Month: May 2020

  • Koronavirus testini robotlar aparacaq

    Robotlar gündə 3 min koronavirus testi edəcək.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu barədə elm adamları məlumat yayıblar. Bildirilib ki, artıq robot tərəfindən laboratoriyada min ədəd koronavirus testi edilib. Qeyd olunub ki, bu müddət 24 saat olarsa, robot 3 min test edə bilər.

    Robotlar həm də xəstələrə dərman vermək və insanlar arasındakı məsafəni qorumaq məqsədilə də istifadə olunacaq. Bəzi robotlar isə xəstələrdən həkimlərə mesaj göndərilməsini təmin edəcək sensor ekrana sahibdir.

    Digər növ robotlar küçəyə çıxma qadağasına əməl etməyənlərin kimliyini müəyyənləşdirəcək. Bəzi robotlar insanlara yaxınlaşaraq dezinfeksiyaedici məhlul səpir, bəziləri isə onların hərarətini ölçür.

  • Koronavirus testini robotlar aparacaq

    Robotlar gündə 3 min koronavirus testi edəcək.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu barədə elm adamları məlumat yayıblar. Bildirilib ki, artıq robot tərəfindən laboratoriyada min ədəd koronavirus testi edilib. Qeyd olunub ki, bu müddət 24 saat olarsa, robot 3 min test edə bilər.

    Robotlar həm də xəstələrə dərman vermək və insanlar arasındakı məsafəni qorumaq məqsədilə də istifadə olunacaq. Bəzi robotlar isə xəstələrdən həkimlərə mesaj göndərilməsini təmin edəcək sensor ekrana sahibdir.

    Digər növ robotlar küçəyə çıxma qadağasına əməl etməyənlərin kimliyini müəyyənləşdirəcək. Bəzi robotlar insanlara yaxınlaşaraq dezinfeksiyaedici məhlul səpir, bəziləri isə onların hərarətini ölçür.

  • Türkiyədə daha 50 nəfər koronavirusdan öldü

    Türkiyədə yeni növ koronavirusdan ölənlərin sayında artım olub.

    Bununla bağlı ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

    “Twitter” səhifəsindən paylaşım edən nazir bildirib ki, bu gün daha 50 nəfər virusun qurbanı olub.

    O, həmçinin qeyd edib ki, son 24 saatda 35605 şübhəli koronavirus testindən keçib, onlardan 1546-nın cavabı müsbət çıxıb.

    Türkiyədə yeni növ koronavirusdan indiyədək 3739 nəfər ölüb, 137115 nəfər bu infeksiyaya yoluxub, 89480 nəfəri isə müalicə olunub.

    Bu gün 3084 xəstə evə buraxılıb.

  • Regionlarda karantin rejimi yenidən sərtləşdirilə bilər

    “Bugünkü statistik göstəricilər regionlarda karantin rejiminin sərtləşdirilməsinə əsas verir”.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

    “Artıq biz infeksiyanı nəzarət altına almışıq. Əvvəllər isə infeksiya pərakəndə şəkildə yayılırdı. İş yerlərində qaydalara riayət olunmaması yoluxmaların artmasına səbəb olur”, – o bildirib.

  • Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

    Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqyas çərçivəsində Yer kürəsindən uzaq olmayan yeni qara dəliyi aşkar edib. Aşkar edilmiş qara dəliyin yerləşdiyi ulduz sistemini hətta Yer kürəsinin bəzi regionlarından adi göz ilə də görmək mümkündür. Bu barədə Cnet.com saytı xəbər verib.

    Çilidə yerləşən ESO La Silla rəsədxanasından ikili HR 6819 sistemini müşahidə edən zaman tədqiqatçılar aşkar ediblər ki, sistemin ulduzlarından biri görünməyən obyekt ətrafında fırlanır. İkinci ulduz isə hərəkətsiz şəkildə qalır. Daxili ukduzun orbital davranışı öz növbəsində onun peykinin mövcud olduğunu sübut edib. Söhbət, qara dəlikdən gedir və onun kütləsi təqribi olaraq Günəşin kütləsindən 4 dəfə böyükdür.

    Təqdim edilmiş fotoda qara dəliyin orbiti qırmızı rəng ilə, onun peyki isə göy rəng ilə işarə olunub. Göy rəngli uzun quyruğa sahib obyekt sözügedən sistemin ikinci ulduzudur. Astronomların verdikləri məlumata sasən aşkar edilmiş qara dəlik Yer kürəsindən təqribi olaraq 1000 işıq ili uzaqlığındadır. Kosmik miqyas çərçirvəsində bu çox aşağı göstəricidir.

  • Koronavirusa ən çox bu şəxslər yoluxub – AÇIQLAMA

    “Koronavirus infeksiyasına yoluxanların 22 faizi 50-59 yaş arası, 18 faizi 30-39 yaş arası təşkil edir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, qadınlar arasında yoluxma yenə də üstünlük təşkil edir:

    “Vəfat edənlərin 43 faizi 60-69 yaş arası, 14 faizi 70-79 yaş arası, 14 faizi 80 yaşdan yuxarı olan xəstələrdir. Bundan əlavə, 50-59 yaş arasında yoluxanlar arasında 25 faiz xəstə, 40-49 yaş arasında isə bir nəfər vəfat edib”.

  • Modul tipli xəstəxanalar koronavirusdan sonra necə istifadə olunacaq?

    “Koronavirus hələ davam edir. Virus heç bir yerə getməyib, heç bir yerə qeyb olmayıb, bizim aramızdadır. Təmaslar nə qədər çox olarsa, virus da o qədər çox yayılacaq”.

    Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

    “Modul tiplu xəstəxanaların aktuallığı heç vaxt itməyəcək. Bizim ölkəmiz müharibə şəraitində yaşayır. Amma koronavirus tam başa çatandan sonra, ehtiyac olarsa, modul tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrilə bilər”, – deyə TƏBİB sədri bildirib.

  • Neftçalada bir nəfər Kürdə batdı

    Neftçalada rayonundan bir nəfər çayda batıb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

  • “Arsenal” “Atletiko”nun futbolçusu ilə anlaşıb

    “Atletiko”nun futbolçusu Tomas Partey karyerasını İngiltərədə davam etdirə bilər.

    Median.Az Apasport.az-a istinadən bildirir ki, “Arsenal” dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

    “Topçular”ın baş məşqçisi Mikel Arteta rəhbərliklə görüşündə 26 yaşlı oyunçunun mövsümün sonunda alınmasını tələb edib. Qana millisinin üzvü özü də Premyer Liqada çıxış etməyə razıdır. Futbolçu hətta “Arsenal”la ilkin razılığa da gəlib. İndi qalır klubların transfer məbləğində ortaq məxrəcə gəlməsi.

    Qeyd edək ki, Tomas Partey cari mövsüm 35 matçda iştirak edib, 3 qol, 1 assistlə yadda qalıb.

  • Azərbaycanda iri ticarət mərkəzləri bu tarixdə açıla bilər – RƏSMİ

    “Hazırda böyük ticarət mərkəzlərinin açılması müzakirə edilir. Onların bu ayın sonuna qədər açılması gözlənilmir”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, bu barədə statistik göstəricilərin təhlili aparıldıqdan sonra qərar veriləcək:

    “Gələcək günlərdə ticarət mərkəzlərinin açılması mümkündür”.

    “Mərkəzlərin içərisində yoluxma riskini artıran sahələrə məhdudiyyət qoyula bilər. Məsələn, uşaq əyləncə mərkəzləri və qida bölmələrinin fəaliyyətinə məhdudiyyət qoyulması mümkündür”, – deyə R.Bayramlı qeyd edib.