Month: April 2020

  • Bakıda karantin rejimini pozan şəxs həbs edildi

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumata yayıb.

    Bildirilib ki, aprelin 23-də Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin, polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

    Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.

  • “Парни из Баку” поддержали народную артистку Афаг Баширгызы

    Театр КВН «Планета «Парни из Баку» в социальной сети опубликовал письмо азербайджанских творческих деятелей в поддержку народной артистки Афаг Баширгызы.

    «В последние дни против нашей легендарной актрисы, мастера смеха Афаг Баширгызы, которая всегда заботилась о народе, помогая людям искусства как морально, так и материально, ведутся грязные игры.
    В то время, когда она не знала, что находится в эфире, запись ее голоса, который с трудом можно расслышать, без ее ведома была распространена, с целью очернить ее. Афаг ханум никогда не была неуважительна к зрителям.
    Мы, люди искусства, просим и требуем, чтобы те, кто оскорбил честь и достоинство Афаг ханум, отдавшей жизнь азербайджанскому искусству и культуре и подорвавшей на этом пути свое здоровье, ответили перед судом.
    Давайте не позволим невежественным людям очернять имя творческого человека. Афаг ханум, мы вас любим.

    Таир Иманов
    Диляра Алиева
    Октай Алиев
    Рамиз Фаталиев
    Тунзаля Агаева
    Энвер Садыхов
    Зульфия Ханбабаева
    Менсум Ибрагимов
    Эльчин Гашимов
    Эльнур Ахмедов
    Эйюб Ягубов».

    Напомним, что 21 апреля телеканал ARB TV приостановил вещание на 6 часов по решению Национального Совета по телевидению и радио.

    Причиной приостановления вещания явилось использование народной артисткой Азербайджана Афаг Баширгызы во время телефонной связи на передаче «Elgizlə izlə» нецензурной лексики.

    //vesti.az

  • Başçı Feysbuk statusuna görə iş adamını məhkəməyə verdi

    Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovu məhkəməyə verib.

    Bu barədə ASC-nin direktoru Hafiz İbrahimov özü “Ovqat.com”a açıqlamasında deyib.

    İlk məhkəmə prosesi 23 aprel tarixində Şəmkir Rayon Məhkəməsində baş tutacaq.

    İcra başçısının iş adamını məhkəməyə verməsinə səbəb isə H.İbrahimovun Feysbukda yazdığı status olub.

  • DİN-dən XƏBƏRDARLIQ: İcazəsi olan şəxslər yalnız iş günlərində sərbəst hərəkət edə bilərlər

    “Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər”.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata əsasən, son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.

    “Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-iş günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətlə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.

    Eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir”, – deyə məlumatda bildirilib.

  • Koronavirusa görə sahibkarlar məhsullarını sata bilmirlər – VİDEO

    Şəmkir rayonunda çalışan sahibkarlar əziyyətlə əkdikləri məhsullarına alıcı tapa bilmir.

    Baku TV xəbər verir ki, əsasən, Rusiya bazarlarına çıxarılan məhsulların satışında problemlər yaranıb.

    Yerli bazarlarda isə alıcı qüvvəsi yetərincə deyil. Nəticə etibarilə, kifayət qədər xərc çəkən sahibkarlar tamamilə müflisləşmək həddinə çatıblar.

  • Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Müşviq Sabir oğlu Əmirov Fizuli Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsindən azad edilərək Ucar Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

    ///Report

  • В Азербайджане еще 30 человек заразились коронавирусом – ОФИЦИАЛЬНО

    За последние сутки в Азербайджане зарегистрировано 30 новых случаев заражения коронавирусом (COVID-19).

    Об этом сообщает 23 апреля оперативный штаб при Кабинете министров.

    Еще 41 инфицированный вылечился и выписан из медучреждений специального режима.

    На данный момент в Азербайджане официально подтверждено 1 548 случаев коронавирусной инфекции. 948 пациентов выздоровели, 20 – скончались, 580 – проходят лечение.

    Состояние 16 из них оценивается как тяжелое, 25 – средней степени тяжести, остальных – как стабильное.

  • Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu – RƏSMİ

    Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

  • General-polkovnik Məhərrəm Əliyev: Azərbaycan xalqı Ali Baş Komandanın verəcəyi əmri gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazırdır

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin Trend-ə müsahibəsi:

    – Cənab general-polkovnik, bildiyimiz kimi bugünlərdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı bəyanat səsləndirib. Lakin Ermənistan rəhbərliyi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, danışıqlar prosesini pozmaqla yanaşı, işğal altındakı ərazilərimizi geri qaytarmayacaqlarını bəyan ediblər. Siz bu məsələyə necə münasibət bildirərdiniz?

    Əslində, Ermənistan rəhbərliyinin, eləcə də bu ölkənin xarici işlər idarəsinin işğalçılıq mövqeyindən çıxış edən bəyanatlar səsləndirməsi, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əldə edilən razılaşmalardan boyun qaçırması bir daha qarşı tərəfin məqsədini açıq-aşkar bəlli edir və söz yox ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır.

    Lakin eyni zamanda, Azərbaycan dövləti danışıqlar prosesində münaqişənin hüquqi çərçivədə və sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan edib. Bu baxımdan, hesab edirəm ki, Ermənistan rəhbərliyinin hər dəfə bu proseslərdən müxtəlif üsullarla yayınması cəhdləri Azərbaycana başqa çıxış yolu qoymur.

    Biz həmçinin daha bir mühüm amili də xatırlamalıyıq ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları bir sıra nüfuzlu beynəlxalq tribunalarda dəfələrlə öz qətiyyətli mövqeyini bəyan edib. İstər Münhen Təhlükəsizlik Konfransında, istərsə də MDB dövlət başçılarının iştirakı ilə keçirilən “Valday” klubunda çıxış edən cənab Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, işğalçılıq siyasəti ilə əsla barışmayacağını vurğulayıb. Əbəs deyil ki, məhz “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı hazırkı gündə də işğalçı erməni hərbi-siyasi dairələrini ciddi şəkildə narahat etməkdədir.

    Onu da düşünürəm ki, onlar sadəcə qorxularını xalqdan bu cür uğursuz bəyanatları ilə gizlətməyə cəhd göstərirlər. Ümumiyyətlə, danışıqlar masasından imtina edən erməni tərəfi birmənalı şəkildə anlamağa məhkumdur ki, onların bu cür davranışları nə həmin dövlətə, nə də erməni xalqına yaxşı heç nə vəd etmir.

    -Məhərrəm müəllim, sizcə sadə erməni xalqı münaqişənin davam etməsində nə qədər maraqlıdır, ümumiyyətlə, Ermənistan hakimiyyətinin məlum fikrini bütövlükdə xalqın fikri ilə eyni müstəvidə tutmaq nə qədər mümkündür?

    Mən elə düşünmürəm. Sadə erməni xalqı ümumiyyətlə bir-birini müxtəlif yollarla dəyişən hakimiyyətlərin maraqlarını bölüşmür. Tarix və sənədlər sübut edir ki, münaqişənin təməli xaricdə yaşayan erməni lobbisinin və əsasən də ultra-millətçi, eləcə də terror maraqlarından çıxış edən Daşnaksyutun təmsilçiləri tərəfindən qoyulub. Yəni bu məkrli planın işlənib-hazırlanmasında sadə erməni xalqı iştirak etməyib. Biz dəfələrlə şahidi olmuşuq ki, sadə xalq müharibəyə qarşı etiraz səsini ucaldır, Qarabağda hərbi xidmətə göndərilən və həlak olan gənclərin anaları münaqişəyə son qoyulmasını tələb edirlər. O da əbəs deyil ki, cənab Prezident İlham Əliyev bu məsələyə də münasibətini bildirib. Ölkə başçımız vurğulayıb ki, əgər erməni əsgəri Qarabağda ölmək istəmirsə, Ermənistan rəhbərliyi işğalçı siyasətinə son qoymalı, torpaqlarımızı tərk etməlidirlər.

    – Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev işğal altında qalan torpaqlarımızın hər an azad ediləcəyi ilə də bağlı bəyanatlar səsləndirib və vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü Ordusu var…

    – Bəli, bu bir reallıqdır və dünya birliyi tərəfindən də qəbul edilən gerçəklidir ki, güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Ona görə də hesab edirəm ki, əgər Azərbaycan danışıqlar masasında oturursa, hərbi güc, hərbi qüdrət faktoru da nəzərə alınır.

    Əslində ortada olan faktlar da bu reallığı əks etdirməkdədir. Misal üçün, bu gün Ermənistanın hərbi-siyasi dairələrindən tutmuş ən sadə vətəndaşına qədər hər kəs bilir və dərk edir ki, Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyərlər, sudan quru çıxacaqlarını sanırlar. Amma göründüyü kimi kökündən yanılırlar. Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. Artıq illərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən iri miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır.

    O cümlədən, Azərbaycan xalqı da öz Ali Baş Komandanının verəcəyi əmrini gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazır olduğunu sərgiləyir. Bu dövlətimizin, xalqımızın danılmaz haqq səsidir və ona görə də, işğalçılar unutmamalıdırlar ki, Azərbaycanın yalnız güclü diplomatiyası deyil, hərbi ritorika faktoru da mövcuddur. Yəni Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəfəng, publikaya hesablanmış ucuz fikirlərindən fərqli olaraq, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən səslənən bəyanatlar əməli işlərlə isbata yetirilir.

    – Cənab general-polkovnik, artıq aylardır ki, dünyada koronavirus pademiyası ayaq-açıb yeriyir, müxtəlif ölkələrdə, eləcə də Ermənistanda bu vəziyyətin qarşısının alınması istiqamətində acizlik nümayiş olunur. Hətta ordu sıralarında yoluxma hallarının qarşısı alınmırsa, onda Ermənistan rəhbərliyi nəyə arxayındır?

    Çox doğrudur ki, artıq illərdir regional və beynəlxalq layihələrdən təcrid olunmuş Ermənistan dövləti paralel olaraq koronavirus pandemiyasından da ağır zərbələr alır, ölkə daha ağır vəziyyətə doğru sürüklənir. Deyərdim ki, dünyanın COVID-19-la mübarizə apardığı bir dönəmdə, hətta aparıcı dövlətlərin belə, müxtəlif böhranlarla üzləşdiyi bir vaxtda heç bir hərbi, sosial və iqtisadi dayağı olmayan işğalçı Ermənistanın məlum davranışı və hər hansı “möcüzəyə” ümid etməsi qeyri-ciddilik təsiri bağışlayır.

    Ermənistan rəhbərliyi boğazdan yuxarı bəyanatlar səsləndirməkdənsə, yaxşı olardı ki, hərbi hissələrində koronavirusa yoluxma hallarının qarşısını almaq istiqamətində tədbirlərini görsünlər. Çünki erməni mətbuatından da izlədiyimiz kimi, artıq işğalçı ölkənin ordu sıralarında kifayət qədər infeksiyaya yoluxma halları mövcuddur. Yəni bu, təkzibolunmaz bir faktdır.

    Bilirsiniz, artıq COVID-19 reallığından sonra dünyanın həm siyasi, həm də iqtisadi düzəni və imkanları dəyişilir və işğalçı ölkə bunu anlamağa məhkumdur. Onlar əgər dövlətlərinin yaşamasını, ayaqda qalmasını istəyirlərsə belə lüzumsuz iddialarından əl çəkməli, münaqişənin həlli istiqamətində tələb olunan qaydalara riayət etməlidirlər. Əgər bir ölkənin ordusunda virus tüğyan edirsə, bu ordunun hansı üstünlüyündən danışmağa dəyər? Ona görə də hesab edirəm ki, ümumiyyətlə, Ermənistanın başqa çıxış yolu da qalmayıb – onlar ya müvafiq həll variantına boyun əyməli, ya da prosesdən kənara çəkilərək, ağır nəticələrə gətirib-çıxaracaq müqəddəratları barədə düşünməlidirlər.

    – Məhərrəm müəllim, demək belə nəticəyə gəlmək olar ki, əslində işğalçı ölkənin hərbi-siyasi dairələrinin məlum bəyanat və inadkarlıqları onlara heç də yaxşı müqəddərat vəd etmir?

    – Təbii ki, bu belədir. Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi və diplomatik dairələri qeyd edilən faktları bir daha nəzərdən keçirməli, təhlillərini aparıb, sağlam düşüncə ortaya qoymalıdırlar. Əks halda, Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında düşməni qısa müddətdə məğlub edib, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıracaq. Bu gerçəkliyə isə kimsənin şübhəsi olmamalıdır.

  • МИД Армении: С 2018 года мы не обсуждаем с Азербайджаном поэтапный план

    С 2018 года Армения не ведет переговоров на базе поэтапного урегулирования. Об этом заявила пресс-секретарь МИД Армении Анна Нагдалян, отвечая на вопросы газеты «Коммерсантъ» о том, обсуждались ли на встрече в Москве 15 апреля 2019 года какие-либо документы, предполагающие поэтапный подход в карабахском урегулировании, а также какое отношение к ним выразила армянская сторона и какова нынешняя позиция Армении по вопросу урегулирования карабахского конфликта.

    «Итоги встречи 15 апреля 2019 г. были сформулированы в совместном заявлении глав МИД Армении, России, Азербайджана и сопредседателей Минской группы ОБСЕ, в котором даны очертания переговоров, и оно не содержит ссылок или даже намеков на поэтапное урегулирование.

    Армянская сторона не приемлет какой-либо вариант урегулирования, который не предусматривает реализацию права Карабаха на самоопределение без какого-либо ограничения и который может поставить под угрозу безопасность народа Карабаха.

    Для Армении неприемлемы такие предложения, которые подразумевают поэтапный вариант урегулирования нагорно-карабахского конфликта, представленные еще до 2018 года. Более того, с 2018 года Армения не ведет переговоров на базе поэтапного урегулирования.

    Армения имеет ясное видение сбалансированных, основанных на компромиссах и соразмерности обязательств подходов, которые могут привести к справедливому и устойчивому урегулированию нагорно-карабахского конфликта», – подчеркнула Анна Нагдалян.