Month: May 2020

  • Bakıda karaoke klubu soyuldu – FOTO

    Bakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yaşayış binasının zirzəmisində yerləşən karaoke klubundan oğurluq edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxs obyektin giriş qapısının açarını qıraraq, içəridən televizor və noutbuk oğurlayıb və hadisə yerindən qaçıb. Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib.

    Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmil Mirzəyev saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları 127 manata satdığını bildirib.

    Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu, Səməd Vurğun küçəsində bir “VAZ 2121” markalı avtomobilin salonundan iki ədəd mobil telefon oğurlayaraq, satdığı da məlum olub.

    Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • В карантинном отделении соцприюта находятся 12 человек – ФОТО

    В карантинном отделении социального приюта для лиц без определенного места жительства Министерства труда и социальной защиты населения Азербайджана находятся 12 человек.

    Как говорится в сообщении ведомства, в течение 14 дней они будут обеспечены специальной одеждой, средствами защиты и питанием, а также пройдут медобследование.

    Тех, у кого за период карантина не выявят коронавирус, переведут в социальный приют для лиц старше 18 лет без определенного места жительства.

    В настоящее время в социальном приюте проживают 34 человека, принимаются необходимые меры для защиты их от пандемии.






  • Sosial sığınacağın karantin bölməsinə 12 nəfər qəbul olundu – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacağının karantin bölməsinə 12 nəfər qəbul olunub.

    Nazirlikdən verilən məlumata görə, qəbul edilən şəxslər 14 gün ərzində bölmədə xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilir, TƏBİB mütəxəssisləri tərəfindən mütəmadi tibbi müayinələrdən keçirilirlər. Həmçinin, hər gün azı iki dəfə müvafiq cihazlarla onların temperaturları yoxlanılır.

    Karantin dövründə koronavirusa yoluxma aşkar edilmədikdə onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağa köçürülürlər.

    Hazırda 34 nəfərin yaşadığı sosial sığınacaqda sakinlərin pandemiyadan qorunması üçün zəruri tədbirlər görülür.

    Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub. Burada mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tətbiq edilir. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur, sakinlərin sağlamlıqlarının qorunması üçün bütün işlər görülür.






  • Президент Ильхам Алиев назначил ректора Азербайджанского института теологии

    Президент Азербайджана Ильхам Алиев 12 мая подписал распоряжение о назначении Агиля Мухтар оглу Ширинова ректором Азербайджанского института теологии.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev rektor təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Aqil Muxtar oğlu Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Здание школы в Имишли находится в аварийном состоянии – ФОТО

    Здание средней школы №7 имени А.Эминова в городе Имишли находится в аварийном состоянии.

    Соответствующие фотографии размещены в соцсетях. Пользователи отмечают, что школа была построена в 1953 году, и занятия в ней сегодня не проводятся.

    Как сообщили в Министерстве образования, отвечая на запрос Oxu.Az, в соответствии с “Государственной программой социально-экономического развития регионов Азербайджана на 2019-2023 годы”, здание указанной школы будет капитально отремонтировано.

  • İmişlidə məktəb binası tamamilə yararsız vəziyyətdədir – FOTO

    İmişli şəhər A.Eminov adına 7 saylı orta məktəb tamamilə yararsız vəziyyətə düşüb.

    Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

    Sözügedən məktəbin 1953-cü ildə tikildiyi, dərs keçmək üçün yararlı olmadığı qeyd edilib.

    Məsələ barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İmişli şəhəri 7 saylı tam orta məktəbin əsaslı təmiri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.

  • Azərbaycanda dəhşət: Ruhi xəstə atasını baltaladı – YENİLƏNİB + VİDEO

    Şirvanda qətl hadisəsi baş verib.

    Report-un xəbərinə görə, hadisə mayın 12-də, gecə saatlarında Şirvan şəhərində qeydə alınıb.

    Belə ki, 1933-cü il təvəllüdlü Nadir Əkbərov başın kəsilmiş-deşilmiş yarası ilə ölü vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

    Araşdırma zamanı məlum olub ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ruhi əsəb xəstəsi kimi qeydiyyatda olan, şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən, I qrup əlil Mirsəkinə Əkbərova tərəfindən öldürülüb.

    Faktla bağlı Şirvan Şəhər Prokuyrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

    * * * * *

    Şirvan şəhərində yerləşən fərdi yaşayış evində gecə saat 3 radələrində ölüm hadisəsi baş verib.

    APA-nın məlumatına görə, ruhi xəstə 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

    Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb.

    Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş dözülməz şəraitdə yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.

    Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işinə başlanılıb, araşdırma aparılır.

  • Azərbaycanda hamilə qadını güllələyən şəxsin kimliyi bilindi

    Kürdəmir rayonunda qadın güllələnib.

    Trend-in məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib.

    Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək, əməliyyat olunub.

    R.Mövlayev polis tərəfindən saxlanılıb.

    Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

  • DİN rəisin açıqlamasını təkzib etdi: “Cərimə tətbiq olunmur”

    Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərovun açıqlamasını təkzib edib.

    DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: “Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur”.

    Qeyd edək ki, Elçin İsgəndərov report-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək. Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir.