Month: May 2020

  • Ramazan ayının 19-cu gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 19-cu günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-də imsak vaxtı saat 03:41-də, iftar vaxtı isə 20:03-dədir.

    19-cu günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”.

    Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”

    İftar duası:

    Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

    Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

    Allah orucunuzu qəbul etsin!

  • Около 500 россиян вернулись домой из Азербайджана

    После временного закрытия границы между Азербайджаном и Россией из-за эпидемиологической ситуации, оставшиеся в Азербайджане граждане России вернулись на Родину.

    Как передает Report, около 500 россиянам было разрешено пересечь границу.

    Отмечается, что граждане, пересекающие границу соседней страны, сначала прошли медицинское обследование и взяты на карантин.

  • Azərbaycanda qalan Rusiya vətəndaşlarının bir qismi ölkələrinə qayıtdı

    Epidemioloji durumla əlaqədar Azərbaycanla Rusiya arasında sərhədlər müvəqqəti bağlandıqdan sonra Azərbaycanda qalan Rusiya vətəndaşları öz ölkələrinə qayıdıblar.

    “Report”un Rusiya bürosunun əldə etdiyi məlumata əsasən, 500-ə yaxın rusiyalı sərhədi keçərək ölkəsinə buraxılıb.

    Qeyd edilir ki, qonşu ölkənin sərhədi keçən vətəndaşları ilkin olaraq tibbi müayinə edilərək, karantinə alınıblar.

  • Bu gün Türkiyədə daha 53 nəfər koronavirusdan ölüb

    Bu gün Türkiyədə koronavirusdan daha 53 nəfər ölüb.

    Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında bildirib.

    Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 894 nəfərə çatıb.

    Son 24 saatda qonşu ölkədə 1 704 yeni yoluxma halı qeydə alınıb.

  • Minskdə olan Azərbaycan vətəndaşları ölkəyə gətirilir – VİDEO

    Hazırda Belarusun paytaxtı Minsk şəhərində olan 22 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilir.

    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, koronavirus pandemiyası səbəbindən ölkəyə qayıda bilməyən onlarla azərbaycanlı müxtəlif ölkələrdən Belarusa toplaşıb.

    Soydaşlarımız videomüraciət edərək göstərilən qayğıya və vətənə qayıtmalarının təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

  • Премьер-министр Азербайджана подписал важное решение в связи с образованием

    Премьер-министр Азербайджана Али Асадов подписал решение об утверждении “Правил осуществления услуг профориентации в общеобразовательных учреждениях”.

    Как сообщает Oxu.Az, согласно решению, подписанному в целях обеспечения выполнения подпункта 1.1.10 Указа Президента Азербайджанской Республики от 27 мая 2019 года № 711 “О применении Закона Азербайджанской Республики № 1532-VQ от 29 марта 2019 года “Об общем образовании”, утверждены “Правила осуществления услуг профориентации в общеобразовательных учреждениях”.

  • Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR

    “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Qərarda deyilir:

    “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin”.

  • Aytən Səfərovadan qalmaqallı çıxış: “Üç cins var” – VİDEO

    “İndi üç cins var. Əvvəl kişi və qadın idi. İndi “əsl kişi” kişilər, “xanım-xatun” qadınlar və həm qadın həm də kişi cinsinə aid “qadın”lar var”.

    Median.Az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Aytən Səfərova ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında deyib.

    A.Səfərova canlı efirdə “qadına qarşı şiddət” mövzusundan söz açaraq, fikirlərini bu sözlərlə davam etdirib:

    “Əgər birinci dəfə kişi əsəbiləşib qadınına şillə vurursa udub, keçmək olar. Amma ikinci dəfə bu hadisə təkrarlanırsa, oradan baş götürüb, qaçmaq lazımdır. Çünki bu insan başlayacaq mütəmadi şəkildə əl qaldırmağa. Buna isə nə yol vermək, nə də ki göz bağlamaq olar”.

    Qeyd edək ki, teleaparıcı Aytən Səfərovanın iki oğul, bir qız övladı var.//oxu.az

  • Bu gecə ilk Qədr gecəsidir

    Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

    İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

    Ramazan ayının ikinci Qədr gecəsi mayın 14-də, üçüncüsü mayın 16-da və sonuncusu mayın 20-də olacaq.

    Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

    Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

    Qeyd edək ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.

  • Azərbaycanda 33 məhkumda koronavirus aşkarlandı – RƏSMİ

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə ardıcıl tədbirlər görülür.

    Ədliyyə Nazirliyindən verilən məlumata görə, xüsusi karantin rejiminin qaydalarına əsasən, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri, əməkdaşların, məhkumların və həbs edilmiş şəxslərin gündəlik termometriyası, səhhətlərində hər hansı narahatlığı olan şəxslərin dərhal izolyasiya olunaraq müayinəsi keçirilir.

    Həmçinin, vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) və nəqliyyat vasitələri müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar.

    Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb. Bəzi xroniki xəstəlikləri olan məhkumlar isə cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb.

    Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

    Bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.

    Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir.