Month: April 2020

  • Rusiyadan gətirilən soydaşlarımız arasında koronavirusa ciddi yoluxma faktları var – RƏSMİ

    “Bu yaxınlarda Rusiyadan gətirilən 548 soydaşımız arasında koronavirusa ciddi yoluxma faktları aşkar edilib”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, həmin şəxslər ciddi karantin rejimində saxlanılacaq:

    “Azərbaycan Hava Yolları” tərəfindən 2020-ci ilin may ayı ərzində beynəlxalq uçuşların bərpa edilməyəcəyi barədə qərar qəbul edilib. Xaricdən gələcək vətədaşlarımız xüsusi reyslərlə ölkəmizə gətiriləcək və onlar karantin rejimində qalacaq”.

    R.Bayramlı qeyd edib ki, Ramazan ayı ərzində insanlar xüsusi karantin rejimi qaydalarına riayət etməlidirlər.

  • Azərbaycanda COVID-19-dan ölənlərin yaş göstəriciləri açıqlandı – RƏSMİ

    “Azərbaycanda koronavirusa yoluxanlardan 50-59 yaş arasında olanlar üstünlük təşkil edir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, ikinci yerdə 30-39 yaş arasında olan xəstələr gəlir:

    “Koronavirusa yoluxan xəstələrin 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir. Yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir”.

    R.Bayramlı qeyd edib ki, koronavirusdan vəfat edənlər arasında, əsasən, 60-69 yaş arasında olanlar üstünlük təşkil edib:

    “Yalnız bir vəfat edən xəstəmiz 40-49 yaş arası olub. Həmin xəstədə qaraciyər serrozu olduğu üçün belə nəticələnib”.

  • Среди вернувшихся из России соотечественников выявлены случаи инфицирования COVID-19 – ОФИЦИАЛЬНО

    Среди 548 соотечественников, которые на днях были возвращены из России, выявлены факты инфицирования коронавирусом.

    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 24 апреля заявил председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, все прибывшие на родину будут находиться на карантине.

    “Национальный авиаперевозчик (AZAL) принял решение не возобновлять международные рейсы в мае 2020 года. Соотечественники будут возвращены в страну спецрейсами, после чего помещены в карантин”, – отметил Р.Байрамлы.

    Также глава правления TƏBİB рекомендовал гражданам соблюдать правила карантинного режима в течение месяца Рамазан.//pxu.az

  • Azərbaycanda vəziyyəti ağır olan koronavirus xəstələrinin sayı açıqlandı

    “Hazırda 14 koronavirusa yoluxmuş xəstə reanimasiyada müalicə olunur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, onlardan altısının vəziyyəti ağırdır:

    “Səkkiz nəfər süni tənəffüs aparatına qoşulub. Ölkədə dərman, süni tənəffüs aparatlarının və qoruyucu maskaların qıtlığı yaşanmayıb”.
    //oxu.az

  • Avropada sərhədlərini ilk olaraq bu dövlət açdı

    Avropada sərhədlərini ilk olaraq bu dövlət açdı

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, ölkə sakinlərinin xaricə getməsinə icazə verilir, ölkə daxilində hərəkət qadağası da aradan qaldırılır.

    Xaricdən qayıtdıqdan sonra vətəndaşlar onlarda koronavirusun olmadığı barədə testin nəticəsini təqdim etməli və ya karantində qalmalıdırlar.

    Çexiyanın sərhədləri martın 16-dan koronavirusa qarşı mübarizə tədbiri olaraq, həm əcnəbilərin girişi, həm də ölkə vətəndaşlarının çıxışına bağlanmışdı. Yalnız işə, ərzaq mağazasına və ya aptekə getmək üçün çölə çıxmağa icazə verilirdi.

  • İşçilər illik məzuniyyətə çıxa biləcəklərmi? – VİDEO

    “Rəhbər şəxslər işçilərinin qarşısında məzuniyyətə çıxmamaqla bağlı tələb qoya bilməz”.

    Baku.Tv xəbər verir ki, bu sözləri hüquqşünas Emil Aslanov deyib.

    O bildirib ki, baş verən pandemiya fövqaladə hal hesab olunur və karantin günlərində işçilərin evdə qalması Əmək Məcəlləsində nəzərdə tutulan məzuniyyət prosesinə təsir etməməlidir:

    “Bildiyiniz kimi, Konstitusiyanın 35-ci maddəsində işçinin istirahət etmək hüququ qeyd olunub. Hər bir əmək müqaviləsi ilə işləyən şəxs ildə 21 təqvim günündən az olmayaraq məzuniyyətə buraxılmalıdır. Eyni zamanda, indiki hal fors-majordur və hazırda evdə qalan işçilərin öz arzusu ilə çıxdıqları məzuniyyət hesab oluna bilməz.

    Təbii ki, belə bir sual ortaya çıxır: həmin şəxslər artıq məzuniyyətə buraxıldığından Əmək Məcəlləsində də qeyd olunan illik əmək məzuniyyətinə buraxılacaqlarmı? Hər bir işçi ilə işə götürülərkən əmək müqaviləsi bağlayırlar. Əmək müqaviləsində qeyd olunur ki, onlar əmək məzuniyyətinə çıxmalıdırlar”.

    Hüquqşünas qeyd edir ki, vətəndaşlar belə halla qarşılaşacağı təqdirdə məhkəməyə müraciət etməlidirlər.

  • Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin NƏZƏRİNƏ

    Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar artırılır.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Dəyişikliyə əsasən, 45.1.9-cu maddədə “və ümumtəhsil” sözü “, habelə peşə təhsili və ümumi təhsil” sözləri ilə əvəz edilir. Hazırda isə 45.1.9-cu maddədə “Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda” sözləri göstərilir.

    Beləliklə, peşə təhsili alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ veriləcək.

    Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

  • İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir? – AÇIQLAMA

    Vətəndaşlar İmişlidə icra hakimiyyəti və polis işçilərinin onları incitdiyini iddia edirlər.

    Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

    Söhbət İmişli rayon Hacalmuradlı kəndindən gedir. Kənd sakinləri iddia edirlər ki, icra hakimiyyətinin işçiləri və polislər onlara heyvanları otlaq sahələrinə aparmalarına mane olur:

    “Otlaq sahələri icra hakimiyyəti tərəfindən ayrılıb. Amma heyvanlarını həmin otlaq sahələrinə aparan kənd sakinləri icra hakimiyyəti işçiləri tərəfindən cərimələnir. Vəziyyət o dərəcəyə çatıb ki, kənd sakinləri karantin olmasına baxmayaraq, icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar”.

    Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ sakinlərin iddia etdiyi kimi deyil:

    “İmişli rayon Hacalmuradlı Bələdiyyəsi tərəfindən kənd sakinlərinin ümumi istifadəsinə sahəsi təxminən 100 hektara bərabər olan otlaq sahəsi ayrılıb. Lakin bir neçə kənd sakini orada başqa şəxslərin qanuni icarəsində olan torpaq sahəsinə girərək heyvanlarını otarıb. Eyni zamanda, kənd sakinlərindən birinin pay torpağına da icazəsiz giriblər. Sakinlərin ikisi də torpaqlarına vurulan ziyan barədə aidiyyəti üzrə orqanlara şikayət edərək, həmin şəxslərin cəzalanmasını tələb ediblər.

    Müraciətlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində araşdırma aparılıb. Məlum olub ki, həqiqətən də həmin vətəndaşların qanuni sənədlə icarəyə götürdüyü pay torpağına ziyan vurulub. O məsələ ilə bağlı zəruri tədbir görülüb. İcra Hakimiyyətinin işçiləri tərəfindən kənd sakinlərinə qarşı heç bir təzyiq olunmayıb. Bu gün də kənd sakinlərinin bələdiyyə tərəfindən ayrılan otlaq sahəsində heyvanlarını otarması ilə bağlı heç bir qadağa yoxdur”.

  • “Arvad evə, dövlət işə qoymur, yazıq kişilər hara getsin?“ – Leyla Şıxlinskaya

    “Pedoqoq, aktrisa, daha sonra isə xəstəxana rəhbəri oldum. Bu da böyük məsuliyyət idi. Ən böyük məsuliyyət isə doğuşları görmək idi. İndi deyirlər, evdə oturmaq lazımdır. Başqa cür olmaz, təhlükəlidir”.

    Bu sözləri Xalq artisti Leyla Şıxlinskaya İTV-də yayımlanan “Gəl qonaq ol” verilişində deyib. Aktrisa karantin günlərindən bəhs edib. O, insanları evdə oturmağa səsləyib:

    “Bir çoxları deyir, yalandı, uydurmadı. Nə fərqi var? Virus var, yaradılıb və ya özü bizə gəlib? Hadisə budur və əməl edilməlidir. Rus saytlarındakı məlumatları oxuyub danışmıram. Dünyadan bildiklərimi bölüşürəm. Xaricdə çox dostlarım var. Ştatda virus çox aktivdir, qızımın yaşadığı Sinqapurda vəziyyət pisdir və qanunlar sərtdir. Çox qorxuludur. Dünya üzrə artıq 1,5 milyon insan ölüb. Tutaq ki, bunlardan 500 mini öz əcəli, qocalıq və qəzadan ölüb. Axı digərləri virusun qurbanı olublar.

    Ən çox da hamilə qadınlar üçün narahatam. Onların hamiləlik zamanı yanlarında olmuşam. Çox kaprizləri olur. Ana olmaq istəyən gənc qadınların qarşısında nə qədər maneələr və problemlər olduğunu bilirəm. Çox təhlükəlidir. Yaxınlarından xahiş edirəm, onların nazları ilə oynasın. Qurban olum, nə istəyirlər edin.

    Bizim mentalitet bir az fərqlidir. Təəssüf edirəm ki, mentalitet kişilər tərəfindəndir. Bu dəfə fərqlidir. İkinci isə daha çox kişilərin halına acıyıram. Dövlət işə getməyə qoymur, arvad evə buraxmır, polislər maşın sürməyə icazə vermir. Bu yazıq kişilər hara getsin?”.

    Şıxlinskaya cavan qalması ilə bağlı sualları cavablandırıb. O, plastik əməmliyyat etdiyini gizlətməyib:

    “Çox rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz? Plastik əməmliyyat etmisiz, yaxşı etmisiz”.

    /Axşam.az

  • Bakıda supermarketdən səkkiz min manat oğurlandı

    Aprelin 23-nə keçən gecə Bakının Binəqədi rayonundakı “Neptun” supermarketlərindən birində külli miqdarda oğurluq hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Naməlum şəxsin qapıdakı dəmir barmaqlığı kəsməklə, Biləcəri qəsəbəsində yerləşən “Neptun” supermarketinə daxil olaraq, 8 000 manat pulu oğurladığı məlum olub.

    Oğurluq hadisəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

    Qeyd edək ki, ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinin əməkdaşları tərəfindən 22 oğurluq faktı qeydə alınıb.