Month: April 2020

  • Azərbaycan-İran sərhədində atışma: Ölən var – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində təd­birlər davam etdirilir.

    DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, aprelin 22-də saat 15:30 radələrində DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində üç nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

    Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­zi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

    Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, silah tətbiq olun­ub və sərhəd pozucularından biri yaralanıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edə­rək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım gös­təri­lərək Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub, lakin görülən tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olma­yıb.

    Hadisə yerində ümumi çəkisi iki kq olan həşiş qatranına bənzər narkotik vasitə, bir ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, altı ədəd pat­ron, bir ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir.

    İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib.

    Hazırda DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­findən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

  • В мире число инфицированных коронавирусом превысило 2 600 000

    По данным на утро 23 апреля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 2 638 477.

    Как свидетельствует онлайн-статистика Oxu.Az, из них выздоровели 721 997, скончались 182 248 человек.

    Самый высокий уровень смертности зафиксирован в США – там жертвами нового вируса стал 47 681 инфицированный.

    В соседних с Азербайджаном Иране зарегистрировано 5 391, Турции – 2 376, России – 513, Армении – 24, Грузии – 5 летальных исходов от коронавируса.

    В Азербайджане на сегодняшний день от COVID-19 скончались 20 инфицированных.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 2 638 477 nəfər koronavirusa yoluxub.

    Bu barədə onlayn statistikada qeyd edilir.

    Virusdan ölənlər 184 248, sağalanlar isə 721 997 nəfər təşkil edir.

    Ən çox ölüm hadisəsi 47 681 nəfər olmaqla ABŞ-da qeydə alınıb.

    Azərbaycanın sərhəd qonşuları İranda 5391, Türkiyədə 2376, Rusiyada 513, Ermənistanda 24, Gürcüstanda COVID-19-dan 5 ölüm faktı baş verib.

    Azərbaycanda koronavirusdan 20 nəfər dünyasını dəyişib.//oxu.az

  • Новые кресла в самолетах обезопасят от COVID-19

    Итальянская компания Aviointeriors, занимающаяся проектированием интерьеров авиалайнеров, пообещала в течение полугода создать новые сиденья.

    Как сообщает Flight global, эти кресла предназначены для того, чтобы пассажиры вновь чувствовали себя в безопасности после снятия ограничений, введенных из-за пандемии смертоносного коронавируса.

    Фирма показала новый концепт под названием Janus, уникальность которого заключается в том, что центральное сидение в ряду из трех кресел будет развернуто в противоположное направление от соседних.

    Это позволит увеличить расстояние между пассажирами для снижения риска передачи коронавируса.

  • Təyyarələrdə koronavirusdan qoruyacaq yeni oturacaqlar istehsal ediləcək

    Təyyarələrin interyerinin layihələndirilməsi ilə məşğul olan İtaliyanın “Aviointeriors” şirkəti yarım il ərzində yeni növ oturacaqların istehsalına başlayacağına söz verib.

    “Flight global” xəbər verir ki, bu oturacaqlar karantindən sonra sərnişinlərə özlərini təhlükəsiz hiss etməyə kömək edəcək.

    Şirkət yeni konseptinə “Janus” adı verib. İxtiranın əsas xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi oturacaqlar qıraqdakılara nisbətən əks tərəfə baxacaq.

    Beləliklə sərnişinər arasında məsafənin artırılması təmin ediləcək.

  • Şəmkirdə özünü yandıran kişini Bakıya gətirdilər

    Şəmkirdə yaşlı kişi yanıq xəsarəti alıb.

    APA-nın yerli bürosunun məlumtına görə, hadisə rayonun “15 küçə” adlanan ərazisində olan mənzillərin birində qeydə alınıb.

    1941-ci il təvəllüdlü Cəfər Vəliyev ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən 5 saylı Xəstəxananın Yanıq şöbəsinə gətirilib.

    Məlumata görə, 79 yaşlı kişi özü-özünü yandırıb.

    Hadisənin baş verməsi səbəbləri araşdırılır.

  • ABŞ-da koronavirusdan ilk ölümün fevralın əvvəlində olduğu ortaya çıxıb

    ABŞ-da yeni tip koronavirusla bağlı ölüm hallarının rəsmi açıqlamalardan həftələr əvvəl baş verdiyi üzə çıxıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    ABŞ-ın Kaliforniya ştatının Santa Klara bölgəsinin rəsmiləri ştatda altı və 17 fevralda iki nəfərin COVID-19-dan öldüyünü açıqlayıb.

    Buna qədər isə rəsmi açıqlamalar ABŞ-da koronavirusla bağlı ilk ölümün tarixinin 29 fevral olduğunu göstərib.

  • Скончался заслуженный артист Азербайджана – ФОТО

    Скончался работающий в Государственном кукольном театре им. Абдуллы Шаига заслуженный артист Мансур Мансуров.

    Как передает Report, он скончался после длительного заболевания легких в возрасте 76 лет.

    Напомним, что Мансур Мансуров родился 13 августа 1944-го года в Баку.

    С 1970-го года он работал в Государственном кукольном театре им. Абдуллы Шаига. В 2012-с году удостоился почетного звания заслуженный артист.

    Allah rəhmət eləsin!

  • Azərbaycanın əməkdar artisti dünyasını dəyişib – FOTO

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Əməkdar artist Mansur Mansurov vəfat edib.

    “Report” xəbər verir ki, M.Mansurov bu gün uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub.

    1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.

    2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

    Allah rəhmət eləsin!

  • Число жертв COVID-19 во Франции превысило 21 тысячу человек

    Жертвами коронавируса во Франции с 1 марта стали 21,3 тысячи человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил в ходе брифинга в среду глава Генеральной дирекции здравоохранения страны Жером Саломон.

    “Мы оплакиваем 13 236 умерших с первого марта в больницах и 8 104 умерших в социальных и медико-социальных учреждениях. Общее число умерших с первого марта – 21 340 человек”, – сказал Саломон.

    Он отметил, что “в больницах находятся 29 741 человек, в тяжелом состоянии в отделениях реанимации – 5 218 пациентов”.

    Число подтвержденных случаев коронавируса во Франции составляет 119 151.