Month: April 2020

  • Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxmanı üstələdi

    Bu gün Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib.

    Median.Az xəbər verir ki, aprelin 24-nə olan məlumata əsasən, bu ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 3 122 nəfər təşkil edib.

    Eyni zamanda sutka ərzində 3 246 nəfər COVID-19-dan sağalıb.

    Qeyd edək ki, Türkiyədə indəyədək koronavirusa yoluxanların sayı 104 912 nəfərdir. İndiyədək 21 737 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb, koronavirusdan ölənlərin ümumi sayı isə 2 600 nəfərə çatıb.//report.az

  • Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı – FOTO

    “Türkiyədə son sutkada daha 109 nəfər pandemiyanın qurbanı olub”.

    “Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

    Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 600 nəfərə çatıb.

    Nazir həmçinin daha 3 122 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 104 912-yə yüksəldiyini bildirib.

    F.Koca Türkiyədə indiyədək 21 737 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

  • Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı

    “Bu günə qədər Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub”.

    Median.Az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    Nazir müavini bildirib ki, onlardan artıq 65 faizi sağalıb: “Yoluxanlar arasında həm həkim, həm də orta tibb işçisi olub”.//report.az

  • Bakı üzrə koronavirusa yoluxma ən çox hansı rayondadır?

    Bakı, Sumqayıt və Abşeron rayonu üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    O bildirib ki, ən yüksək nəticə Yasamal rayonundadır, yəni 22,65% təşkil edir: “Bundan başqa, Sabunçu rayonunda 12,2%, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,81%, Abşeronda 5,69%, Nizami və Suraxanıda 5,11%, Xəzərdə 4,53%, Sumqayıtda 3,72%, Qaradağda 3,02%, Səbaildə 2,26%, Pirallahıda 0,93% koronavirusa yoluxma qeydə alınıb”.

  • Обнародована статистика инфицирования COVID-19 по Баку, Сумгайыту и Абшеронскому району

    В Азербайджане более 52,1% инфицированных COVID-19 приходится на Баку.

    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 24 апреля заявил председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, самый высокий показатель в Ясамальском районе столицы – 22,65%.

    “В Сабунчинском районе он составляет 12,2%, Наримановском – 6,27%, Хатаинском – 5,81%, Абшеронском – 5,69%, Низаминском и Сураханском – 5,11%, Бинагадинском – 11,27%, Насиминском – 11,15%, Хазарском – 4,53%, в Сумгайыте – 3,72%, Гарадагском районе – 3,02%, Сабаильском – 2,26%, Пираллахинском – 0,93%», – отметил Р.Байрамлы.//oxu.az

  • Səhiyyə nazirinin müavini xaricdən gələn azərbaycanlılardan danışdı

    Xaricdən gələn və karantində olan vətəndaşların sayı 1 000-ə yaxındır.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    Nazir müavini bildirib ki, hazırda onların səhhəti ilə tibb işçiləri yüksək səviyyədə məşğul olur.

  • TƏBİB: Koronavirusa yoluxanların 5 faizi uşaqlardır

    “Ölkədə virusa yoluxanların 5 faizi 0-9 yaş arası uşaqlardır”.

    Median.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    Onun sözlərinə görə, virusa yoluxanların 6 faizi 10-19, 14 faizi 20-29, 18 faizi 30-39, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir.//report.az

  • Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirus xəstələrinin 64%-i sağalıb

    “Azərbaycanda hələ də epidemioloji gərginlik müşahidə olunur”.

    “Report” xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    Nazir müavini bildirib ki, karantin rejiminin tətbiqi vəziyyəti nəzarət altında saxlamağa imkan verib: “Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkar edilməsi nəticəsində baş verib”.

    V.Qasımov qeyd edib ki, testlərin nəticəsi son iki həftə ərzində sağalan şəxslərin sayındakı artımda özünü göstərir: “Bu günə qədər 64% xəstə sağalıb”.

  • Обнародована статистика заболевших COVID-19 по регионам Азербайджана

    52,1% случаев инфицирования коронавирусом приходится на Баку.

    Как передает Median.Az, об этом на пресс-конференции оперативного штаба при Кабинете министров 24 апреля сказал председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, 13,16% заболевших – иностранные граждане.

    “6,88% случаев заражения COVID-19 зарегистрировано в зоне Аране, 8,28% – в Лянкяране, 5,54% – на Абшероне, 7,62% – в Гянджа-Газахской, 2,4% – Губа-Хачмазской зоне, 1,07% – Верхнем Карабахе, 1,27% – Шеки-Загатальской зоне, 1,4% – горном Ширване, 0,27% – в Нахчыване”, – сказал Р.Байрамлы.//oxu.az

  • Azərbaycanın 12 rayonunda yoluxma sıfıra enib

    Bəzi regionlar artıq koronavirusdan təmizlənib.

    “Report” xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib:

    “Bu da ölkənin səhiyyə sisteminin gücündən xəbər verir”.

    Onun sözlərinə görə, hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.