Month: April 2020

  • Xaçmazda meyiti tapılan şəxsin qətlə yetirildiyi müəyyənləşib

    Xaçmazda bir gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, bir gün öncə kimsəsiz sahədə meyiti aşkarlanan 1978-ci il təvəllüdlü Ceyhun Sadıqovun 1973-cü il təvəllüdlü Xaçmaz rayon sakini Kamran Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi aşkarlanıb.

    Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Bakıda ahıl kişini motosiklet vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Xətai prospektində 1945-ci il təvəllüdlü Əkbərov Hətəm Nəcəf oğlunu motosiklet vurub.

    Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

    Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Иностранцы до 15 июня смогут работать в Москве без патента

    Иностранцы с 15 марта по 15 июня текущего года могут работать в Москве без патента на трудовую деятельность, также отменяется ежемесячная оплата за уже выданные патенты из-за ситуации с коронавирусом.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом журналистам сообщили в пресс-службе столичного ГУ МВД России.

    “Иностранные граждане, находящиеся на территории Российской Федерации и не имеющие разрешение на работу или патента, вне зависимости от цели въезда в период с 15 марта 2020 г. по 15 июня 2020 г. могут осуществлять трудовую деятельность без получения разрешений на работу или патентов”, – сказали в пресс-службе.

    В главке также добавили, что “в обозначенный период обращаться для продления сроков действия разрешений на работу и патентов, а также производить оплату авансового платежа по налогу на доходы физических лиц иностранными гражданами, осуществляющими трудовую деятельность на основании патента, не требуется”.

    Кроме того, отмечается, что работодатели могут привлекать на работу иностранцев, которые находятся в России по визе и не имеют разрешения на работу, но при наличии у них соответствующего разрешения на привлечение и использование иностранных работников. “Обязательным условием использования иностранной рабочей силы является соблюдение работодателем требований законодательства РФ, включая установленные ограничения и иные меры, направленные на обеспечение санитарно-эпидемиологического благополучия населения”, – подчеркнули в ГУ МВД России.

  • Moskvada miqrantların patent olmadan işləməsinə icazə verildi

    Rusiya Federasiyasının ərazisində olan xarici vətəndaşlar ölkəyə giriş məqsədindən asılı olmayaraq, cari ilin 15 mart tarixindən 15 iyunadək iş icazəsi və ya patent almadan əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

    Qeyd olunur ki, işəgötürənlər və sahibkarlar əcnəbiləri işə götürə bilərlər.

    Bununla yanaşı işəgötürən tərəfindən qanunun tələblərinə, o cümlədən müəyyən edilmiş məhdudiyyətlərə və əhalinin sanitariya-epidemioloji rifahının təmin edilməsinə yönəldilmiş tədbirlərə əməl olunmalıdır.

    Qeyd edək ki, Rusiya Strateji Təşəbbüslər Agentliyinin baş direktoru Svetlana Çupşeva ölkənin Baş naziri Mixail Mişustinə pandemiya dövründə əhalinin maddi cəhətdən dəstəklənməsilə əlaqədar təkliflərdən ibarət məktub göndərib. Təklifdə koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti işini itirmiş miqrantları Rusiya vətəndaşlarına bərabər tutmaq və onlara yardım etmək göstərilib.

  • Bəzi parlamentlərarası işçi qruplarına rəhbərlik edəcək deputatların adları bəlli oldu

    Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinə gətiriləcək bəzi deputatların adları müəyyənləşib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupuna Nizami Səfərovun, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupuna Səməd Seyidovun, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupuna Arzu Nağıyevin rəhbər seçiləcəyi gözlənilir.

    İtaliya üzrə işçi qrupa Azər Kərimli, Fransa üzrə işçi qrupa Soltan Məmmədov, Türkiyə üzrə işçi qrupa Əhliman Əmiraslanov, Ukrayna üzrə işçi qrupa Rüfət Quliyev rəhbər gətiriləcək.

    Qeyd edək ki, müvafiq məsələ Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • TƏBİB о ситуации с коронавирусом в Азербайджане

    Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB) опубликовало статистику по COVID-19 в Азербайджане по состоянию на 22 апреля.

    Как передает Median.Az, сегодня в Азербайджане было сделано 5 457 тестов на коронавирус.

    Всего на территории страны было сделано 108 221 тест.

    Напомним, что сегодня в Азербайджане зарегистрировано 38 новых случаев заражения COVID-19. На данный момент в стране установлено 1 518 случаев заражения инфекцией, 907 из них вылечились, 20 умерли, лечение 591 пациента продолжается в больницах особого режима.//report.az

  • TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 22-nə olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 457 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 108 221 test aparılıb.

    Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 518 yoluxma aşkarlanıb. Onlardan 907-si sağalıb, 20-si ölüb. Hazırda aktiv xəstə sayı 591-dir.//report.az

  • Yaşar Bəşirov: “Karateçilərimizdən koronavirus üçün test götürülməsini mən istəmişdim”

    “Karate yarışlarının nə vaxt başlaması ilə bağlı heç bir yenilik yoxdur. Mən özüm Ümumdünya Karate Federasiyasının Texniki Komitəsinin üzvüyəm. Hələ ki videokonfrans keçirməmişik.

    Mirhəsən Seyidovun keçən ay Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra federasiyada baş katib postu hələ də boşdur. Baş katib icraedici vəzifə olduğundan, martda Avropa çempionatı zamanı bizə lazım idi. Avropa çempionatı da koronavirusa görə ləğv olundu. Ona görə də baş katib təyinatı üzərində tələsmirik”.

    Bunu oxu.az-a açıqlamasında Azərbaycanın Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

    “Baş məşqçimiz Bahattin Kandaz da komanda ilə birgə Azərbaycandadır. Onun Azərbaycan pasportu da var. Bildiyiniz kimi, karate millimiz toplanışdadır. Martın 22-dən aparıcı karate üzvlərimiz bir yerdə məşq keçir. Onlar hələ ki fiziki məşqlə məşğuldurlar, bu dəqiqə onlara bu daha çox lazımdır. Daha sonra texniki-taktiki məşqlərə başlayacaqlar.

    Düzdür, onlar Novruz bayramından ailələrindən kənar qalıblar, darıxırlar. İki-üç gün əvvəl soruşdum ki, darıxırsınızsa, toplanışı bitirək. Amma mənə dedilər ki, məşq etmək lazımdır, evdə gedib neyləyəcəyik ki?! Mayın 4-ü karantin bitəndə bizim idmançılar da ordan buraxılacaq.

    Qızlardan Fəridə Əliyeva və kataçı Neda Rezai toplanışdadır. Nuranə Əliyeva hava limanında, Fəridə Abıyeva isə Dövlət Sərhəd Xidmətində işlədiyi üçün onlara icazə vermişik. Oğlanlardan isə demək olar ki, hamısı məşqdədir. Turqut Həsənov Gəncədə idi, bir həftədir ki, o da komandaya qoşulub.

    Onlardan koronavirusa qarşı analiz alınıb. Hamısının testi neqativ çıxdı. Test götürülməsini mən istəmişdim. Çünki bir yerdə məşq edirlər deyə, təhlükəsizliyi qorumaq lazımdır. Sona yaxın bir dəfə də etdirəcəyəm.

    MMA döyüşçüləri isə bizdən əvvəl də orda təlim-məşq toplanışında idilər. Onlarla heç bir əlaqəm yoxdur”.

  • Украина запретила своим чиновникам использовать термин “геноцид армян”

    Депутат Верховной Рады Украины Дарья Володина опубликовала на своей странице в Facebook фотографию письма заместителя министра иностранных дел Украины Василия Боднара к представителям госорганов в преддверии 105-ой годовщины событий 1915 года в Османской империи.

    В своем письме Боднар заявляет, что Украина не признает т.н. “геноцид армянского народа”, и использует выражение “трагические события 24 апреля 1915 года в Османской империи”, передает Русарминфо.

    По мнению Боднара, события, произошедшие в 1915 году в Османской империи, не подпадают под определение термина геноцид, принятого в ООН 9 декабря 1948 года (действия, совершаемые с намерением уничтожить, полностью или частично, какую-либо национальную, этническую, расовую или религиозную группу как таковую).

    В обосновании такой позиции замглавы украинского МИДа заявляет, что Армения “находится в фарватере внешней политики России” и в международных организациях голосует против жизненно важных для Украины резолюций.

  • Ukraynada dövlət rəsmilərinə “erməni soyqırımı” ifadəsindən istifadə etmək qadağan edildi – FOTO

    Ukrayna Ali Radasının deputatı Darya Volodina öz “Facebook” səhifəsi vasitəsilə bu ölkənin Xarici İşlər nazirinin müavini Vasili Bodnarın Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə göndərdiyi məktubunun fotosunu paylaşıb.

    “Rusarminfo” xəbər verir ki, Bodnar sözügedən məktubda Ukraynanın “erməni soyqırımı”nı (dırnaqlar saxlanılıb) tanımadığını bildirir və “Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəvi hadisələri” ifadəsindən istifadə edir.

    Ukraynalı dövlət rəsmisinin sözlərinə görə, Osmanlı İmperiyasının erməni əhalisi ilə baş verən hadisələr 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş soyqırımı termininin tərifinə (hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər) daxil deyil.

    Bodnar həmçinin əlavə edib ki, Ermənistan daim Rusiyanın xarici siyasətini dəstəkləyir və beynəlxalq toplantılarda Ukrayna üçün vacib qərarların, qətnamələrin əleyhinə səs verir.

    Dövlət rəsmisi soyqırımı məsələsinin Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün həssas mövzu olduğunu qeyd edib və bununla tarixçilərin məşğul olmalı olduğunu vurğulayıb.

    Yekunda Bodnar məktub ünvanladığı Ukrayna rəsmilərindən “Erməni Soyqırımı”nın 105 illiyinin anım tədbirlərində iştirak etməmələrini və “erməni soyqırımı” terminini istifadə etməmələrini xahiş edib.

    Sözügedən məktubu şərh edən Darya Volodina isə Xarici İşlər Nazirliyindəki “bəzi işçilərin savadsız” olduğunu söyləyərək soyqırımı iddiasının ABŞ, Fransa, Kanada, Almaniya, İtaliya, Hollandiya kimi ölkələr tərəfindən tanınmasını xatırladıb.

    Qeyd edək ki, daha əvvəl də Daria Volodinanın “erməni soyqırımı”nın anımı ilə bağlı təklifi Ukrayna Ali Radası tərəfindən rədd edilmişdi.