Month: April 2020

  • İranda koronavirusa görə bağlanan park və bağlar açıldı

    İranın Daxili İşlər nazirinin müavini Hüseyn Zülfiqari Koronavirusla Milli Mübarizə Şurasının razılığı ilə ölkədə bəzi məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

    IRNA-nın verdiyi xəbərə görə, Tehranda ötən ay epidemiya tədbirləri çərçivəsində bağlanmış park və bağçalar gigiyena qaydalarına əməl olunması şərtilə yenidən açılıb.

    H.Zülfiqarinin sözlərinə görə, koronavirusa yoluxanların sayında azalma var. Bu, görülən tədbirlərin əhəmiyyəti və insanların əməkdaşlığının göstəricisidir.

    Parklarda sosial məsafə qaydalarına əməl olunmasının məcburi olduğu, park və bağçaların gündə üç dəfə dezinfeksiya edildiyi qeyd olunur.

  • Qonşu ölkədə ticarət mərkəzləri açılır

    Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan ticarət mərkəzləri may ayının əvvəllərindən etibarən mərhələli şəkildə açılacaq.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    Bildirilir ki, ölkə ərazisində 436 ticarət mərkəzi bir aydan artıqdır ki, bağlıdır.

    Bununla belə, təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləcək: maskalar paylanacaq, bəlli məsafələrə riayət olunacaq, müştərilər müəyyən fasilələrlə qəbul ediləcək.

    Kinoteatrlar, iaşə müəssisələri və uşaq oyun parkları isə daha sonra açılacaq.

    Qeyd edək ki, İtaliya, İspaniya, Almaniya kimi ölkələrdə də ticarət mərkəzləri mərhələli şəkildə açılmağa başlanıb.

  • İsmayıllıda balıq ovlayanlar tutuldu – FOTO

    Ölkədə elan edilən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxsləri müəyyən ediblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə gətirilib.

    Onların İsmayıllı rayon sakinləri – Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları müəyyənləşib.

    Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, inzibati qaydada cəzalandırılıblar.


  • Əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanılıb.

    İlk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib.

    Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayit şəhərində də bu proses davam etdiriləcək.

    Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şəraitin yaradılması nəzərdə tutulub. Pilot layihələrin icrası üçün 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatdan keçmiş, əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.

  • Bu küçənin sakinləri içməli suya həsrətdir – VİDEO

    Bakının Sabunçu rayonunda yerləşən Qasım bəy Zakir küçəsinin sakinləri su və kanalizasiya problemi ilə üz-üzədir.

    Sakinlər Baku TV-yə bildiriblər ki, su təchizatı onların ehtiyaclarını ödəmir.

    Buna görə su almaq məcburiyyətində qalırlar.

  • Bakıda xanım sürücünün idarə etdiyi maşın aptekə çırpıldı – FOTO/VİDEO

    Bakıda ötən gün baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

    Qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı aptekə çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, avtomobilə və aptekə maddi ziyan dəyib.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dünən saat 13:30 radələrində Buzovna-Zaqulba yolunda baş verib:

    “Belə ki, “Isuzu” markalı, 90-JX-721 dövlət nömrə nişanlı yük maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq, yaxınlıqdakı aptekə çırpılıb.

    Məndə olan məlumata görə, qəzaya “Mercedes” markalı avtomobili idarə edən qadın sürücünün ehtiyatsızlığı deyil, “Isuzu” markalı yük maşınının sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub”.




  • Milli Məclisdə yeni şöbə yaradıldı

    Milli Məclisin İşlər müdiri xidmətində yeni şöbə yaradılıb.

    Şöbənin müdiri vəzifəsinə Elçin Məmmədov gətirilib.

    E.Məmmədovun ixtisas dərəcəsi dövlət qulluğunun baş müşaviridir.

    Şöbənin müdir müavini Tofiq Hüseyn oğlu Məmmədov təyin olunub.
    /oxu.az/

  • В Азербайджане окажут соцподдержку безработным, профподготовка которых была приостановлена

    В Азербайджане социальная поддержка в связи с последствиями коронавирусной пандемии будет оказана и безработным, которые являлись слушателями курсов профподготовки.

    Об этом сообщает Минтруда и соцзащиты населения.

    Согласно постановлению Кабмина от 7 апреля 2020 года, в ближайшие дни ведомство обеспечит выплату стипендий этим лицам. Данная мера соцподдержки охватит более 500 человек.

    Лица, не имеющие профессии и специальности, привлекаются к профподготовке Госслужбой занятости при Минтруда, что позволяет обеспечить их работой.

    Слушателям курсов ежемесячно выплачивается стипендия в размере минимальной заработной платы (250 манатов).

  • Nazirlikdən şad xəbər – Bu şəxslərə 250 manat pul veriləcək

    Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.

    Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.

    Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

    Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əməkhaqqı qədər (250 manat) təqaüd verilir.

  • Президент Ильхам Алиев выделил средства на бурение субартезианских скважин в Нахчыване

    Президент Азербайджана Ильхам Алиев 23 апреля подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения поливной водой посевных площадей и удовлетворению потребностей населения в питьевой воде в Нахчыванской Автономной Республике (АР).

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, в целях проектирования и бурения субартезианских скважин для улучшения обеспечения поливной водой посевных площадей и используемых для посева приусадебных участков, а также для удовлетворения потребностей граждан в питьевой воде в Нахчыванской АР из средств, предусмотренных в распределении государственных капиталовложений (инвестиционных расходов) госбюджета на 2020 год, Кабинету Министров НАР выделяется 1 000 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.