Month: May 2020

  • Goranboyda polislər sakinlərə maska payladı – FOTO

    Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısına sosial məsələnin təmin olunmasına nəzarət edir.

    Xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara mindən çox tibbi maska paylayıblar.



  • Оглашаются правила пользования метро в период карантина – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров 8 мая проводит очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют председатель ЗАО “Бакинский метрополитен” Заур Гусейнов, его заместитель Гидаят Мамедов и старший инженер ЗАО по эксплуатации Алихан Османов.

    На брифинге обсуждаются правила пользования метро после возобновления его работы и другие вопросы.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov, sədr müavini Hidayət Məmmədov, QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov iştirak edirlər.

    Brifinqdə metronun fəaliyyətə başlamasından sonra davranış qaydaları və digər məsələlər müzakirə olunur.

  • Bakı metrosundan istifadə qaydaları açıqlandı – RƏSMİ

    Xəbər verdiyimiz kimi, sabahdan fəaliyyətini bərpa edən Bakı metrosu, hər zaman olduğu kimi, saat 06:00-dan 24:00-dək sərnişinlərə xidmət göstərəcək.

    Ölkədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərar, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.

    Qeyd olunanları rəhbər tutaraq metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:

    “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də, qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi qərarlara uyğun olaraq, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.

    Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.

    Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.

    Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.

    Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.

    Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq”.

  • Tədris mərkəzinin direktoru barəsində cinayət işi başlanıb

    “Jalal-İ” tədris mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət yoxlanılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla tədris mərkəzinin vergi orqanlarında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamasına, mərkəzin direktoru Cəlal Məhərrəmovun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında dövlət qeydiyyatından keçməklə həmin tədris mərkəzinin fəaliyyətini təşkil etməsinə, 12 repetitor müəllimlə hər birinə 250 manat məbləğində aylıq əməkhaqqı müəyyən edilməklə əmək müqaviləsi bağlamasına əsaslı şübhələr müəyyən edilib.

    İstintaqla həmçinin, mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əməkhaqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

    Prokurorluq əməkdaşları tərəfindən mərkəzə məxsus baş ofisdə və filiallarda, habelə C.Məhərrəmovun avtomobilində və yaşayış yerində axtarış aparılıb, mərkəzin fəaliyyəti ilə əlaqədar sənədlər, pul vəsaitlərinin qəbul edilməsi və verilməsi haqqında jurnallar, mühasibatlıq sənədləri və texniki vasitələr aşkar edilərək götürülüb.

    Toplanmış materiallarda C.Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə qəbul etdiyi müəllimlər və digər işçilərlə əmək müqaviləsi bağlamamasına, tələbələr tərəfindən ödənilən təhsil haqlarını bank vasitəsilə deyil, nağd qaydada qəbul edərək vergi və sosial sığorta ödənişlərindən yayındırılmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

    ETSN-dən bildirilib ki, mayın 9-da günün ikinci yarısından başlayaraq mayın 11-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

    Mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

    Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından mayın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

  • МВД об инциденте в Загатале между сотрудниками дорожной полиции и местными жителями – ВИДЕО

    Главное управление государственной дорожной полиции внесло ясность в инцидент, произошедший в Загатале между ее сотрудниками и местными жителями.

    Как сообщил в МВД, были изучены кадры, распространенные в социальных сетях.

    “В ходе расследования выяснилось, что данный инцидент произошел 6 мая. В населенном пункте автомобиль на высокой скорости наехал на домашнюю птицу. Сотрудники дорожной полиции, увидев это, потребовали от водителя остановить машину, однако он не подчинился и продолжил движение. Но в конечном счете автомобиль был остановлен. В ходе разбирательства стало известно, что у водителя нет прав и доверенности на управление автомобилем. Как видно на кадрах, водитель и его супруга, чтобы избежать ответственности, попытались создать ажиотаж. Несмотря на это, действуя по ситуации, сотрудники полиции приняли меры в рамках закона”, – отметили в ведомстве.

    Собранные в связи с действиями этих лиц материалы были направлены в суд. Решением районного суда водитель, оказавший сопротивление полиции, приговорен к 10 суткам административного ареста. А женщина, нарушившая общественный порядок, оштрафована на 50 манатов.

  • Zaqatalada sürücülük vəsiqəsi olmayan şəxs rayonu bir-birinə qatdı – VİDEO

    Sosial şəbəkələrdə Zaqatalada yol polisi ilə sakinlər arasında insidentin baş verməsi ilə bağlı məlumat yayılıb.

    Hadisə Zaqatala rayonun Kəpənəkçi kəndində qeydə alınıb.

    Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Kəpənəkçi kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil bir neçə ev quşunu vuraraq öldürüb:

    “Həmin ərazidə xidmətdə olan Zaqatala RPŞ-nin Dövlət Yol Polisi bölməsi əməkdaşları “VAZ-2106” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verilib:

    “Yoxlama zamanı məlum olub ki, həmin avtomobildə sürücü qismində əyləşən Cavid İsayev sürücülük vəsiqəsi olmadan maşını idarə edib:

    “Avtomobilin həmin şəxsə deyil, ailəsinə məxsus olduğu aşkarlanıb. O, daha sonra polis əməkdaşları ilə mübahisə edib. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışıblar”.

    “Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”, – deyə qeyd edilib.

    M.Məsimov əlavə edib ki, rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü inzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.

  • Обнародованы меры по профилактике коронавирусной инфекции во время экзаменов

    Обнародованы методические указания по профилактике коронавирусной инфекции (COVID-19) во время экзаменов.

    Как сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB), документ подготовлен на основе научных исследований коронавирусной инфекции (COVID-19) с целью защиты здоровья сотрудников и экзаменуемых в экзаменационных центрах (залах) различных учреждений.

    К общим указаниям относятся:

    – онлайн-регистрация на экзамены;

    – чистота и дезинфекция санитарных узлов, систем механической и естественной вентиляции, освещения, канализационной системы, соблюдение личной гигиены в экзаменационных центрах;

    – дезинфекция помещений за два дня до экзамена и запрет на вход в них за день до экзамена;

    – проветривание экзаменационной комнаты до начала и во время экзамена;

    – установка дозаторов для дезинфекции рук в комнатах, залах, коридорах;

    – наличие подготовленного резервного персонала, который сможет заменить заболевших сотрудников;

    – назначение контролерами экзаменов лиц младше 65 лет и не имеющих хронических заболеваний;

    – организация экзаменов на местах с учетом ограничения на выезд/въезд в районы;

    – обеспечение экзаменационных центров медицинскими масками;

    – использование медмасок каждым лицом в экзаменационном центре;

    – установка урн для использованных средств индивидуальной защиты.

  • Azərbaycanda koronavirus dönəmində imtahanların keçirilməsi qaydaları açıqlandı – RƏSMİ

    TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilkatikasına dair metodiki göstərişləri ictimaiyyətə açıqlayıb.

    Göstərişlərdə bildirilir ki, sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

    Mövcud olan məlumatlara əsasən, COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.

    Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

    Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

    Məsələ ilə bağlı ümumi göstərişlər aşağıdakılardır:

    • İmtahanlara onlayn qeydiyyatı;

    • İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmasını;

    • İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsini;

    • İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını;

    • Otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılmasını;

    • Səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanmasını;

    • İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunmasını;

    • Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsini;

    • İmtahan mərkəzlərinin tibbi maskalarla təchizatını;

    • Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsini;

    • İmtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsini;

    • İştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamalarını;

    • İmtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsini;

    • Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2m) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsini;

    • İmtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını, nəzarətçinin sənədlərə əllə toxunmamasını;

    • Hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunmasını;

    • İmtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini;

    • İştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar – qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını;

    • Məlumatlandırma məqsədi ilə yuxarıda qeyd olunan qaydaların imtahana buraxılış vərəqəsində əks olunmasını.

    Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.

    Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

    • Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

    • Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

    • Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadəedilir;

    • Dezinfeksiya: istifadəsinəicazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;

    • Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.

    Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

    • İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

    • Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadəedilməməlidir;

    • Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

    • Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

    • Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

    • Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

    • Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

    Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

    • Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

    • Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər);

    • Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

    • Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər);

    • Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

    • Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

    • Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

    • Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

    • Tullantı qabları (spirt tərkibli məhlul və ya digər).

    İşçi heyətin gigiyenasına fikir verilməlidir

    • İşçi heyət imtahan müddətində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır;

    • İşə başlamazdan, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra işçilər əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.

    Əllərin gigiyenasına dair tövsiyələr

    • Əllərinizi axar su ilə isladın və sabunu əllərinizəsürtün;

    • Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;

    • Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;

    • Əllərinizi axar suyun altında mükəmməl durulayın;

    • Əllərinizi təmiz salfetlərlə qurudun;

    • Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin.

    Tibbi maskalardan ümumi istifadə qaydaları:

    • Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilətaxılmalıdır;

    • İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaqolmaz;

    • Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

    • Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

    • Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

    • Birdəfəlik maskalardan təkrar istifadəedilməsi qəti qadağandır;

    • Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

    İşçi heyətin müayinəsi

    • İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

    • İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;

    • Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

    • Həmin işçidəlaborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.