Month: April 2020

  • Хозяин столичного салона красоты проигнорировал ограничения карантинного режима – ФОТО/ВИДЕО

    Сотрудники 9-го отделения полиции Сабаильского района столицы выявили нарушающий положения особого карантинного режима салон красоты, расположенный на улице Нигяр Рафибейли.

    Как сообщает пресс-служба Министерства внутренних дел Азербайджана, владелец объекта Руфат Юсупов и трое посетителей салона задержаны.

    В их отношении составлены административные протоколы и назначены штрафы.

  • Bakıda bu gözəllik salonu karantinə rəğmən işləyirmiş – FOTO/VİDEO

    Bakının Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq, fəaliyyət göstərən gözəllik salonu aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.

    Obyektə baxış zamanı oranın sahibi, paytaxt sakini Rüfət Yusupov və daha üç müştəri aşkar olunaraq, Polis Bölməsinə gətiriliblər.

    Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati qaydada cəzalandırılıblar.

  • Bakıda bir gündə altı nəfər yoxa çıxdı – İnsanın itkin düşməsi necə təsdiqlənir?

    Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş faktı qeydə alıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İtkin düşən altı şəxsdən ikisi azyaşlı – Nurlan (2009-cu il təvəllüdlü) və Ömər Şərifov (2014-cü il təvəllüdlü) qardaşdır. Onlar aprelin 20-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yoxa çıxıblar. Polis idarəsinə uşaqların itkin düşməsi ilə bağlı məlumat aprelin 21-də daxil olub. Xoşbəxtlikdən elə həmin gün azyaşlılar Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq, sağ-salamat ailələrinə təhvil verilib.

    Qeyd edək ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində aprelin 21-də Dadaşova Səkinə Qalib qızı (1997-ci il təvəllüdlü) itkin düşüb. O, saat 15:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsi Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları axtarır.

    Aprelin 20-də Nərimanov rayonunun ərazisində 23 yaşlı Soltanov Kamran Rafiq oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Nizami rayonunda isə ötən ilin oktyabr ayının 30-da Qara Qarayev prospektinin yaxınlığında itkin düşmüş Hüseynov Həsən Allahverdi oğlu (1975-ci il təvəllüdlü) axtarılır.

    Yasamal rayonunun 27-ci polis bölməsinin əməkdaşları Orucov Vidadi Mehdi oğlunu (1959-cu il təvəllüdlü) axtarır. Bu şəxs martın 19-da yoxa çıxıb. O vaxtdan bəri onun harada olduğu barədə məlumat yoxdur.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, əksər hallarda itkin düşən şəxslər iki-üç gün sonra özləri sağ və salamat geri qayıdırlar. Lakin istənilən halda axtarış aparılan müddətdə bu şəxslər itkin düşmüş hesab edilir. Həmin şəxslər cinayətin və ya hansısa bədbəxt hadisənin qurbanına da çevrilə bilərlər.

    Oxu.Az-ın oxucuları tez-tez “insan hansı hallarda itkin düşmüş hesab olunur?” sualı ilə müraciət edirlər.

    Məsələ ondan ibarətdir ki, əvvəllər bütün MDB məkanında vahid təcrübə mövcud idi – əgər şəxsin itkin düşməsindən üç gün keçməyibsə, hüquq-mühafizə orqanları ərizəni qəbul etmirdilər. Lakin son 10 ildə daxili işlər orqanlarının normativləri dəyişib və müddətdən asılı olmayaraq, itkin düşən şəxs haqqında ərizə dərhal qəbul edilməlidir.

    Şəxs o halda itkin düşmüş hesab olunur ki, qəflətən və naməlum şəraitdə yoxa çıxsın, harada olduğu haqqında məlumat olmasın. Daxili İşlər Nazirliyində bütün itkin düşmüş şəxslərin qeydiyyatının aparıldığı xüsusi baza mövcuddur. Orada şəxsin məlumat vərəqəsi, şəkilləri, xüsusi əlamətləri, şəxsiyyətini müəyyənləşdirərkən lazım ola biləcək bütün məlumatlar var.

  • Kondisioner koronavirusu daha sürətlə yayır

    Çində alimlər araşdırma apararaq, bu ilin yanvar ayında kondisioner vasitəsilə doqquz nəfərin koronavirusa yoluxduğunu müəyyən ediblər.

    Gazetedemokrat.com xəbər verir ki, koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb.

    Həmin şəxsin digərləri ilə bir metrdən çox məsafədə olmasına baxmayaraq, restoranda olan doqquz nəfər COVID-19-a yoluxub.

    Bununla da, kondisionerin virusu daha sürətlə yaydığı qənaətinə gəlinib.

  • Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında aprelin 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Qərb küləyi arabir 15-20 m/s, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin baş inspektoru, polis baş leytenantı Fariz Ramazanzadə vəzifəsindən azad edilib.

    Nazirin digər əmri ilə o, Sumqayıt Şəhər Polis İdarəsinin DYP şöbəsinin taqım komandiri vəzifəsinə təyin edilib.

  • Arvadı ilə tutduğu kişini dörd il sonra öldürdü: Dəhşətli qətlin təfərrüatı – VİDEO

    2018-ci il avqustun 13-də Daxili İşlər Nazirliyinin “102” Xidmətindən Şabran Rayon Polis Şöbəsinə şəhər ərazisində qətl törədilməsi barədə məlumat verilib. Polis və prokurorluq əməkdaşları Vidadi küçəsi, 26 ünvanında, yardımçı tikilidə üzərində bıçaq xəsarətləri olan şəhər sakini Ruslan Hacıyevin meyitini aşkar ediblər.

    Baku.tv-nin məlumatına görə, ev sahibi Vüsal Hacıyev həmin şəxsi qısqanclıq zəminində öldürdüyünü və qaynar xəttə zəng etdiyini deyib.

    İstintaqla müəyyən edilib ki, V.Hacıyev R.Hacıyevi arvadı Dünya Adıgözəlova ilə 2014-cü ilin yayında yaşadığı evin həyətində birlikdə yaxalayıb. Baş verənlərə rəğmən V.Hacıyev onları bağışlasa da, R.Hacıyevin başqalarının yanında onun haqqında nalayiq ifadələr işlətməsi səbəbindən qisas almağı qərarlaşdırıb.

    Belə ki, V.Hacıyev 2018-ci il avqustun 12-də mebel düzəltmək bəhanəsi ilə tanışı İsmayıl Səfərəliyev vasitəsi ilə R.Hacıyevi evə dəvət edib. Spirtli içki qəbul etdikdən sonra onu həyat yoldaşı ilə görməsini xatırladıb, həmin vaxt güzəşt etməsindən söz açıb.

    R.Hacıyev onun arvadının əxlaqsız qadın olduğunu, digər insanlarla da görüşdüyünü bildirib. Başlanan mübahisədə V.Hacıyev masanın üzərindəki su ilə dolu şüşə qabı tanışının baş nahiyəsinə çırpıb, mətbəx bıçağı götürüb, ailə üzvləri və qonşuları eşitməsin deyə, onu həyətdə yerləşən yardımçı tikiliyə aparıb. Orada vurduğu bıçaq zərbələri nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik:

  • Sosial şəbəkələrdə narkotik satan “Zakladka Bakı” ələ keçdi – FOTO/VİDEO

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini Anar Məmmədov paytaxtın Nizami rayonunda tutulub.

    Onun üzərində şəxsi axtarış aparılan zaman 0,870 qram narkotik vasitə olan heroin, 1,028 qram psixotrop maddə metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq, A.Məmmədovun yaşadığı evdən əlavə 3,873 qram heroin və 14,345 qram metamfetamin aşkar edilərək götürülüb.

    Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla onun müxtəlif sosial şəbəkələrdə “Metidenxmya” və “Zakladka Bakı” adı ilə qeydiyyatdan keçərək, özünə məxsus səhifələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ etməsi müəyyən olunub.

    Qeyd edək ki, A.Məmmədov narkotik vasitələri onlayn yolla satışa çıxarıb və ayrı-ayrı şəxslər onun plastik kartına buna görə pul vəsaitləri köçürüblər. Saxlanılan şəxsin evindən həmin vəsaitlərin toplandığı plastik kart da polislər tərəfindən aşkar olunub.

    A.Məmmədov ifadəsində, həmçinin, üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə və psixotrop maddələri tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığını bildirib.

    Faktla bağlı A.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

  • Azərbaycanlı idmançı: “İyunun 20-də çempionluq kəməri uğrunda döyüşüm var”

    “İyunun 20-də Moldovanın paytaxtı Kişinyovda çempionluq kəməri uğrunda döyüşüm var”.

    Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov deyib.

    O bildirib ki, hazırda həmin döyüşə hazırlaşır:

    “Ölkədə karantin rejimi elan edildiyindən bütün döyüş zalları bağlıdır. Ancaq sağ olsunlar ki, bizə güzəşt edilərək hoteldə fiziki məşq etməyimizə imkan yaradılıb. Karantin elan ediləndən buradayıq.

    Əslində, fevralda kəmər uğrunda döyüşməli idim. Lakin finlandiyalı rəqibim Mikael Silander zədəli olduğu üçün adi döyüş keçirdim”.

    Qeyd edək ki, Mehman Məmmədov fevralın 15-də “Eagles” turnirində əfqanıstanlı Nurəddin Həzrətlə qarşılaşıb və döyüşün bitməsinə 3 dəqiqə 11 saniyə qalmış rəqib zədələndiyini bəhanə edərək, yarışmaqdan imtina edib. Hakim döyüşü baş tutmamış hesab etsə də, sonradan qələbə idmançımıza verilib.

  • В Сумгайыте разбился упавший с 8 этажа рабочий

    В Сумгайыте произошел трагический случай.

    Как сообщает АПА, инцидент имел место на территории бульвара. С 8 этажа строящейся высотки по неосторожности упал рабочий, житель Абшеронского района Гасымов Бахруз Акиф оглу (1991 г.р.).

    От полученных травм мужчина скончался.

    По данному факту ведется расследование.