Month: May 2020

  • Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına nə vaxt icazə veriləcək? – RƏSMİ

    “Yaxın zamanda 65 yaşdan yuxarı şəxslərlə bağlı xüsusi karantin rejiminin yumşaldılması qərarı verilə bilər”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr qeyd edib ki, məsələ hazırda gündəmdədir:

    “Burada bizim gənclərin öz böyüklərini qorumaq üçün atacağı addımlardan çox şey asılıdır”.

    O qeyd edib ki, hər kəs qaydalara riayət etməlidir.

  • Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər – RƏSMİ + VİDEO

    “Bayram günləri və həftə sonlarında sərt karantin rejiminin tətbiq edilməsi operativ qərargaha təklif edilə bilər”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr bildirib ki, insanların sosial məsafəni qorumasını, maska taxmasını yaxından izləyəcəklər:

    “Səyyar maska satışına başlanılıb. Metrolarda fəaliyyət göstərən apteklərdə də maska satılır. İş yerləri açıldıqca, maska qıtlığı yarana bilər. Evdə parçalardan maskalar hazırlamaq mümkündür”.

  • В Азербайджане в лечении COVID-19 начали использовать плазму крови – ОФИЦИАЛЬНО + ВИДЕО

    Открывшаяся на этой неделе в Баку больница модульного типа поспособствует росту коечного фонда.

    Об этом 9 мая на брифинге оперативного штаба при Кабинете министров сообщил председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    “Началось лечение плазмой крови. После проведения всех соответствующих обследований тяжелобольным было проведено переливание.

    Информация о результатах лечения этим методом будет предоставлена в ближайшее время”, – отметил Р.Байрамлы.

  • Azərbaycanda plazma köçürmə ilə koronavirusun müalicəsinə başlanıldı – RƏSMİ + VİDEO

    “Bakıda yeni açılan modul tipli xəstəxana çarpayı fondunun artmasına imkan verir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda mövcud xəstəxanaların çarpayı fondu kifayət qədərdir:

    “İmmun plazma müalicəsi üçün ilk işlərə başlanılıb. Bütün müvafiq müayinələr aparıldıqdan sonra ağır xəstələrə plazma köçürülüb”.

    “Nəticələr barədə yaxın günlərdə məlumat veriləcək”, – deyə sədr qeyd edib.
    //oxu.az

  • В Азербайджане выявлено 143 новых случая инфицирования COVID-19, трое скончались – ОФИЦИАЛЬНО

    В Азербайджане выявлено 143 новых случая инфицирования коронавирусом (COVID-19), три пациента скончались.

    Об этом 9 мая на брифинге оперативного штаба при Кабинете министров сообщил председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    “44 человека вылечились от COVİD-19 и были выписаны из больниц особого режима”, – отметил Р.Байрамлы.

    По его словам, скончались три человека – 1942-го, 1944-го и 1956 года рождения.

    “До сегодняшнего дня в Азербайджане коронавирусом заразились 2 422 человека, 31 пациент скончался. Сегодня было проведено 7 420, в целом по республике – 188 950 тестов на выявление COVID-19”, – сказал Р.Байрамлы.

  • Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 143 yeni yoluxma – RƏSMİ + VİDEO

    “Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, üç nəfər vəfat edib:

    “COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü üç nəfər vəfat edib. 44 nəfər isə koronavirusdan sağalaraq evə buraxılıb.

    Ümumilikdə, Azərbaycanda 2422 nəfər koronavirusa yoluxub, 31 nəfər vəfat edib. Bu gün 7420 nəfər test olunub. Ümumilikdə, 188.950 test icra olunub”.

  • Оглашаются последние данные по COVID-19 в Азербайджане – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров 9 мая проводит очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют глава представительства Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи и председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    На брифинге оглашаются последние данные по коронавирусу (COVID-19) в Азербайджане, а также обсуждаются принимаемые в стране меры.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak edirlər.

    Brifinqdə koronovirusla bağlı son məlumatlar, görülən tədbirlər barədə müzakirə aparılır.

  • İlham Əliyevdən Heydər Əliyevin doğum günü münasibətilə paylaşım – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı videoçarx paylaşılıb.

    Dövlət başçısı bununla bağlı “Facebook” və “YouTube” hesabında paylaşım edib.

  • Aygün Kazımodan Qələbə günü paylaşımı – FOTO

    Xalq artisti Aygün Kazımova Qələbə gününün 75 illiyi münasibətilə paylaşım edib.

    Başına qırmızı rəngdə hərbi papaq geyinən sənətçi sosial media hesabında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75-cü ildönümü münasibətilə təbrik ünvanlayıb:

    “Bu gün 9 MAY – Faşizm üzərində qələbə günüdür. O gün olsun, Qarabağımızın işğaldan azad edildiyi günü qeyd edək!”