerləşdirilməsinin səbəbi isə məlum deyil.

    Qeyd edək ki, daha əvvəl Həbib Nurməhəmmədovun aprelin 18-də Las-Veqasda amerikalı Toni Ferqyusonla nəzərdə tutulan döyüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

  • SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə və ahıl vətəndaşlara ərzaq yardımı edir

    Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, SOCAR-ın dəstəyi ilə “Azərikimya” İstehsalat Birliyinin kimyaçıları Sumqayıtda geniş yardım kampaniyasına qoşulub.

    “Report” xəbər verir ki, “Azərikimya” Sumqayıt İcra Hakimiyyəti tərəfindən təqdim olunan maddi köməyə ehtiyacı olan ailələrin siyahısı üzrə ərzaq paketlərini ünvanlara birbaşa çatdırır.

    Kampaniyada kimyaçılar şəhərinin veteran kimyaçılarına, 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə ərzaq və gündəlik tələbat mallarından ibarət yardım qutuları təqdim olunur.

    Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

    “Azərikimya” tərəfindən Sumqayıt şəhəri və ətrafında yaşayan ahıl və aztəminatlı ailəyə ərzaq yardımı bir neçə gün davam edəcək və minlərlə ailəyə yardım edilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına və eyni zamanda “evdə qal” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın bütün idarə və müəssisələri yaxından iştirak edir.

  • На автомагистрали Шамкир-Гедабек произошла тяжелая авария

    Стали известны некоторые детали аварии, произошедшей на автомагистрали Шамкир-Гедабек.

    Как сообщает Report, столкнулись грузовая машина марки «ГАЗель» и автомобиль марки «Нива».

    Сообщается, что причиной аварии стал густой туман. Только один из пострадавших (мужчина – ред.) получил серьезные ранения, состояние других – стабильное.

    По факту ведется расследование.

  • Şəmkir-Gədəbəy yolunda ağır qəza, yaralılar var – YENİLƏNİB

    Şəmkir-Gədəbəy avtomobil yolunda baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, “QAZel” markalı yük maşını ilə “Niva” markalı avtomobil toqquşub.

    Hadisəyə qatı dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Qəzada xəsarət alanlardan yalnız bir nəfərin (kişi – Red) aldığı xəsarət ciddi hesab olunur. Digərlərinin vəziyyəti normaldır.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində 2 uşaq, 1 qadın və 1 kişi olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

    Yaralılar təcili tibbi yardım maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Hazırda hadisənin təfərrüatı araşdırılır.

  • Сахиб Алекперов: Наличие ИНН не играет никакой роли для получения 190 манатов

    Наличие ИНН не играет никакой роли для получения единовременной выплаты в размере 190 манатов.

    Как сообщает Report, об этом заявил заместитель министра экономики Сахиб Алекперов, отвечая на вопрос об отказе в выдаче единовременных выплат лицам, имеющим ИНН.

    “Мы обсуждали данный вопрос с заместителем министра труда и социальной защиты населения, и пришли к единому мнению”, – сказал он.

    Алекперов также отметил, что жалобы граждан по этому вопросу могут быть рассмотрены.

  • Sahib Ələkbərov: “190 manatlıq ödəniş üçün VÖEN olması heç bir rol oynamır”

    “Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışmışam və biz razılaşmışıq ki, 190 manatlıq ödəniş məsələsində VÖEN olması heç bir rol oynamır”.

    “Report” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirərkən deyib.

    “Həmin məsələ ilə bağlı sualı yaranan vətəndaşın şikayəti araşdırıla bilər”, – o qeyd edib.

  • Mikayıl Cabbarov koronavirusa görə göstərilən maliyyə dəstəyinin məbləğini açıqladı

    “Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 21 432 vergi ödəyicisinə 37 930,3 min manat ödənilib”.

    Median.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

    Onun sözlərinə görə, ötən il Azərbaycanda 11152 sahibkarın dövlət büdcəsinə ödənişi 250 manatdan az olub:

    “Ancaq dövlətin sahibkara maliyyə dəstəyinin məbləği minimum 250, maksimum isə 5 000 manatdır”.

    Nazir qeyd edib ki, koronavirusdan zərər çəkənlərin qeyri-neft sektorunda payı 46,4 faizdir.//oxu.az

  • Bu sahəyə də dövlət dəstəyi veriləcək – AÇIQLAMA

    “Koronavirusdan zərər görmüş KİV-lərə də dəstək göstərilməsi gözlənilir”.

    Median.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

    O qeyd edib ki, KİV-lər Vergilər Nazirliyinin taxes.gov.az saytında qeydiyyatdan keçməlidirlər:

    “Poliqrafiyalar saytdan müraciət etsinlər. Onların müraciətlərinə baxılacaq. Bununla bağlı məlumat sistemdə yerləşdirilib. Beşrəqəmli fəaliyyət növü üzrə vergi ödəyiciləri müraciət edə bilərlər”.//oxu.az