Month: May 2020

  • Bakı metrosu sabah açılır – RƏSMİ + VİDEO

    Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, “Bakı Metropoliteni”nin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, “Bakı Metropoliteni” pandemiya dövründə fəaliyyətini operativ qərargahın tələb və qaydalarına, o cümlədən, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.

    Eyni zamanda, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

    Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də, qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

  • Bu şəxslərə 190 manatlıq ödəmə verilməyəcək – RƏSMİ

    “Xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlar birdəfəlik ödəmə (190 manat) üçün müraciət edib, imtina qərarı alan şəxslərlə məşğulluq haqqında qanuna uyğun olaraq, fərdi qaydada işləyəcəyik”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, həmin şəxslərin məşğulluq imkanlarının araşdırılması və əmək bazarına qaytarılması üçün proqramlar hazırlanır:

    “Bizim 50 minə yaxın ictimai ödənişli vakant iş yerləri var. Bu yerləri işə ehtiyacı olanlara təklif edəcəyik. Orada maaş məbləği 250 manatdır. Təəssüflə qeyd edirəm ki, 190 manata müraciət edən bir çox vətəndaşlara ictimai işlər təqdim olunur, amma onlar imtina edirlər. Demək, onların hər hansı əlavə gəliri var və 190 manata əlavə gəlir kimi baxır”.

    “Ehtiyacı olan vətəndaş bu işi qəbul etməlidir. İctimai ödənişli işlərdən imtina edənlərin işsiz statusu ləğv edilir”, – deyə A.Əliyev əlavə edib.
    //oxu.az

  • Если ситуация с COVID-19 усугубится, то карантин будет ужесточен – ОФИЦИАЛЬНО

    Срок окончания особого карантинного режима зависит от граждан.

    Об этом в эфире телеканала партии “Ени Азербайджан” Yeni TV сказал замминистра труда и социальной защиты населения Анар Алиев.

    По его словам, если граждане будут строго соблюдать правила карантина, то победу над коронавирусом удастся одержать в скором времени.

    “Если люди не будут соблюдать социальную дистанцию, носить медмаски, то ситуация усугубится. Государство будет вынуждено ужесточить карантинный режим. Это, конечно же, нежелательно”, – отметил замминистра.

  • Koronavirusla bağlı problemlər dərinləşsə, karantin uzadılacaq – RƏSMİ

    “Xüsusi karantin rejimi və koronavirusun bitməsi vətəndaşlardan da asılıdır”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

    O bildirib ki, vətəndaşlar dövlət tərəfindən tövsiyə olunan xüsusi karantinlə bağlı qaydalara ciddi əməl etsələr, bu xəstəliyin qısa zamanda bitəcəyinin şahidi olacağıq”.

    “Əhali sosial məsafəyə, tibbi maskaların taxılması kimi qaydalara əməl etməsələr, bu problem daha da uzanacaq və dərinləşəcək. Dövlət məcburiyyət qarşısında qalıb, daha ciddi xüsusi karantin rejimi tətbiq edəcək. Bu da arzuolunan hal deyil”, – deyə A.Əliyev qeyd edib.

  • Sürücülərin nəzərinə: Bu yolda hərəkət qaydaları dəyişdirildi – FOTO

    Bakının Tbilisi prospektində “Şamaxinka” adlanan ərazidə yol hərəkəti qaydalarında dəyişiklik edilib.

    Bu barədə məlumat sosial şəbəkədə sürücülər tərəfindən paylaşılıb.

    Paylaşım edən şəxs Sumqayıt istiqamətindən paytaxta giriş edən avtomobillər üçün “Şamaxinka”da “Alov” zavoduna çatmamış qoyulan geriyə dönmə nişanının ləğv olunduğunu qeyd edib.

    Vurğulanır ki, bunu bilməyən sürücülər oradan geri döndüyü üçün cərimələnir.

    Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində yol hərəkəti qaydalarına müəyyən dəyişikliklər edilib:

    “Bakının “20 Yanvar” dairəsi kimi tanınan ərazisində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulub. Artıq müəyyən tədbirlər görülüb. Bildiyiniz kimi, sözügedən ərazidə yolun genişləndirilməsi, asfalt örütyünün yenilənməsi işləri aparılır. Sürücülər geri dönmək üçün “20 Yanvar” körpüsünün altından keçə bilər”.

  • Депутат ММ предложил ужесточить наказание за нарушение карантина

    Депутат Милли Меджлиса (парламента) Азербайджана Муса Гулиев предлагает ужесточить наказание за нарушение карантинного режима, предусмотренное Уголовным кодексом и Кодексом об административных проступкаx.

    “К сожалению, население ряда регионов республики безответственно относится к правилам режима. А их несоблюдение может привести ко второй волне коронавируса.

    В связи с этим необходимо проконсультироваться с оперативным штабом при Кабинете министров по вопросу внесения поправок в соответствующие кодексы”, – сказал парламентарий на пленарном заседании ММ 8 мая.

  • Deputat karantin rejimi ilə bağlı cəzaların sərtləşdirilməsini təklif etdi

    “Təəssüf ki, koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminə bəzi bölgələrdə məsuliyyətsiz yanaşılır”.

    Bunu Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.

    M.Quliyev bildirib ki, qaydalara əməl etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər.

    O təklif edib ki, Cinayət və İnzibati Xətalar Məcəllələrinə karantin rejiminin pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunsun.

    “Biz bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahla məsləhətləşməliyik”, – deyə M.Quliyev vurğulayıb.
    //oxu.az

  • По факту суицида сотрудника Пенитенциарной службы возбуждено уголовное дело

    Старший помощник военного прокурора Азербайджана, руководитель пресс-службы Военной прокуратуры советник юстиции Фирад Алиев заявил Oxu.Az о том, что в связи с самоубийством 19-летнего сотрудника Пенитенциарной службы (ПС) при Минюсте Полада Салманова следователи осмотрели место происшествия, в качестве вещественного доказательства изъяты некоторые предметы, назначены соответствующие экспертизы.

    Напомним, что в исправительном учреждении №15 в Наримановском районе Баку из табельного оружия застрелился рядовой ПС.

    По словам Ф.Алиева, уже собраны свидетельские показания. По данному факту возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) Уголовного кодекса АР.

    Расследование по делу продолжается.

  • Azərbaycanda əsgərin özünü öldürməsi ilə bağlı cinayət işi başlandı

    Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində əsgərin özünü güllələməsi ilə bağlı cinayət işi başlanıb.

    Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

    Xatırladaq ki, 15 saylı cəza çəkmə müəssisəsində Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

  • МВД призвало граждан соблюдать правила карантина

    С 1 мая 2020 года оперативным штабом при Кабинете министров Азербайджана с целью предотвращения распространения коронавирусной инфекции (COVID-19) в стране применяется особый карантинный режим.

    Как говорится в сообщении пресс-службы МВД, несмотря на то, что граждане в целом соблюдают требования карантина, в последние дни наблюдается рост числа случаев пренебрежения средствами индивидуальной защиты и несоблюдения социальной дистанции в общественных местах.

    “Находясь в закрытых помещениях, особенно на объектах общепита, в транспорте, граждане обязательно должны использовать медмаску, при контакте с окружающими соблюдать дистанцию в два метра, строго следовать всем правилам карантинного режима”, – говорится в сообщении.