Month: April 2020

  • В Азербайджане будет увеличено время пребывания вне дома по SMS-разрешению

    Кабинет министров Азербайджана принял решение смягчить особый карантинный режим с 27 апреля 2020 года.

    В этой связи с 00:00 27 апреля при отправке SMS на короткий номер 8103 с целью выхода из дома срок разрешения увеличивается с 2 до 3 часов.

    Поскольку с указанной даты снимаются ограничения по некоторым сферам деятельности, для получения разрешения на номер 8103 нужно обращаться в следующих случаях:

    – цифра 1 – для того, чтобы покинуть место жительства в связи с неотложными медицинскими потребностями или получением лечения по графику (разрешение выдается на 3 часа в пределах района и города, расстояние между адресами, куда необходимо прибыть, и продолжительность процедуры лечения учитывается, срок возвращения определяется справкой, выданной врачом, при необходимости она предоставляется сотрудникам полиции);

    – цифра 2 – для того, чтобы покинуть место жительства в связи с необходимостью прибегнуть к услугам в сферах, деятельность в которых в настоящее время разрешена (разрешение выдается 1 раз в день на 3 часа);

    – цифра 3 – чтобы покинуть место жительства в связи с присутствием на похоронах близкого родственника.

  • Azərbaycanda SMS icazənin müddəti artırıldı – RƏSMİ

    27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti iki saatdan üç saatadək artırılır.

    Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaq:

    – 1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

    – 2 rəqəmi – hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);

    – 3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

  • Владелец 49 квартир обратился за помощью в 190 манатов

    Изучение обращений за единовременной помощью для безработных выявило, что зачастую за ней обращаются зажиточные граждане, имеющие работу, а также получающие пособия и соцвыплаты от государства. Об этом haqqin.az заявил руководитель отдела по коммуникации и связям с общественностью Министерства труда и соцзащиты населения Фазиль Талыбов.

    По его словам, процесс выдачи единовременных выплат продолжается, и их уже получили 350 тысяч человек.

    Вместе с тем, из рассмотренных на сегодняшний день обращений 260 тысяч прислали люди, работающие по договору и получающие зарплату, 160 тысяч человек с активным VOEN, 150 тысяч получающие различные социальные выплаты и помощь от государства. Кроме того, 60 тысяч обращений прислали люди, проживающие за пределами Азербайджана и которые не могут пройти регистрацию как безработные в Азербайджане.

    29 тысяч из обратившихся людей имеют две или более зарегистрированные недвижимости. Еще 9 тысяч человек получают арендную плату за сдаваемые объекты.

    Фазиль Талыбов отметил, что среди обращающихся за помощью в 190 манатов немало людей, владеющих 4-5 объектами, автомобилями и имеющими хороший доход.

    «Имеет ли право гражданин, владеющий 49 квартирами, претендовать на выплату для безработных в 190 манатов? Или что побуждает 3000 людей с доходом выше 10 тысяч манатов обращаться за этой помощью? Именно после того, как людям из таких категорий было отказано в выдаче помощи, в социальных сетях началась кампания по очернению и клевете», – сказал он.

    Представитель министерства добавил, что такие люди должны стать объектами общественного порицания, т.к. затормаживают работу с обработкой обращений от людей, которые действительно нуждаются в помощи.

  • Azərbaycanda karantin rejimi yumşaldılır – RƏSMİ

    2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub.

    COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

    Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli, 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb.

    COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a daxil olan məlumatda bildirilir.

    Beləliklə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən:

    1) “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

    2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

    – fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

    – kitab satışı

    – qəzet satışı

    – dəftərxana mallarının satışı

    – çap və surətçıxarma fəaliyyəti

    – fotoatelye/fotostudiyalar

    – fərdi mənzillərdə təmizlik xidmətləri

    – dərzi xidmətləri

    – kosmetika və ətriyyat satışı

    – geyim satışı

    – ayaqqabı və dəri məmulatlarının satışı

    – qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

    – mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri

    – kompüter avadanlıqlarının satışı və təmiri

    – elektronika və məişət texnikasının satışı

    – mebel satışı

    – avtomobil satışı

    – kimyəvi məhsulların satışı

    – gül və bitki məhsullarının satışı

    – kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

    – gübrə və aqrokimyəvi məhsulların satışı

    Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

    Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

    Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

    Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

    COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

    COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.

  • Azərbaycanda daha 65 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda daha 65 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü – 44 yeni yoluxma

    Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, arterial hipertenziya, aterosklerotik kardioskleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb.

  • Neçə nəfər 1500 manat birdəfəlik maddi yardım alacaq? – RƏSMİ

    “Qaydalar təsdiq edildikdən iki gün sonra – aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir. Birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır”.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov açıqlama yayıb.

    O qeyd edib ki, bu araşdırmalar, həqiqətən, aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanları təyin etmək məqsədi daşıyır:

    “Müraciətlərin təhlilləri nə göstərir?

    Onu göstərir ki, əslində, maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər.

    Bu günədək baxılmış müraciətlərdən,

    – Müqavilə ilə işləyən və əməkhaqqı alanlar – 260 min;

    – Aktiv VOEN-i olanlar – 160 min;

    – Dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar – 150 min;

    – Ölkə xaricindən müraciət edənlər – 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər);

    – Özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar – 29 min;

    – İcarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər – 9 min və s.

    Təbii ki, bütün bu müraciətlərə imtina cavabı verilir.

    Eyni zamanda, müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil. Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!

    Yaxud son üç ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiotaj yaratmalarına nə ad qoymaq olar?

    Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

    Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik.

    Qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir.

  • Минтруда: Распоряжение Президента о единовременной помощи коснется 7 600 человек

    Распоряжение Президента Азербайджана Ильхама Алиева от 24 апреля 2020 года о предоставлении единовременной материальной помощи коснется 7 600 человек, сообщает Министерство труда и социальной защиты населения.

    В их числе – 264 непосредственных участника Второй мировой войны, остальные – вдовы погибших или скончавшихся впоследствии бойцов, а также лица, награжденные орденами и медалями за самоотверженный труд в тылу.

    Согласно распоряжению, для выплаты единовременной помощи из предусмотренного в госбюджете Азербайджана на 2020 год Резервного фонда Президента Азербайджана выделены 5 900 000 манатов.

    Минтруда переведет эти средства на банковские счета участников Второй мировой войны и других перечисленных в распоряжении лиц.

    Отмечается, что сумма единовременной помощи, которая предоставляется каждый год в преддверии Дня Победы участникам Второй мировой войны и другим лицам, постоянно увеличивается. В нынешнем году по сравнению с 2019-м сумма помощи увеличена на 50%.

    Отметим, что сегодня Президент Азербайджана Ильхам Алиев подписал распоряжение “О предоставлении единовременной материальной помощи участникам Второй мировой войны 1941-1945 годов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу”.

    В распоряжении говорится, что участникам Второй мировой войны 1941-1945 годов будет оказана единовременная материальная помощь в размере 1 500 манатов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу в тот период, работникам специальных формирований, выполнявших поручения в интересах армии и флота в тылу сражавшихся фронтов или в оперативных зонах сражавшихся флотов, лицам, награжденным соответствующей медалью и нагрудным знаком за оборону Ленинграда в период Второй мировой войны, а также участникам блокады Ленинграда – в размере 750 манатов.

  • Neçə nəfər 1500 manat birdəfəlik maddi yardım alacaq? – RƏSMİ

    Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli, “1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamı ümumilikdə 7600 nəfərə şamil olunacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir.

    Sərəncamda İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi tapşırılır.

    Sənədə əsasən, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

    Sərəncamla birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sərəncamın yüksək səviyyədə icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya Müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

    İkinci Dünya Müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır.

    Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.

  • Лейла Алиева поздравила азербайджанский народ – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поздравила азербайджанский народ с началом месяца Рамазан.

    В этой связи она опубликовала пост в Instagram.

    Отметим, Управление мусульман Кавказа издало фетву о начале священного месяца Рамазан.

    Согласно фетве, первый день священного месяца приходится на 25 апреля, а праздник Рамазан – на 24 мая.