Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalBakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

Bakıda bank kartından oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə bankomatdan çıxarılaraq oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments