Month: May 2020

  • “Məşədi İbad”ın Gülnazı vəfat etdi – FOTO

    “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

    Bu barədə “Qafqazinfo”ya T.Gözəlovanın qohumları məlumat verib.

    Qeyd edək ki, T.Gözəlova AzTV-nin ilk xanım diktoru olub, 1956-cı il mayın 1-də efirə çıxıb.

    Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

    Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova 1956-1959-cu illərdə Azərbaycan Dövlət Televiziyasının diktoru olub.

    Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.





  • Почему полиция закрывает кафе и рестораны в некоторых районах Азербайджана? – ЗАЯВЛЕНИЕ

    В ряде районов Азербайджана полицейские закрывают кафе и рестораны.

    Информация об этом появилась в соцсетях.

    Сообщается, что в Исмаиллинском, Хачмазском и ряде других районов объекты, на которых не соблюдается карантинный режим, закрываются сотрудниками полиции. Некоторые пользователи соцсетей расценивают это как подготовку к очередному ужесточению особого карантинного режима.

    Так в чем же причина закрытия этих объектов?

    Глава пресс-службы МВД Эхсан Захидов сказал Oxu.Az, что владельцы указанных объектов ранее уже получали предупреждения.

    “Как вы знаете, на территории республики объявлен особый карантинный режим. В отношении лиц, которые не соблюдают его правила и нормы, принимаются строгие меры. Каждый человек в обязательном порядке должен носить медмаску в закрытом помещении, общественном транспорте. Граждане обязаны соблюдать социальную дистанцию в два метра.

    В результате смягчения карантинного режима в некоторых районах был ликвидирован ряд ограничений. Но фиксируются случаи несоблюдения правил карантина. В этой связи владельцы действующих в регионах кафе, ресторанов, других объектов были предупреждены, что граждане не могут находиться в этих помещениях без медмаски и должны соблюдать социальную дистанцию.

    В то же время граждане были уведомлены о том, что нормы карантинного режима необходимо соблюдать полностью. В отношении лиц, игнорирующих предупреждения, принимаются соответствующие меры. Работа кафе, ресторанов, других объектов, где не соблюдаются правила карантина, ограничивается правоохранительными органами”, – отметил Э.Захидов.

  • Bəzi rayonlarda polis kafe və restoranları niyə bağlayır? – AÇIQLAMA

    Bəzi regionlarda kafe və restoranların fəaliyyəti yenidən məhdudlaşdırılıb.

    Bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

    Məlumatlara görə, İsmayıllı, Xaçmaz və digər bir neçə rayonda karantin rejiminə ciddi riayət etməyən obyektlər polis əməkdaşları tərəfindən bağlanıb. Bəzi istifadəçilər bunu xüsusi karantin rejiminin yenidən gücləndirilməsinə hazırlıq kimi qiymətləndiriblər.

    Bu obyektlərin bağlanmasının səbəbi nədir?

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, həmin şəxslərə daha əvvəl xəbərdarlıq edilib:

    “Bildiyiniz kimi, mayın 1-dən etibarən respublika ərazisində xüsusi sanitar rejimi tətbiq olunur. Bu rejimin normalarına riayət etməyən şəxslər barəsində isə ciddi tədbirlər görülür. Hər bir şəxs qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan mütləq istifadə etməlidir. Vətəndaşlar iki metrlik sosial məsafə saxlanılması tələbinə mütləq riayət etməlidirlər.

    Karantin rejiminin yumşaldılması nəticəsində regionlarda bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Lakin karantin rejiminə ciddi şəkildə riayət olunmadığına dair hallar müşahidə edilib. Bununla bağlı regionlarda fəaliyyət göstərən kafe, restoran, eləcə də digər qapalı obyektlərin sahiblərinə vətəndaşların tibbi maska olmadan, ara məsafə gözləmədən içəri daxil olmalarına icazə verməmələri ilə bağlı xəbərdarlıq edilib.

    Eyni zamanda, vətəndaşlara əvvəlcədən karantin rejiminin normalarına tam şəkildə riayət etmələri tapşırılıb. Xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində müvafiq tədbirlər görülüb. Karantin qaydalarına riayət olunmayan kafe, restoran, eləcə də digər qapalı məkanların fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən məhdudlaşdırılıb”.

  • Dünya çempionumuzun keçirdiyi avtomobil qəzasının görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, ötən axşam dünya və Avropa çempionu Anar Suleymanov avtomobil qəzası keçirib.

    Başına gələn bədbəxt hadisə ilə bağlı A.Suleymanov ATV telekanalının efirində yayımlanan “7 canlı” axşam şousunun canlı efirinə 20 dəqiqə gecikib.

    Baş verən qəzada əlini zədələyən dünya çempionu hadisədə günahının olmadığını söyləyib.

    Verilişin sonunda qəzanın görüntüləri nümayiş olunub:

  • Сохранится ли единовременная выплата безработным гражданам после мая?

    Если у малообеспеченных граждан Азербайджана, потерявших из-за карантинного режима работу или работавших неофициально и получивших единовременную выплату в размере 190 манатов за апрель, в мае появилась возможность работать, то их регистрация в качестве безработных будет приостановлена.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом в прямом эфире телеканала Yeni TV сказал заместитель министра труда и социальной защиты населения Анар Алиев.

    По его словам, данной категории граждан также не полагается единовременная выплата за май в размере 190 манатов.

    “Данная выплата предусмотрена на два месяца. Коронавирусная пандемия создает большую неопределенность, и неизвестно, как долго будет сохраняться такая ситуация. В зависимости от ее развития может быть рассмотрен вопрос продолжения этих выплат.

    У нашей страны есть возможность реализовать программу и оказать поддержку населению по любому вопросу. Но сейчас рано делать какие-то прогнозы и говорить об этом”, – сказал замминистра.

  • 190 manatlıq ödəmə maydan sonra da veriləcək? – Nazir müavini açıqladı

    “Aprel ayında xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş, 190 manatlıq birdəfəlik ödəmə alan aztəminatlı şəxsin may ayında işləmək imkanı yaranarsa, onun işsiz kimi qeydiyyatı dayandırılır”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, həmin şəxsə ikinci ay üzrə 190 manat ödəniş verilməyəcək:

    “190 manat birdəfəlik ödəniş iki aylıq nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq, bu məsələyə baxıla bilər”.

    “Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir”, – deyə nazir müavini qeyd edib.

  • Президент Пакистана позвонил Президенту Ильхаму Алиеву

    Президент Пакистана Ариф Алви 8 мая позвонил Президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом сообщает пресс-служба главы Азербайджанского государства.

    Ариф Алви поздравил Президента Ильхама Алиева с проведением в формате видеоконференции саммита Движения неприсоединения, посвященного борьбе с коронавирусом, отметив его важность с точки зрения укрепления усилий в сфере борьбы с пандемией.

    Президент Азербайджана, в свою очередь, отметил, что это мероприятие внесло большой вклад в дело укрепления солидарности и сотрудничества стран.

    Главы государств выразили уверенность в том, что Азербайджан и Пакистан и впредь будут поддерживать друг друга на международном уровне.

    Также Президент Ильхам Алиев и президент Ариф Алви обсудили меры, принимаемые в сфере борьбы с коронавирусом, обменялись мнениями о перспективах двусторонних отношений, в том числе развития экономических и торговых связей.

  • Pakistan prezidenti İlham Əliyevə zəng etdi

    Mayın 8-də Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Prezident İlham Əliyevə telefonla zəng edib.

    Bununla bağlI Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfransının keçirilməsi münasibətilə təbriklərini çatdırıb və konfransın pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd edib.

    Prezident İlham Əliyev bu tədbirin ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini bildirib.

    Dövlət başçıları beynəlxalq səviyyədə ölkələrimizin bundan sonra da bir-birilərinin mövqeyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

    Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Prezident Arif Alvi koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıblar, ikitərəfli münasibətlərin perspektivləri, o cümlədən, iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

  • Güclü yağış Bakının bu ərazisində çətinliklər yaratdı – VİDEO

    Gecə saatlarında yağan yağış Binəqədi rayonunda yolları bərbad hala salıb.

    Bu barədə sosial şəbəkədə vətəndaşlar tərəfindən məlumat paylaşılıb. Vətəndaşlar yağışdan sonra Binəqədi şosesində qrunt sularının nəqliyyatın hərəkətinə mane olduğunu bildiriblər.

    Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən problemlə bağlı tədbir görülüb:

    “Ötən gün yağışlı hava şəraiti səbəbindən Binəqədi rayonu istiqamətində avtomobil yollarında qısamüddətli problem yaşanıb. Məsələ ilə bağlı tərəfimizdən “Azərsu” ASC-nin Binəqədi Rayon Su Kanal İdarəsinə məlumat verilib. İdarədən müvafiq şöbənin əməkdaşları əraziyə göndərilib. Məlum olub ki, problemə səbəb yollarda yağış suları üçün qoyulan su ötürücülərinin tıxanmasıdır.

    İdarədən bizə verilən son məlumata görə, sözügedən ərazilərdə qrunt suları tamamilə təmizlənib. Hazırda həmin yolda heç bir gölməçə yoxdur”.

    Xatırladaq ki, problemi əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.

  • Метро Баку возобновляет работу – ОФИЦИАЛЬНО + ВИДЕО

    В соответствии с планом поэтапного смягчения особого карантинного режима в Азербайджане и текущей санитарно-эпидемиологической ситуацией, принято решение о возобновлении с 06:00 9 мая деятельности бакинского метрополитена.

    Как сообщает оперативный штаб при Кабинете министров, в период пандемии бакинский метрополитен должен осуществлять свою деятельность в соответствии с требованиями и правилами оперштаба, в том числе “Методическими указаниями по профилактике коронавирусной инфекции в общественном транспорте”.

    В то же время вход в метро разрешается только тем пассажирам, которые покинули место своего проживания, получив посредством SMS разрешение, пройдя регистрацию на портале icaze.e-gov.az, по служебному удостоверению или по справке с места работы.

    Пассажиры обязаны пользоваться медмасками на станциях метро и в поездах, соблюдать социальную дистанцию.