Month: April 2020

  • В Баку мужчина в медмаске совершил налет на аптеку

    Повсеместное ношение медицинских масок с целью защиты от коронавирусной инфекции COVİD-19 облегчает задачу преступным элементам оставаться неузнаваемыми.

    В настоящее время оперативники уголовного розыска Сабунчинского района Баку пытаются установить личность подозреваемого в разбойном нападении на аптеку.

    Об этом oxu.az сообщили в правоохранительных органах.

    Вечером 21 апреля в аптеку, расположенную в поселке Забрат, на улице Бабека, вошел мужчина. Угрожая провизору Эсмире Ибадовой (1988 г.р.) физической расправой, мужчина отнял у нее 700 манатов и скрылся.

    По словам потерпевшей, во время нападения неизвестный держал в руках предмет, похожий на пистолет. Женщина не смогла разглядеть лицо преступника в белой медицинской маске.

    По факту разбойного нападения возбуждено уголовное дело. Расследованием занялись сотрудники 15-го отделения полиции. Наличие медицинской маски на лице грабителя значительно усложнило работу правоохранителей, несмотря на то, что камеры наблюдения, установленные на территории поселка, зафиксировали молодого человека в кепке и медмаске не только во время нападения, но и после него.

  • Bakıda tibbi maskalı kişi aptekə basqın etdi

    Koronavirus infeksiyasından qorunmaq üçün tibbi maskaların geniş yayılması cinayətkarın tanınmasına mane olur.

    Hazırda Bakının Sabunçu rayonunun cinayət axtarış bölməsinin əməkdaşları aptekdən hədə-qorxu yolu ilə pul oğurlamaqda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Aprelin 21-də, axşam saatlarında bir kişi Zabrat qəsəbəsində, Babək küçəsində yerləşən aptekə girib. O, 1988-ci il təvəllüdlü əczaçı Esmira İbadovanı hədələyərək ondan 700 manat pul alaraq gedib.

    Zərərçəkmişin sözlərinə görə, hücum zamanı naməlum şəxsin əlində silaha oxşar bir əşya olub. Qadın cinayətkarın üzünü ağ tibbi maska taxdığı üçün görə bilməyib.

    Oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Araşdırma 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır. Soyğunçunun üzündə tibbi maskanın olması, qəsəbədə quraşdırılmış müşahidə kameralarının papaq və tibbi maska geyinən şəxsin təkcə hücum zamanı deyil, ondan sonra da qeyd etməsinə baxmayaraq, hüquq mühafizə orqanlarının işini xeyli çətinləşdirib.

  • Azərbaycanda balıq ovlayanlara xəbərdarlıq edildi – RƏSMİ

    Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olanlara xəbərdarlıq edib.

    Bu barədə qurumdan məlumat verilib.

    Bildirilib ki, bu ilin aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa qoyulacaq. Qadağa təbii su hövzələrində balıq ovuna şamil edilir.

    Xəzər dənizi akvatoriyasında və Respublikanın digər sututarlarında balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərdən müəyyən olunan vaxtda və ərazilərdə balıq ovuna qoyulan qadağaya əməl etmələrini xahiş və tələb edir.

    Sözügedən qadağa həvəskar balıqçılığa da şamil edilir. Qaydanı pozanlar növündən asılı olmaqla, inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Vətəndaşlardan xahiş olunur ki, qadağa ilə bağlı pozuntular barədə İdarənin 012 433 38 02, 012 433 38 22 (faks) nömrələrinə məlumat versinlər.//oxu.az

  • Единовременные выплаты перечислены очередным 30 тысячам неработающим

    В банковские филиалы и почтовые отделения Азербайджана перечислены единовременные выплаты в размере 190 манатов для очередных 30 000 безработных и малообеспеченных неформально занятых лиц, потерявших работу после введения в стране особого карантинного режима.

    Как говорится в сообщении Министерства труда и социальной защиты населения республики, согласно поручению Президента Азербайджана Ильхама Алиева, программа единовременной выплаты, увеличившись в 3 раза, охватит 600 000 граждан.

    С 9 апреля единовременные выплаты перечислены в общей сложности 320 000 безработным, а сумма перечисленных средств составляет 60 800 000 манатов.

    Отметим, что после перечисления выплат на указанные при регистрации телефонные номера безработных отправляются соответствующие SMS-уведомления.

    После поступления уведомления безработные лица, получив в соответствующем порядке разрешение на выход из дома, могут забрать единовременные средства в филиалах банка, либо в отделениях почты (об этом отмечается в уведомлении).

    Выплаты предоставляются ежедневно.

  • Daha 30 min nəfərə 190 manat köçürüldü

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən ibarət daha 30 min nəfər üçün birdəfəlik vəsaiti köçürüb.

    Median.Az xəbər verir ki, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

    Onlar bu mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq mesajda “Azərpoçt” MMC qeyd edilərsə – istənilən poçt şöbəsinə, bank göstərilərsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni (190 manat) ala bilərlər.

    Birdəfəlik ödəmələrin verilməsinə aprelin 9-dan başlanıb və proses hər gün davam edir.

    İndiyədək birdəfəlik ödəniş edilən şəxslərin sayı 320 minə, bu kateqoriyalardan olanlara ödənilən ümumi vəsaitin məbləği isə 60 milyon 800 min manata çatıb.//oxu.az

  • Tramp İran gəmiləri ilə bağlı təlimat verdi

    Prezident Donald Tramp ABŞ-ın gəmilərinə hücum edəcəkləri təqdirdə İran donanmasını vurmaq əmrini verib.

    Median.Az xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

    “Amerika Birləşmiş Ştatlarına məxsus gəmilərimizi dənizdə narahat etsələr, İran donanmasının vurulması ilə bağlı təlimat verdim”, – deyə o qeyd edib.

    Xatırladaq ki, ötən həftə İranın İnqilab Keşikçiləri Ordusuna aid 11 sürət gəmisi Bəsrə körfəzində ABŞ-a məxsus altı hərbi gəmiyə yaxınlaşaraq, ərazidən uzaqlaşmalarını tələb ediblər.

  • Задержан наркодилер, сбывавший зелье через интернет – ФОТО/ВИДЕО

    Сотрудники Главного управления по борьбе с незаконным оборотом наркотиков МВД Азербайджана задержали мужчину, занимающегося наркоторговлей.

    Об этом сообщает пресс-служба Министерства внутренних дел страны.

    Подозревающийся в сбыте наркотиков житель Баку Анар Мамедов был задержан в Низаминском районе столицы. При обыске у него были обнаружены 0,87 грамма героина и 1,028 грамма метамфетамина. Позднее по месту жительства А.Мамедова полиция обнаружила и изъяла 3,873 грамма героина и 14,345 граммов метамфетамина.

    В ходе расследования было установлено, что зарегистрировашийся в соцсетях под никами Metidenxmya и Zakladka Bakı мужчина активно пропагандировал наркотики. А.Мамедов занимался онлайн-продажей наркотиков, получая деньги за проданный “товар” на пластиковую карту, которая также была обнаружена при обыске у него дома.

    Как сказал А.Мамедов, наркотические средства и психотропные вещества он приобретал у некоего гражданина Ирана.

    По факту возбуждено уголовное дело.

  • Azərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı

    Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, xəstəxananın direktoru Rüstəm Budaqov özü vəzifəsindən getmək istəyib.

    “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında bildirib ki, R.Budaqov öz ərizəsi ilə işdən çıxarılması üçün müraciət edib:

    “O, vəzifəsindən azad edilib. Hələlik yerinə təyinat yoxdur”.

  • Yeni doğulan körpələri koronavirusdan qorumaq üçün maraqlı üsul – FOTO

    Türkiyənin Tibb Elmləri Universitetinin nəzdindəki xəstəxanada dünyaya gələn körpələrə koronavirusdan müdafiə tədbirləri çərçivəsində tibb işçilərinin özlərinin hazırladıqları üz sipəri taxılır.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    Bildirilir ki, bir çox hallarda COVID-19-a yoluxma simptomsuz müşahidə edilir. Buna görə anaların arasında daşıyıcıların ola biləcəyi istisna deyil.

    Uşaqların immun sisteminin tam inkişaf etmədiyi və mümkün infeksiyalarldan onları qoruya bilmək üçün xəstəxanada bu addım atılıb.

  • Karantini Şabranda keçirən Oksana Rəsulova: “Rayon qızı olmuşam” – FOTO

    “Koronovirus pandemiyası İrana gəlib çıxanda fikirləşdim ki, onsuz da Bakıda heç bir işim yoxdur. Ata yurdum və məskənim olan Şabran rayonuna, anamın yaşadığı bağ evinə gəldim. Elə oldu ki, burada uzun müddət qalası oldum. Artıq 38-ci gündür ki, paytaxtdan kənarda, Şabrandayam”.

    Median.Az xəbər verir ki, bunu hind rəqslərinin mahir ifaçısı və cazibədar aktrisa Oksana Rəsulova İTV-də yayımlanan “Gəl, qonaq ol!” əyləncəli proqramına “Skype” vasitəsilə qoşularkən deyib.

    Aktrisa karantin günlərini ailəsi ilə birgə keçirdiyini bildirib:


    “Ana olmağa hazırlaşdığım vaxt Şabrana gəlib, burada uzun müddət qalmışdım. Anamın və atamın yanında… Ailəm də buradadır. Yeni layihələr, planlar haqqında düşünürəm. Etmədiyim şeyləri burada edirəm. Bizim böyük bağımız var. Ev işlərində anama, bağ işlərində isə atama kömək edirəm. Toyuqlara, cücələrə yem verirəm. Yemək bişirib, ev yığışdırıram. Bir sözlə, rayon qızı olmuşam”.

    Proqramın aparıcı Saleh Bağırovun O.Rəsulovaya ünvanladığı “Oğlunuz Osman haradadır?” sualına aktrisa belə cavab verib:

    “Əgər oğlum Osmanla birlikdə buradan canlı efirə çıxsam, bir yerdə oturmayacaq. Birtəhər onun başını qatıb, sizinlə söhbət etməyə gəldim”.

    Daha sonra aparıcının xahişi ilə cazibədar aktrisa hind mahnısının sədaları altında yoqa hərəkətlərini əyani sürətdə nümayiş etdirib.


    Qeyd edək ki, ixtisasca ginekoloq olan 38 yaşlı Oksana Rəsulova üç dəfə ərdə olub. O, ikinci həyat yoldaşı – məşhur repçi Elşad Xosedən səkkiz il öncə qalmaqallı şəkildə boşanıb. 2017-ci ildə gizli şəkildə yenidən ailə həyatı quran gözəl aktrisa 2018-ci ildə Osman adlı oğlan övladını dünyaya gətirib.//oxu.az