Month: May 2020

  • Təhsil müəssisəsində tibbi maska istehsalına başlanılıb – VİDEO

    Peşə təhsili müəssisəsində tibbi maska istehsalına başlanılıb.

    İstehsal Türkiyədən və Çindən gətirilən müasir avadanlıqlar vasitəsilə aparılır.

    Hazırda gündəlik 15 min maska istehsal etmək gücündə olan müəssisə yaxın zamanda həmin rəqəmi 50 minə çatdırmağı planlaşdırır.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Bu ölkədə yaşayan azərbaycanlıların NƏZƏRİNƏ

    Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən təxliyyə olunmaq niyyətində olan vətəndaşlarımıza müraciət edib.

    Median.Az-ın məlumatına görə müraciətdə deyilir:

    “AZAL-dan Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış İşçi Qrupuna verilmiş şifahi məlumata görə, Polşadan Azərbaycana həyata keçirilməsi nəzərdə tutulan mümkün təxliyyənin bir sərnişin üçün qiyməti 324 Avro təşkil edəcək”.

  • “EuroHome”un sahibi nazirin ittihamlarına cavab verdi: “Bizim günahımız yoxdur”

    “Axşam baş vermiş yanğında bizim günahımız yoxdur. Hazırda araşdırma gedir. Yəqin ki, hər şey bəlli olacaq”.

    Bunu BakuPost-a açıqlamasında dünən axşam yanğın baş verən “EuroHome” tikinti materialları bazarının rəhbəri Samir Məmmədov deyib.

    Onun sözlərinə görə, bazarda yanğından mühafizə olunmaq üçün bütün ehtiyat tədbirləri görülübmüş:

    “Bazarda nə elektrik naqilləri işləyib, nə qaz olub. Belə olan halda yanğın necə baş verə bilər? Mühafizəçimizin sözlərinə görə, yanğın bazarın arxasında yerləşən “TIR parkı”ndan başlayıb. Çox güman ki, onun dedikləri təsdiqlənər. Hazırda burada ciddi araşdırmalar gedir. Bu dəqiqə mən Baş Prokurorluğun müstəntiqlərinə ifadə verirəm”.

    İş adamı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun onu məsuliyyətsizlikdə günahlandırmasına da münasibət bildirib:

    “Düzdür, cənab nazir bizi məsuliyyətsizlikdə ittiham edir. Amma biz yanğından mühafizə üçün lazım olan hər şeyi etmişdik və bu məsələni tam şəkildə, standartlara uyğunlaşdırmaq üçün şirkətlərlə müqavilə bağlamışıq. Dünən yanğının söndürülməsi üçün bazarda olan su ehtiyatından və digər köməkçi vasitələrdən istifadə olundu”.

    Samir Məmmədov bazarın qəsdən yandırılması ilə bağlı iddialara da münasibət bildirib:

    “Həmişə nəsə baş verəndə onunla bağlı müxtəlif versiyalar səsləndirilir. İndi də bazarın başqa yerə köçürülməsi, ard-arda böyük yanğınların baş verməsinin təsadüfi olmadığı ilə bağlı iddialar var. Mən bu barədə heç nə deyə bilmərəm. Biz öz işimizlə məşğuluq. Hazırda araşdırmalar davam edir. Taxta bazarının bir anda alışması, böyük yanğının baş verməsi təbiidir. Bu bazarda satılan məhsulların əksəriyyəti yanan materiallardır”.

    Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib. Yanğın xüsusilə taxta, dik, boya, xırdavat materiallar satılan mağazaları əhatə edib.

    Fövqəladə Hallar Nazirliyinin verdiyi rəsmi məlumata görə, sahəsi təqribən 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb. Hadisə yerinə nazirliyin, ümumilikdə, 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

  • DTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun saxlanılması ilə bağlı görüntülər yayıb.

    Görüntülərdən aydın olur ki, Zakir Sultanov Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsəyib.

    Z.Sultanov istintaq zamanı bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı şirkətlə 11 milyon manatlıq müqavilə bağlanıb:

    “Həmin puldan şirkətə yeddi milyon manata yaxın məbləğ ödənilib. Şirkət rəhbəri Şamxal Ağaşirinov o puldan 500 min manatını mənə verib”.

    Şirkət rəhbəri Şamxal Ağaşirinov isə bildirib ki, layihə ilə bağlı 11 milyon manat dəyərində müqavilə bağlanıb:

    “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin puldan altı milyon manatı şirkətimizə ödənilib. Dörd milyon manat pul qalıb. Bu vəsaitin 20 faizini, yəni 900 min manatını avadanlıq almaq adı ilə Z.Sultanova xidməti otağında vermişəm”.

    Keçmiş xidmət rəisi isə əlavə edib ki, Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Mədəniyyət Evinin təmiri üçün altı milyon manata yaxın pul şirkətin hesabına köçürülüb:

    “Şirkət bu vəsaitdən 751 min manatı mənə çatdırıb”.

  • Vitse-spiker Adil Əliyev: “Digər korrupsioner məmurlar da cəzalandırılacaq”

    “Azərbaycanda korrupsiyaya qarşı mübarizə güclənir. Son aylarda 5 rayonun icra hakimiyyətinin başçıları həbs edildi. Sahibkarlardan və adi vətəndaşlardan rüşvət aldılar, özlərini qanunsuz olaraq zənginləşdirdilər. Korrupsiyanın çiçəkləndiyi bölgələrdə dövlət başçısının koronavirus pandemiyası zamanı insanlara ayırdığı pullar oğurlandı. Bu təkəbbürlü rayon rəhbərləri hətta kasıblara maddi və ərzaq yardımı etməkdə suçlandılar. Bu cür məmurlar ifşa olunmaqda davam edəcək və qanun qarşısında cavab verəcəklər”

    Bu barədə Milli Məclisin vitse-spikeri Adil Əliyev sosial şəbəkədəki hesabında yazıb.

    O, Prezident İlham Əliyevin dediyi kimi xalqı deyil, özlərini düşünən məmurların istefa etmələrini vurğulayıb. Lakin bu cür vəzifəli şəxslər bilməlidirlər ki, istefa onları törətdikləri cinayətlərə görə məsuliyyətdən azad etməyəcək.

    “Prezident İlham Əliyev hər çıxışında deyir ki, korrupsioner məmurlar məsuliyyətdən qaça bilməzlər. Dövlət başçısı yeni baş prokurora korrupsiyaya qarşı mübarizəni sərtləşdirməyi tapşırıb. Həmkarlarımla razıyam ki, illərlə korrupsiyalı məmurların hərəkətlərinə göz yummuş və bəzən onlarla eyni vaxtda olan yerli hüquq-mühafizə orqanları baş verənlərə görə də məsuliyyət daşıyırlar. Bəzi yerli hakimlər korrupsioner məmurlar tərəfindən torpaq sahibi olmağı qanuniləşdirdilər. Və son vaxtlar məhkəmə sistemində islahatların başlanması təsadüfi deyil. Bu zərurət idi “, – vitse-spiker əlavə edib.

    Vitse-spikerin sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə başlanılıb və buna heç kim şübhə etməməlidir.

    “Koronavirus epidemiyası dünyanın hər bir ölkəsinin iqtisadiyyatına mənfi təsir göstərib. O, Azərbaycandan da yan keçmədi. Dünya bazarlarında neftin qiyməti aşağı düşdü, bu da neft gəlirlərinin azalması deməkdir. Məhz buna görə də dövlət başçısı illərdir israrla bir tezis səsləndirir: “Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır!”

    Bəli, əhəmiyyətli bir iş görülüb, amma görüləsi işlər hələ çoxdur. Və korrupsioner məmurlar qeyri-neft sektorunun inkişafına ən böyük maneədir. Çünki öz hərəkətləri ilə xalqın dövlətə etibarını sarsıdırlar. Bəziləri hesab edir ki, korrupsiyaya qarşı mübarizə yalnız qanunsuz fəaliyyətlə məşğul olan icra strukturlarını əhatə edəcəkdir. Lakin Mədəniyyət Nazirliyindəki son həbslər korrupsiyaya qarşı mübarizə üçün sərhədlərin olmadığını, qanunsuz fəaliyyətlə məşğul olan hər bir məmurun və ya strukturun ifşa olunacağını göstərir. Nazirlikdə Azərbaycanın mədəni irsini qoruması ehtimal olunan korrupsiya faktları iyrəncdir. Bu qalmaqal hər birimizdə sadəcə qəzəbə səbəb olur. Mədəni irsimizə qarşı vandalizm edən Ermənistanla döyüşdüyümüz bir dövrdə, digər tərəfdən korrupsioner məmurlar dövlətə zərbə endirirlər. Torpaqlar pula satılıb və təyinatlar edilib

    Dövlət başçısı son çıxışlarından birində bəzi nazirliklərdə rüşvət üçün təyinatların edildiyini söylədi. Bu, bəzi nazirliklərdə qanunsuzluğa qarşı mübarizənin başlanacağını göstərir. Bu belə də oldu. Digər korrupsioner məmurlar da cəzalandırılacaq”, Adil Əliyev qeyd edib.

  • Kamil Zeynallı həbs edildi

    Tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

    O, xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.

    Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub.

    Kamilin rəsmi səhifəsində də xəbər təsdiqlənib.

  • DTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun saxlanılması ilə bağlı görüntülər yayıb.

    Görüntülərdən aydın olur ki, Zakir Sultanov Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsəyib.

    Z.Sultanov istintaq zamanı bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı şirkətlə 11 milyon manatlıq müqavilə bağlanıb:

    “Həmin puldan şirkətə yeddi milyon manata yaxın məbləğ ödənilib. Şirkət rəhbəri Şamxal Ağaşirinov o puldan 500 min manatını mənə verib”.

    Şirkət rəhbəri Şamxal Ağaşirinov isə bildirib ki, layihə ilə bağlı 11 milyon manat dəyərində müqavilə bağlanıb:

    “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin puldan altı milyon manatı şirkətimizə ödənilib. Dörd milyon manat pul qalıb. Bu vəsaitin 20 faizini, yəni 900 min manatını avadanlıq almaq adı ilə Z.Sultanova xidməti otağında vermişəm”.

    Keçmiş xidmət rəisi isə əlavə edib ki, Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Mədəniyyət Evinin təmiri üçün altı milyon manata yaxın pul şirkətin hesabına köçürülüb:

    “Şirkət bu vəsaitdən 751 min manatı mənə çatdırıb”.

  • DTX vəzifəli şəxslərin tutulma görüntülərini yaydı – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində keçirilmiş əməliyyatın görüntülərini yayıb.

    Əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu saxlanılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Əməliyyatın görüntülərini təqdim edirik:

  • Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı

    “AGBank” ASC-nin və “NBCBank” ASC-nin lisenziyaları ləğv edildi. Atabank və Amrahbankdan sonra bu 2 bank da bağlandı.

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdi. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdi.

    Mərkəzi Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, müvafiq qiymətləndirmələr aparılmışdır.

    “NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunmuş, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olmuşdur. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etmişdir.

    “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olmuşdur. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

    Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

    “Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

    Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.

    Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilmişdir. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaqdır.

    Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir.

    Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcəkdir”,- məlumatda deyilir.

  • DTX Mədəniyyət Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı – RƏSMİ

    Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Bununla bağlı DTX məlumat yayıb.

    Bildirilib ki, aparılan araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

    Həmçinin, araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda araşdırmalar davam etdirilir.