Month: May 2020

  • Bakıda kafedə yeyib-içənlər saxlanıldı – FOTO/VİDEO

    Bakının Binəqədi rayonunda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

    Qafqazinfo xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsinin əməkdaşları tərəfindən kafedə 17 nəfər yeyib-içərkən tutulub.

    Onlar barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib.



  • Mehriban Əliyevadan Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı paylaşım – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı paylaşım edib.

    Mehriban Əliyeva “Instagram” səhifəsindən yazdığı statusunda bildirib:

    “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.

    View this post on Instagram

    Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır. Сегодня 97-я годовщина со дня рождения Гейдара Алиева. Для мировых политиков он был мудрым и дальновидным политическим и государственным деятелем, для нашего народа – великим лидером, которому принадлежат неоценимые заслуги в развитии Азербайджана, для родных и близких – заботливым, добрым, искренним, любимым Человеком – другом, отцом и дедушкой. Сегодня Гейдара Алиева нет с нами, однако, память о нем всегда будет жить в наших сердцах.

    A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on

  • Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür – VİDEO

    Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 97 yaşı qeyd olunur.

    Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

    O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb.

    1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub.

    1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

    O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

    H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub.

    O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib.

    H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

    1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub.

    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

    H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.

    Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub.

    1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.

    Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında – ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb.

    Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H.Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub.

    1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

    H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

    H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

  • Dünyada koronavirusa yoluxanların sayı 95 mindən çox artıb

    Dünyada koronavirusa yoluxanların sayı 3 855 812 nəfərə çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

    Məlumata əsasən, ötən sutka ərzində 95 845 nəfər yeni koronavirusa yoluxub, 6 388 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 855 812 nəfərə, ölənlərin isə 265 862 nəfərə çatıb.

    Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 682 338 yoluxma və 154 233 ölüm halı. Avropa regionunda sutka ərzində 27 993 yoluxma halı, 2 054 ölüm halı qeydə alınıb.

    İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 636 841, ölənlərin sayı isə 91 893 nəfərə çatıb.

    Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 246 022 yoluxma və 8 748 ölüm halı qeydə alınıb.

    Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 245 874), İspaniyada (222 857), İtaliyada (217 185), Böyük Britaniyada (211 368), Rusiyada (198 676), Almaniyada (168 551), Fransada (136 578), Türkiyədə (135 569), Braziliyada (135 106) və İranda (104 691) qeydə alınıb.

  • Azərbaycan vətəndaşlarının Polşadan mümkün təxliyyə şərtləri açıqlandı

    “İndiki vaxtda Polşadan Azərbaycana təxliyyənin vaxtı barədə dəqiq məlumat mövcud deyil”.

    Bunu Azərbaycanın Polşadakı səfirliyi açıqlayıb.

    Açıqlamada qeyd edilib ki, təxliyyə baş tutacağı təqdirdə səfirliyə təxliyyə ediləcək şəxs barədə aşağıdakı məlumatlar təqdim olunmalıdır.

    1) Pasportun surəti

    2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti

    3) Polşada yaşamağı təsdiq edən sənədin surəti

    4) Telefon nömrəsi

    5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s)

    6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti

    7) Polşaya gəlmə tarixi

    8) Yerləşdiyiniz şəhər

    Vətəndaşlara xatırladılıb ki, Azərbaycana təxliyyə olacaqları təqdirdə 15 gün müddətində karantin rejimində saxlanılacaqlar.

    Xüsusilə qeyd edilməlidir ki, mümkün təxliyyə AZAL tərəfindən ÖDƏNİŞLİ əsaslarla həyat keçiriləcəkdir.

    Əgər Azərbaycana ödənişli əsaslarla təxliyyə edilmək niyyətindəsinizsə, xahiş edirik yuxarıda qeyd edilmiş məlumatları tam şəkildə 14 may saat 12:00-a qədər səfirliyin warsaw@mission.mfa.gov.az ünvanına göndərəsiniz.

  • Ramazanın 16-cı gününün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 16-cı günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat 03:46, iftar isə saat 20:00-dadır.

    Ramazan ayının 16-cı gününün duası:

    “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin”.

    Tərcüməsi:

    “İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et. Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə ey aləmlərin Rəbbi!”

    Allah orucunuzu qəbul etsin!

  • В Азербайджане могут ввести комендантский час – ОФИЦИАЛЬНО

    Граждане не хотят соблюдать правила, носить защитные маски и соблюдать дистанцию. Но эпидемиологическая ситуация в стране напрямую зависит от нас.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров сказал председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, в будущем, если населения не будет соблюдать правила, то мы можем рассмотреть опыт Турции в борьбе с коронавирусом, где в выходные дни людям запрещено покидать свое жилье.

    «В зависимости от эпидемиологической ситуации, мы выступим с подобным предложением», – сказал Р.Байрамлы.

  • Qidalar nə qədər vaxta həzm olunur?

    Diyetoloqlar qida qəbulu ilə meyvə qəbulu arasında həmişə 2-4 saat fasilə verilməsini məsləhət görürlər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, burada məsələ heç də onların dada görə uyğunluğunda yox, həzm müddətinin müxtəlifliyindədir. Mədə-bağırsaq sistemi qarışıq qidaların öhdəsindən çətinliklə gəlir. Qarışıq qidalar mədədə bərkiyir, turşumağa və qıcqırmağa başlayır, qarında narahatlığa və köpə səbəb olur. Nəticədə tədricən orqanizmdə sağlamlığa mənfi təsir edən şlaklar və toksinlər yığılır.

    Xoşagəlməz hallarla üzləşməmək üçün xörəklərin hazırlanması zamanı təxminən eyni vaxtda həzm olan məhsullardan istifadə etmək lazımdır.

    Su birbaşa bağırsağa daxil olur, tərəvəz bulyonu 15-20 dəqiqəyə, meyvə suyu 15-20 dəqiqəyə, giləmeyvə 20 dəqiqəyə, qreypfrut, portağal və üzüm 30 dəqiqəyə, çiy tərəvəzlər və yağsız salatlar 30-40 dəqiqə, armud, alma, albalı və şaftalı 40 dəqiqəyə, kələm, qarğıdalı, qabaq və yumurta 45 dəqiqəyə, cəfəri və yerkökü 1 saata qədər, balıq 1 saata, nişasta tərkibli tərəvəzlər 1,5-2 saata, paxlalı bitkilər və sıyıq 2 saata, süd məhsulları 2 saata, quş əti 2,5-3 saata, günəbaxan, balqabaq və fındıq 3 saata, quzu və mal əti 4 saata həzm olur.

  • Gəncədə 27 yaşlı gənci sinəsindən bıçaqladılar

    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

    Belə ki, 1993-cü il təvəllüdlü Zeynalov Salman Qabil oğlu döş qəfəsi nahiyəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, 27 yaşlı gənc tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.