Month: May 2020

  • Задержан подозреваемый в краже денег с банковской карты жителя Баку

    С банковской карты жителя Ясамальского района Баку Ш.Джафарова было похищено 4 500 манатов.

    Как передает Trend, в результате проведенных сотрудниками 26-го отделения полиции оперативных мероприятий был задержан подозреваемый в краже У.Рустемли (1996 г.р.).

    По данному факту проводится расследование.

  • Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

    Bakıda bank kartından oğurluq edilib.

    Trend-in məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

    Şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə bankomatdan çıxarılaraq oğurlanıb.

    Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку зверски избили молодого человека

    На проспекте Гара Гараева в Низаминском районе Баку зафиксирован факт нанесения тяжких телесных повреждений.

    Как передает АПА, Эльмир Сафаров (1995 г.р.) был избит своим знакомым.

    Молодой человек госпитализирован в Клинический медицинский центр №1 с тяжелой черепно-мозговой травмой и переломом челюсти.

  • Bakıda gənc vəhşicəsinə döyüldü

    Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

    1995-ci il təvəllüdlü Səfərov Elmir Niyazi oğlu tanıdığı şəxs tərəfindən döyülüb. O, üz-çənə sümüklərinin sınığı, ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 13 мая, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 4 342 685.

    Из них 1 602 539 человек вылечились, 292 893 – скончались.

    Самый высокий уровень заболеваемости зафиксирован в США (1 408 636), Испании (269 520) и России (232 243).

    В Турции новым вирусом заразились в целом 141 475 человек, 98 889 из них выздоровели, а 3 984 – скончались.

    За весь период в Иране зафиксировано 110 767 случаев инфекции, 88 357 человек излечились, 6 733 – скончались.

    На данный момент в Азербайджане подтверждено 2 693 случая инфицирования. 1 680 человек выздоровели, 33 – умерли.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 4 342 685 nəfər koronavirusa yoluxub.

    292 893 nəfər virusdan ölüb, 1 602 539 nəfər sağalıb.

    Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma ardıcıl olaraq ABŞ (1 408 636 nəfər), İspaniya (269 520 nəfər) və Rusiyada (232 243 nəfər) müşahidə edilir.

    Türkiyədə koronavirusa 141 475 nəfər yoluxub, 3894 nəfər virusdan ölüb, 98 889 nəfər isə sağalıb.

    İranda isə koronavirusa 110 767 nəfər yoluxub. Ölkədə virusdan 6733 nəfər ölüb, 88 357 şəxs isə sağalıb.

    Azərbaycanda koronavirusa 2693 nəfər yoluxub, 33 nəfər virusdan ölüb, 1680 nəfər sağalıb.

  • İnsanlar COVID-19 əleyhinə peyvənd tapıldıqdan sonra necə davranacaqlar?

    Koronavirus peyvəndi tapıldıqdan sonra ABŞ, Böyük Britaniya, İsveç, Almaniya və Yaponiyanın hər beş sakinindən biri təyyarədə uça, restoranlara baş çəkə, kinoteatrlara gedə biləcək.

    “Axios” portalı bu barədə “Kekst CNC” beynəlxalq strateji araşdırmalar mərkəzinin tədqiqatlarına istinadla xəbər yayıb.

    Nəşrin bildirdiyinə görə, tədqiqat nəticəsində mümkün yoluxma və iş yerlərinin itkisi ilə bağlı qorxuların tədricən azalacağı, böhrandan sonra həyatın dəyişəcəyi müəyyənləşib.

    Respondentlərdən alimlərin peyvəndi əvvəlcədən yaratdıqlarını və indi bütün dünyada mövcud olduğunu təsəvvür etmək istənilib. Onlardan koronavirus pandemiyasından sonra həyatlarının necə dəyişəcəyi soruşulub. Nəticələrə görə, Böyük Britaniyada respondentlərin 27%, ABŞ-da 32%, İsveçdə 30%, Yaponiyada 30%, Almaniyada 34%-nin təyyarələrdə uçmaq şansı azdır. Bu ölkələrin sakinlərinin bir qədər az hissəsi ictimai nəqliyyatla səyahət etməməyi planlaşdırır. Bundan əlavə, orta hesabla bu ölkələrin sakinlərinin təxminən 26%-nin evdən kənar yemək yeməyəcəyi və təxminən eyni sayda adamın kinoteatrlara getməməyə çalışacağı məlum olub.

    Eyni zamanda, araşdırma zamanı aydın olub ki, ABŞ sakinləri arasında maliyyə böhranı, məşğulluq və iqtisadi vəziyyətlə əlaqədar ən ciddi narahatlıqlar var. Ən az narahat olanlar isə İsveç sakinləridir.

    Yaponiya sakinlərinin çox az hissəsi hökumətin vəziyyətə reaksiyasından məmnun qalıblar. Halbuki Almaniya sakinlərinin 51%-i və Britaniyanın 65%-i hökumətin “biznesə lazımi dəstək göstərdiyini” deyirlər.

    Qeyd edək ki, 27 aprel-1 may tarixlərində aparılan araşdırmada min nəfər iştirak edib.

  • İsraildə yüzlərlə insan qadağalara məhəl qoymadan dini ayin icra edib – VİDEO

    İsraildə yüzlərlə insan koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sosial məsafə qaydasına məhəl qoymayaraq, birlikdə dini ayin icra ediblər.

    “İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, Qüdsün Maa Şaarim məhəlləsinə toplaşan dindarlar Laq ba-Omer yəhudi bayramını qeyd ediblər.

    Yayımlanan görüntülərdə ultra-ortodoksal yəhudilərin maska taxmadığı və sosial məsafə saxlamadıqları aydın görünür.

    Son məlumatlara əsasən, İsraildə 16 506 şəxsin koronovirusa yoluxduğu aşkar olunub. 258 xəstə virusun qurbanı olub.

  • COVİD-19-a yoluxanların mobil telefonları izləniləcək

    Cənubi Koreyada gecə klublarının və barların fəaliyyətinə icazə veriləndən sonra COVID-19 infeksiyasına yoluxanların sayı artıb.

    “İnterfaks” agentliyi yerli KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar hökumət mobil telefonlar vasitəsilə əyləncə mərkəzlərinə baş çəkənlərin şəxsiyyətini müəyyənləşdirəcək.

    Seul şəhərinin meri Park Von Sun bildirib ki, son günlər koronavirusa yoluxanların əksəriyyəti bar və restoranların yerləşdiyi İtaevon rayonuna baş çəkən şəxslərdir.

    P.Sun vurğulayıb ki, son bir neçə gündə bu rayonu 10 905 nəfər ziyarət edib. Həmin şəxslərin hamısının mobil telefonuna koronavirus testindən keçmək barədə mesaj daxil olacaq.

  • “EuroHome”a kompensasiya verilməsinin şərti açıqlandı – RƏSMİ

    “Sığorta bazarı ilə bağlı tədbirlər planımız var. Xüsusilə, əmlak sığortasının genişləndirilməsi istiqamətində işlər görüləcək”.

    Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

    Sədr qeyd edib ki, sığorta bazarındakı problemlərdən biri kölgə iqtisadiyyatıdır:

    “Aparılan müşahidələr göstərir ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar fəaliyyətlərini tam şəffaf qura bilmir, maliyyə və bank xidmətlərindən istifadə edə bilmirlər. Onların tam sığortası varsa, dəymiş zərər ödəniləcək”.

    “Bu günlərdə “EuroHome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələlik konkret bir söz deyə bilmərəm. Amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kiminsə sığortası varsa, kompensasiya alacaq”.