Month: May 2020

  • За нарушение карантина наказаны 739 участников дорожного движения

    За нарушение особого карантинного режима, введенного в Азербайджане в целях предотвращения распространения коронавирусной инфекции (COVID-19), за прошедшие сутки сотрудниками Главного управления государственной дорожной полиции задержаны 739 водителей. Они привлечены к ответственности по статье 211 Кодекса об административных проступках.

    Как сообщили в управлении, в целом с 1 апреля за нарушение особого карантинного режима на дорогах республики к административной ответственности привлечены 50 174 водителя.

  • Karantin rejimini pozan daha 739 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 8 may 2020-ci il, saat 00:00-dan 9 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, ümumilikdə, 50 174 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

  • Бахтияр Мамедов о сокращении пассажиропотока в бакинском метро

    Число пассажиров бакинского метро значительно сократилось по сравнению с периодом до начала пандемии.

    Об этом сказал руководитель пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов.

    По его словам, в связи с карантинным режимом с утра 9 мая пассажиропоток в метро сократился в восемь раз по сравнению с периодом до начала пандемии коронавируса.

    “Бакинский метрополитен до приостановки работы перевозил по будням в среднем 800 000 пассажиров в день, по субботам – 600 000, а по воскресеньям – 400 000”, – сказал Б.Мамедов.

  • Metroda sərnişin sıxlığı ilə bağlı AÇIQLAMA

    “Metrodan istifadə edən sərnişinlərin sayı əvvəlki dövrlə müqayisədə kifayət qədər azalıb”.

    Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, bu gün daşınan sərnişinlərin sayı karantin rejimindən əvvəlki dövrlə müqayisədə 8 dəfə azdır:

    “Bu, səhər saatlarından indiyədək olan göstəricidir. Metro fəaliyyətini dayandırdığı müddətə qədər gün ərazində adi iş günlərində 800 min, şənbə günü 600 min, bazar günü isə 400 min sərnişin daşınırdı. Gün ərzində sərnişin sıxlığından asılı olaraq, bu göstəricilər dəyişə bilər”.

  • Вещание телеканала ATV было приостановлено на один час

    Вещание телеканала ATV было приостановлено на один час.

    Как сообщает Report, решение об этом принято на прошедшем 6 мая заседании Национального совета по телевидению и радиовещанию.

    Причиной послужила демонстрация табачных изделий в фильме Bəzədilmiş duvaq (“Украшенная вуаль”), показанном на телеканале 1 мая, что является нарушением статьи 35.10 закона “О телерадиовещании”.

  • ATV-nin yayımı bir saatlıq dayandırıldı

    ATV televiziya kanalının yayımı bir saatlıq dayandırılıb.

    Report xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 6-da keçirilən iclasında qərar qəbul edilib.

    Qeyd olunub ki, 1 may 2020-ci ildə ATV televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Qanunun 35.10-cu maddəsinin tələbləri pozulub.

    Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ATV televiziya kanalının efirində 9 may 2020-ci ildə proqramların yayımının bir saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    Qeyd edək ki, mayın 6-da MTRŞ-nin iclası keçirilib. İclasda 1-3 may 2020-ci ildə ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb. Mayın 7-də “Lider” televiziya kanalının yayımı bir saatlıq dayandırılmışdı.

  • Президент Ильхам Алиев: Победа СССР в ВОВ была бы невозможна без азербайджанской нефти

    Победа Красной армии в Великой Отечественной войне была бы невозможна без поставок нефти и нефтепродуктов из Азербайджана. Об этом сказал Президент Азербайджана Ильхам Алиев в интервью журналу “Национальная оборона”, майский номер которого выйдет из печати в ближайшие дни, передает РИА Новости.

    “Азербайджан поставлял 70% нефти, 80% топлива и 90% смазочных масел для Красной армии, без этого победа в войне была бы невозможна”, – сказал Ильхам Алиев.

    Он подчеркнул, что в Великой Отечественной войне участвовало более 600 000 представителей Азербайджана, 300 000 из них погибли. Более 120 Героев Советского Союза – выходцы из Азербайджана, свыше 170 000 солдат и офицеров награждены различными орденами и медалями.

    “Приближается 75-летие Победы в Великой Отечественной войне. Мы бережно относимся к этой дате в истории, глубоко чтим память тех, кто внес вклад в победу на поле боя и в тылу, отдаем дань уважения подвигам офицеров и солдат, которые ценою жизни спасли мир от фашизма”, – сказал Ильхам Алиев.

    Глава государства также напомнил, что сформированная в Азербайджане 416-я Таганрогская краснознаменная дивизия прошла славный боевой путь от Кавказа до Берлина.

    “У нас в стране гордятся подвигами и отвагой воинов этой дивизии, которые, доблестно сражаясь на фронтах Великой Отечественной войны, высоко держали знамя Азербайджана, продемонстрировали лучшие качества нашего народа – патриотизм, смелость, непоколебимость в защите родной земли”, – сказал Ильхам Алиев.

  • İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”

    “Azərbaycandan neft və neft məhsulları tədarükü olmadan Qızıl Ordunun Böyük Vətən Müharibəsində qələbəsi mümkünsüz olardı”.

    Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan çatdırırdı. Bütün bunlar olmadan müharibədə qələbə mümkün olmazdı”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Milli Müdafiə” jurnalının yaxın günlərdə işıq üzü görəcək may sayı üçün müsahibəsində deyib.

    Prezident qeyd edib ki, Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox nümayəndəsi iştirak edib və onlardan 300 mini həlak olub. Sovet İttifaqı Qəhrəmanlarından 120-dən çoxu Azərbaycandan gələnlərdir, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla mükafatlandırılıb.

    “Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü yaxınlaşır. Biz tarixdəki bu günə xüsusi önəm veririk, döyüş meydanında və arxa cəbhədə qələbədə əməyi olanların xatirəsini dərin ehtiramla yad edirik, canları bahasına dünyanı faşizmdən xilas edən zabit və əsgərlərin şücaətinə minnətdarlığımızı bildiririk”, – deyə İ.Əliyev bildirib.

    Ölkə başçısı, həmçinin, Azərbaycanda yaradılan 416-cı Taqanroq Diviziyasının Qafqazdan Berlinə qədər şərəfli bir hərb yolu keçdiyini də xatırladıb.

    “Bizim ölkəmizdə Böyük Vətən Müharibəsi cəbhələrində rəşadətlə döyüşərək, Azərbaycan bayrağını yüksəklərdə tutan, xalqımızın ən yaxşı keyfiyyətlərini -vətənpərvərlik, cəsarət, doğma vətəninin qorunmasında dəyanət nümayiş etdirmiş bu diviziyanın döyüşçülərinin şücaəti və cəsarəti ilə fəxr edirlər”, – deyə Prezident vurğulayıb.

  • В конце года в Баку планируют сдать в эксплуатацию трехъярусную станцию метро

    Станция бакинского метрополитена с условным названием В3 может быть сдана в эксплуатацию в конце нынешнего года.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сказал руководитель пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов.

    “Станция будет трехъярусной, и на ней уже установлены 17 эскалаторов. Также предусматривается монтаж лифтов для пассажиров.

    Все работы на станции, можно сказать, завершены. Из-за закрытия границ в связи с карантинным режимом могут возникнуть трудности с приобретением необходимого оборудования. Если никаких проблем не возникнет, то станцию планируется открыть в конце этого года”, – сказал Б.Мамедов.

  • Üçmərtəbəli yeni metro stansiyası il sonunda sərnişinlərin ixtiyarına veriləcək – RƏSMİ

    “Şərti adı “B3” olan metro stansiyası bu ilin sonunda təhvil verilə bilər”.

    Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, stansiyada son yekunlaşma işləri aparılır:

    “Stansiya 3 mərtəbəli olacaq. Artıq 17 eskalator quraşdırılıb. Stansiyada sərnişinlər üçün liftlərin quraşdırılması da nəzərdə tutulur. Aparılan işlər demək olar ki, yekunlaşıb. Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması, zəruri avadanlıqların əldə olunmasına çətinlik yarada bilər. Bu kimi məqamlar olmazsa, ilin sonunda stansiyanın açılışı gözlənilir”.

    Qeyd edək ki, bu günə qədər metro stansiyaları arasında ən hündürü 5 mərtəbəli “Əcəmi 2” stansiyasıdır.