Month: April 2020

  • Vətəndaşları rüsvayedici məlumatlarla hədələyən ata və oğlu tutuldu

    Hədə-qorxu yolu ilə pul tələb edən ata-oğul həbs edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb.

    Onun atası A.Eyvazovla birgə cari ilin yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6 000 manat alması da müəyyən edilib.

    A.Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işinə başlanıb.

  • Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı – Fotolar

    Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospekti 174 ünvanında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

    Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda yerləşən “Pink-House” restoranının sahibi Pərviz Hüseynov və obyektin inzibatçısı Seyran Əsgərzadənin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı P.Hüseynov, S.Əsgərzadə və orada olan 8 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

    Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və inzibatçı rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 200 və 100 manat məbləğində cərimə edilib. Müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat cərimə olunublar.





  • Назван лимит приема граждан в центрах ASAN Хidmət

    Чтобы граждане могли прийти в центры ASAN Хidmət, они должны сначала занять онлайн-очередь, а затем получить по SMS разрешение на выход из дома.

    Как передает Median.Az, об этом на пресс-конференции 25 апреля сказал председатель Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана Ульви Мехтиев.

    По его словам, центры ASAN Хidmət будут принимать ограниченное число граждан.

    “В течение дня один центр будет обслуживать не более 1 000 граждан. 1 001-му заявителю будет назначена очередь на следующий день, и он должен будет получить разрешение [на выход из дома] на назначенное ему время”, – сказал У.Мехтиев.

    Он также отметил, что 27 апреля на прием в центры ASAN Хidmət записано более 320 человек.

  • “ASAN xidmət”də qəbula limit qoyulur: 1001-ci adam sabaha qalacaq – RƏSMİ

    “Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmək üçün öncə onlayn növbə götürsünlər. Daha sonra isə SMS icazə alsınlar. Bu, vətəndaşın vaxtını idarə etməsini asanlaşdıracaq. Çünki “ASAN” mərkəzlərinə müraciət limitli olacaq”.

    Median.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

    O qeyd edib ki, gün ərzində bir mərkəz 1000 nəfərə xidmət edəcək:

    “1001-ci adam artıq sabahkı günə onlayn icazə almalı olacaq”.

    Ü.Mehdiyev qeyd edib ki, aprelin 27-dən “ASAN xidmət” mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək.

  • Yuxarı Qarabağ kanalında 64 yaşlı kişi batdı

    Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun batması barədə məlumat daxil olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Ульви Мехтиев рассказал о системе выдачи разрешений на выход из дома в период карантина

    До введения карантинного режима в Азербайджане центры ASAN Хidmət ежедневно принимали до 30 000 граждан. Это довольно высокий показатель. Принимать такое количество людей в одном здании в условиях пандемии неправильно. С переходом на практику записи в онлайн-очередь граждане не будут находиться в непосредственной близости друг от друга.

    Как передает Median.Az, об этом на пресс-конференции 25 апреля сказал председатель Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана Ульви Мехтиев.

    По его словам, в период карантина посредством системы Службы ASAN 780 000 человек получили SMS с разрешением на выход из дома.

    “В то же время с 5 по 25 апреля было получено 20 000 000 SMS для выдачи разрешений. В течение дня по этому вопросу обращается около 1 000 000 граждан, из них только 700 000-800 000 выдается разрешение покинуть место жительства”, – сказал У.Мехтиев.

  • Ülvi Mehdiyevdən SMS icazə ilə bağlı MÜHÜM AÇIQLAMA

    “Karantin rejimindən əvvəl “ASAN xidmət” gün ərzində 30 min vətəndaş qəbul edirdi. Bu, kifayət qədər böyük rəqəmdir. Pandemiya şəraitində bu qədər insanın bir yerdə olması düzgün deyil. Növbə götürməklə “ASAN” mərkəzlərində vətəndaşlarımız bir-biri ilə sıx təmasda olmayacaqlar”.

    Median.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, karantin müddətində “ASAN xidmət”in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib:

    “Eyni zamanda, SMS icazə vasitəsilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub. Gün ərzində təxminən bir milyon insan SMS icazə üçün müraciət edir. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alıb zəruri işlərini görə biliblər”.

  • Глава госагентства анонсировал возобновление работы центров ASAN Хidmət

    Со следующей недели центры ASAN Xidmət в Азербайджане будут оказывать услуги гражданам на условии назначения предварительной очереди.

    Как передает Median.Az, об этом на пресс-конференции 25 апреля сказал председатель Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана Ульви Мехтиев.

    “Создано мобильное приложение ASAN Хidmət. Граждане могут загрузить его на свои телефоны и, записавшись в онлайн-очередь, прийти в центр ASAN в назначенное время и сделать все дела.

    Другой вариант – официальный сайт госагентства. Есть также возможность позвонить в Call-центр на короткий номер 108″, – сказал У.Мехтиев.

    По его словам, граждане не будут допускаться в центры ASAN Хidmət без предварительной записи в онлайн-очередь.//oxu.az

  • “ASAN xidmət” işini bərpa edir – RƏSMİ

    “ASAN xidmət” gələn həftədən vətəndaşlara öncədən növbə götürməklə xidmət edəcək”.

    Median.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

    O qeyd edib ki, vətəndaşlara əvvəlcədən növbə almaq üçün iki imkan yaradılıb:

    “ASAN xidmət” mobil tətbiqi yaradılıb. Vətəndaşlar həmin mobil tətbiqi telefonlara yükləməklə onlayn növbə götürə bilər və “ASAN”-a gəlməklə gözləmədən işlərini həll edib gedə bilərlər.

    Digər imkanı qurumun rəsmi saytı vasitəsilə əldə etmək olar. Sonuncu imkan 108 Çağrı mərkəzidir. Vətəndaş zəng etməklə onlayn növbə götürə biləcək”.

    Ü.Mehdiyev qeyd edib ki, qabaqcadan növbə götürməyən vətəndaş mərkəzə buraxılmayacaq.//oxu.az

  • Bakıda uşaq ölü doğuldu

    Bakıda uşaq ölü doğulub.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlumata görə, hadisə ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

    37 həftəlik hamilə G.Davudova qəsəbədə yerləşən 4 saylı Doğum Evinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub.

    Meyit daxili müayinə üçün ekspertizaya göndərilib.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az