Month: April 2020

  • За нарушение карантинного режима оштрафованы еще 1 208 водителей

    За нарушение особого карантинного режима, введенного в целях предотвращения распространения коронавирусной инфекции (COVID-19), за период с 00:00 22-го по 00:00 23 апреля сотрудники Главного управления государственной дорожной полиции задержали 1 208 человек, управлявших транспортными средствами на дорогах республики. Они привлечены к административной ответственности по статье 211 Кодекса об административных проступках.

    Как сообщили в управлении, в целом с 1 апреля и по сегодняшний день к административной ответственности за нарушение особого карантинного режима привлечены 36 364 участника дорожного движения.

  • Karantin rejimini pozan daha 1208 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib – VİDEO

    Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22 aprel 2020-ci il saat 00:00-dan 23 aprel 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Bildirilib ki, ümumilikdə 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

  • В Азербайджане трагически погиб ребенок

    В Масаллинском районе погиб малолетний ребенок.

    Как сообщили oxu.az в правоохранительных органах, вчера примерно в 17:30 А.Самедов (2011 г.р.) пошел играть на расположенное рядом с домом кладбище села Шихлар.

    Во время игры на мальчика случайно упала надгробная плита. Ребенок скончался на месте.

    По данному факту возбуждено уголовное дело по статье 124.1 (убийство по неосторожности) УК АР.

  • Doqquz yaşlı uşaq faciəli şəkildə öldü

    Masallı rayonunda azyaşlı uşaq ölüb.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlumatda bildirilir ki, ötən gün saat 17:30 radələrində Masallı rayonu Şıxlar kənd sakini, 2011-ci il təvəllüdlü Ə.Səmədov yaşadığı evin yaxınlığındakı Şıxlar kənd qəbiristanlığında oynayırmış. Bu zaman qəbir başdaşılarından biri uşağın üzərinə aşıb. Uşaq aldığı xəsarətlərdən ölüb.

    Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işinə başlanılıb.

  • SOCAR tender elan edib – SİYAHI

    SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.

    SOCAR-ın “Azərikimya” İB “Etilen-polietilen” zavodunun Polietilen istehsalatının 14 saylı sahəsindəki II düzüm kompressorlarının 6 kV, 250 d/dəq, 5000 kVt mühərriklərinin əsaslı təmir işlərinin satın alınması üzrə tender elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 6 may 2020-ci il, saat 17:30-dək Azərbaycan dilində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Qaz İxrac” İdarəsi LOT 1 üzrə Astara MQKS Astara 110/35/10 kv-luq y/st-da 35 və 10-luq açarlarda, Astara k-2-də 35kv-luq y/st-da, k-2-də 10/0,4 kv-luq y/st-da, LOT 2 üzrə Siyəzən MQKS 110/35/6 kv-luq y/st-da elektrik avadanlıqlarında və LOT 3 üzrə Hacıqabul KS-si qidalandıran 1 №-li 110/6/6 kv-luq 25 MVA transformatorun 6 kv-luq 1 nömrəli şin seksiya giriş yuvasında elektrik avadanlıqlarda təftiş sınaq və sazlama işlərininə olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 08.05.2020-ci il, saat 17:30-dək Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    SOCAR Qaz Emalı Zavodunun LOT 1 – Xüsusi geyim və fərdi mühafizə vasitələrinə, LOT 2 – Yanğınsöndürmə vasitələri və nişanlarına və LOT 3 – dərman preparatlarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 12.05.2020-ci il, saat 16:30-dək Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Neftqaztikinti” tresti qaynaq tikişlərinin müayinəsi üçün tələb olunan sərf və köməkçi materiallarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.05.2020-ci il, saat 17:30-dək Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    SOCAR “Neft Kəmərləri” İdarəsinin AİB Sumqayıt NTS-də iki ədəd RVS-5000 m3-luq neft çəninin tikintisi işlərinin yerinə yetirilməsinə tələb olunan avadanlıq və mal-materiallara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi zərflərin açılışı tarixinin uzaldıldığını elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 05.05.2020-ci il, saat 17:30-dək Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Neftqaztikinti” tresti düztikişli elektrik qaynaqlı 530x12mm ölçülü polad boruya olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə müraciətlərin son tarixinin, həmçinin, təklif zərflərinin açılış tarixinin müddətinin uzadıldığını elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 01.05.2020-ci il, saat 17:30-dək Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.

    Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.

  • Çində koronavirusun ikinci dalğası Rusiya ilə sərhəddə başladı

    Çinin Harbin şəhərində koronavirusun ikinci dalğası başlayıb.

    “Reuters” xəbər verir ki, ölkə hökuməti artıq şəhərə giriş-çıxışı bağlayıb.

    Son 10 gündə Harbində koronavirusa 57 yoluxma faktı aşkar edilib.

    Yerli sakinlər evdən çıxarkən virusa yoluxmadıqları barədə QR-kod təqdim etməlidirlər.

    Aprelin ortalarından Harbin xaricdən gələnlər üçün 28 günlük karantin tətbiq edib: insanlar iki həftə ərzində karantin mərkəzində, daha iki həftə isə evlərində qalmalıdırlar.

    Aprelin 14-də Rusiyanın Harbindəki Baş Konsulluğu Rusiya-Çin sərhədində sərnişinlər üçün bütün quru sərhəd keçidlərinin bağlandığını bildirib.

  • Hindistanda hər il iki milyon insanın ölümünə səbəb olan çirkli hava təmizlənib

    Hindistanda koronavirusa görə martın 24-dən tətbiq edilmiş karantin hava və çay sularının təmizlənməsinə səbəb olub.

    “Anadolu” agentliyi ölkənin Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin məlumatına istinadla xəbər verir ki, qadağanın ilk günündə havanın zəhərlənməsi 22 faiz, azot dioksidinin (NO2) miqdarı isə 15 faiz azalıb.

    Buna səbəb olaraq tikinti işləri və fabriklərin fəaliyyətinin və nəqliyyatın hərəkətinin azalması göstərilir.

    Yüksək çirklənmə müşahidə olunan bölgələrdə yaşayan insanların epidemiyaya daha həssas olduqları qeyd edilir.

    Təmiz hava xroniki bronxitdən əziyyət çəkənlərin də nəfəs alma ilə bağlı problemlərini azaldıb.

    Ölkədə mayın 3-dək davam etməsi planlaşdırılan komendant saatı çaylarda suyun keyfiyyətinə müsbət təsir göstərib.

    Hindlilər tərəfindən müqəddəs sayılan Qanq çayının təmizlənməsini əks etdirən fotoşəkillər tez-tez sosial media istifadəçiləri tərəfindən paylaşılır.

    Hətta çayının bəzi ərazilərində suyun yuyunmağa uyğun olduğu da vurğulanır.

    Qeyd edək ki, Hindistanda hər il hava çirkliliyi ilə əlaqəli səbəblərdən 2 milyondan çox insan ölür.

  • ABŞ-da ilk dəfə ev heyvanlarında COVID-19 tapıldı

    ABŞ-ın Nyu-York şəhərində ilk dəfə iki ev pişiyində yeni tip koronavirus aşkarlanıb.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    “İnsanların ev heyvanlarından qorxmasını istəmirik. Ev heyvanlarının bu infeksiyanı insanlara yaymaqda rol oynadığına dair sübut yoxdur. Yenə də epidemiya dövründə ev heyvanları ilə insanların və digər heyvanların əlaqəsinin kəsilməsi düzgündür”, – deyə ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən bildirilib.

    Qeyd edək ki, ABŞ-da buna qədər Nyu-Yorkun Bronks bölgəsindəki zooparkda da yeddi pələng və şirdə COVID-19 tapılmışdı.

  • İyun ayına şadlıq evlərində boş yer yoxdur – VİDEO

    Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar martın 15-dən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilmir.

    Bu durğunluq Ramazan ayının başlaması səbəbindən hələ mayın sonuna qədər davam edəcək.

    Restoran sahibləri Baku TV-yə açıqlamalarında bildiriblər ki, Ramazan may ayına təsadüf etdiyi üçün toylarda aktivlik gözlənilmir.

    Eyni zamanda, karantinlə əlaqədar təxirə salınan toylar növbəti aylara keçirilib. Mayın sonundan etibarən şadlıq evlərində, demək olar ki, bütün günlərə sifarişlər qəbul edilib.

    Qiymətlərə gəldikdə, hələlik nə azalma, nə də artım nəzərdə tutulmur. Məbləğ ənənəvi qaydada, menyulara uyğun və adam sayına görə müəyyənləşdirilir.

  • Перестрелка на границе Азербайджана с Ираном, есть погибший – ФОТО

    22 апреля, примерно в 15:30, на служебной территории пограничной заставы вблизи села Дашкенд Ярдымлинского района были обнаружены трое неизвестных лиц, нарушивших госграницу Азербайджана со стороны Ирана, сообщили в пресс-центре Государственной пограничной службы (ГПС) АР.

    Погранзастава была поднята “в ружье”, территорию оцепили.

    Пограничный наряд приказал нарушителям остановиться, а также произвел предупредительный выстрел в воздух, но в ответ нарушители открыли огонь по пограничникам.

    В соответствии с законом “О государственной границе” пограннаряд применил оружие, в результате чего был ранен один из нарушителей. Двое других, воспользовавшись туманом, бежали на территорию Ирана.

    Раненого доставили в Центральную больницу Джалилабадского района, но, несмотря на усилия врачей, спасти его жизнь не удалось.

    На месте перестрелки были обнаружены и изъяты 2 кг гашиша, обрез охотничьего ружья, шесть патронов, одна гильза. Поисковые работы продолжаются.

    Сообщается, что на место происшествия был приглашен представитель пограничной службы Ирана.

    В настоящее время сотрудники погранотряда “Гейтепе” ГПС и военной прокуратуры Лянкярана проводят необходимые оперативно-следственные мероприятия.