Month: May 2020

  • Сын задержанного экс-главы ИВ освобожден от занимаемой должности – ФОТО

    Согласно приказу генерального прокурора Азербайджана Кямрана Алиева, Мухаммед Гаджиев освобожден от должности прокурора управления организационного и информационного обеспечения Главного управления по борьбе с коррупцией.

    М.Гаджиев ранее подал заявление об освобождении от занимаемой должности по собственному желанию.

    М.Гаджиев – сын экс-главы Исполнительной власти Имишлинского района Вильяма Гаджиева, задержанного в ходе операции Службы государственной безопасности.

  • DTX-nin həbs etdiyi Vilyam Hacıyevin oğlu işdən çıxarıldı – FOTO

    Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.

    Bu barədə müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb.

    Əmrə əsasən, Məhəmməd Hacıyev öz ərizəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad edilib.

    Qeyd edək ki, DTX-nin əməkdaşları İmişli RİH-nin binasında əməliyyat keçirib və V.Hacıyev saxlanılıb.

  • Мехрибан Алиева: Мы выиграли первый бой, но война с пандемией еще продолжается – у нас в стране и во всем мире

    Первый вице-президент Азербайджана Мехрибан Алиева опубликовала статью о пандемии COVID-19, которая распространилась и в нашей стране.

    В статье говорится:

    “Уважаемые соотечественники!

    Хочу поделиться с вами мыслями в связи с текущей ситуацией эпидемии COVID-19 в нашей стране.

    Оценивая пройденный путь, сегодня уже можно говорить о том, что в самом начале этой массированной вирусной атаки было слишком мало информации, чтобы оценить и понять ее реальные масштабы, степень опасности и возможные последствия. Одно было очевидно – необходимо консолидировать все ресурсы и принять решительные меры. С уверенностью можно констатировать, что наша страна с честью справилась с этой задачей. По мнению экспертов, как азербайджанских, так и международных, Азербайджан в числе государств, которые пережили первый и очень опасный этап эпидемии с наименьшими потерями. Нам удалось добиться главного – остановить неконтролируемое распространение вируса, создать профессиональную команду, координирующую все аспекты борьбы с эпидемией, консолидировать необходимые технические и человеческие ресурсы. Жесткие карантинные меры помогли снизить темпы распространения коронавируса. В кратчайшее время эффективную стратегию противодействия опасной эпидемии выстроила система здравоохранения. Неотложные задачи решали работники системы жизнеобеспечения городов и сел. В целях поддержки малого и среднего бизнеса, а также социальной помощи населению государство разработало и осуществляет пакеты программ более чем на 3 миллиарда манат.

    Одним словом, стране, благодаря своевременным и продуманным мерам, удалось избежать по-настоящему катастрофического сценария.

    Хочу выразить глубокую благодарность всем и каждому, чей труд явился гарантом наших успехов.

    В дни тяжелых испытаний наш народ вновь проявил свои лучшие качества, за что ему низкий поклон. Мы заботились и заботимся о безопасности своей Родины, мы едины и сплочены перед лицом опасности. Мы вместе, дорогие сограждане, смогли уберечь свой дом от губительно быстрого распространения болезни. За что всем вам огромное спасибо!

    Слова искренней и бесконечной благодарности я вновь адресую нашим бесстрашным медицинским работникам – врачам, медсестрам и медбратам, лаборантам, техническим сотрудникам больниц и клиник, всем тем, кто круглые сутки продолжает вести борьбу за жизнь и здоровье людей. Глубоко признательна полицейским и военнослужащим внутренних войск. Ведь именно они в эти трудные дни обеспечивают порядок, безопасность и соблюдение карантинных мер.

    Я благодарю всех сотрудников Фонда Гейдара Алиева, Общественного объединения “Региональное развитие”, социальных работников и волонтеров. Благодарю всех неравнодушных людей, всех тех, кто помогает ближнему, проявляет милосердие.

    Всевышний воздаст каждому за его добрые деяния!

    Дорогие друзья!

    Благодаря несомненным положительным результатам мы можем позволить себе некоторые послабления режима изоляции. Восстанавливается деятельность ряда государственных структур и сфер частного бизнеса. Отменяются некоторые карантинные меры, введенные ранее. Означает ли это, что худшее уже позади и мы можем возвращаться к привычной жизни? Увы, это время еще не наступило. Да, мы выиграли первый бой, но война с пандемией еще продолжается – у нас в стране и во всем мире.

    Вирус, который принес столько бед и страданий всем странам и народам, все еще не побежден. Он по-прежнему остается серьезной угрозой для всех, он по-прежнему среди нас. Сегодня никто не может точно сказать, когда будет создана вакцина от COVID-19 и когда появится быстрый и эффективный способ его лечения. Пока этого не произошло, необходимо понять и принять, что нам предстоит жить с этой новой реальностью. Нам ни в коем случае нельзя терять бдительности, на фоне обнадеживающих цифр мы не можем позволить себе легкомыслия. Недопустимо обнулить и растерять все те результаты, которых нам удалось достичь с таким трудом. Беспечность создаст реальную угрозу каждому из нас, нашим близким, нашей стране. Всем нам необходимо научиться жить по новым правилам. По сути эти правила не настолько сложны – соблюдать дистанцию, пользоваться средствами защиты, почаще мыть руки. На другой чаше весов – жизнь и здоровье. Такова новая неумолимая реальность и с этим приходится считаться всем – от президента до рядовых граждан.

    Дорогие соотечественники!

    Без сомнения, наступит день, когда страшная история под названием COVID-19 останется в прошлом. Очень надеюсь, что этот день не за горами. Но пока он не наступил, уважаемые братья и сестры, прошу Вас, проявите терпение и ответственность, будьте бдительны и дисциплинированы, отнеситесь со всей серьезностью к новым правилам и требованиям. Берегите себя и своих близких! Берегите нашу любимую землю, наш Азербайджан!

    С глубоким уважением и любовью,

    Ваша MEHRİBAN”.

  • Mehriban Əliyeva Azərbaycan xalqına çağırış etdi

    Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə yayılan COVID-19 pandemiyası ilə bağlı məqalə yayımlayıb.

    Məqalədə deyilir:

    “Hörmətli həmvətənlər!

    Sizinlə ölkəmizdə COVID-19 epidemiyasının hazırkı vəziyyəti ilə bağlı fikirlərimlə bölüşmək istəyirəm.

    Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək lazım idi.

    Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb. Biz ən əsas məsələlərə – virusun sürətli yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq.

    Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı. Şəhərlərin və kəndlərin həyat təminatı obyektlərinin işçiləri təxirəsalınmaz məsələləri həll edirdilər. Kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri üç milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirilir.

    Bir sözlə, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi.

    Əməyi uğurlarımızın qarantı olan hamıya və hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm.

    Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun!

    Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram.

    Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər.

    Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin bütün əməkdaşlarına, sosial işçilərə və könüllülərə təşəkkür edirəm. Bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdaram. Uca Tanrı yaxşı əməl sahiblərinin savabını artıracaqdır!

    Əziz dostlar!

    Müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb.

    Bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb.

    O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq.

    Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik.

    Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir.

    Əziz həmvətənlər!

    Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!

    Dərin hörmət və sevgilərlə,

    Sizin MEHRİBAN”.

  • Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır? – RƏSMİ

    Modul tipli xəstəxanaların iyun ayında da istifadəyə verilməsi planı Azərbaycan əhalisinin yay aylarında – iyun, iyul aylarında da karantin rejimində qalacağı deməkdir?

    Median.Az
    Milli.Az istinadən xəbər verir ki, suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində aydınlıq gətirib.

    Zaur Əliyev koronavirusa yoluxanların müalicə olunması üçün nəzərdə tutulan modul tipli xəstəxanaların mahiyyətini açıqlayıb:

    “Modul tipli xəstəxanaların istifadəyə verilməsinin iyun ayına kimi nəzərdə tutulması Azərbaycan əhalisinin iyun, iyul aylarında da karantin rejimində qalacağı anlamına gəlmir. Modul tipli xəstəxanaların əsas məqsədi nədən ibarətdir? Əgər yoluxmanın sürəti kifayət qədər güclü olarsa, tibb müəssələrimizdə xəstələrin yerləşdirilməsində çətinlik çəkə bilərik.

    Ona görə də ölkə rəhbərinin tapşırığı ilə bütün lazımi tədbirlər görüldü ki, bizim xəstələrin sayı çoxaldıqda elə bir çətinliklə qarşılaşmayaq. Bəzi ölkələrdə əsas problem ondadır ki, xəstələrin yerləşdirilməsində çətinlik çəkirlər. Bu modul tipli xəstəxanalar artıq ilk gündən qurulmağa başladı. Bunların əsas özəlliyi də ondan ibarətdir ki, qısa zamanda və çox tez, rahat şəkildə qurmaq olur. Ona görə də bizdə artıq qurulubdur və qurulur. Mən iyun deyəndə qeyd edirdim ki, bütün 10 xəstəxanaların hamısı mərhələli şəkildə, yəni ki bu həftə ərzində bir neçəsi artıq istismara veriləcək, növbəti həftədə daha neçəsi. Və iyunun ortalarına qədər bu şəkildə bu məsələ bitməlidir ki, biz də xəstələrin sayında artım olduğu halda həmin xəstəxanalarda yerləşdirək”.

  • Ложь разоблачили спустя полгода: в Баку задержана девушка, ударившая ножом возлюбленного

    Сотрудники 1-го отделения полиции Хазарского района в результате проведенных оперативно-разыскных мероприятий задержали девушку, подозреваемую в причастности к преступлению полугодовой давности.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    30 октября 2019 года в поселке Шувелан указанного района житель поселка Бина Х.Исмайлов (1991 г.р.) при неизвестных обстоятельствах получил ножевое ранение в живот. При допросе пострадавший заявил сотрудникам полиции, что сам ударил себя ножом в порыве гнева. Однако оперативники все же докопались до истины и выяснили, что к преступлению причастна девушка.

    В ходе предварительного расследования установлено, что молодой человек встречался с жительницей Баку Л.Мустафаевой (1983 г.р.), которая была разведена. Во время одной из таких встреч мужчина признался возлюбленной, что обручился с другой и готовится к свадьбе. Тогда охваченная ревностью Л.Мустафаева взяла кухонный нож и ранила Х.Исмайлова. Мужчина не хотел выдавать возлюбленную и солгал полицейским. Но вкоре ложь была раскрыта.

    По данному факту проводится расследование.

  • Bakı sakini nişanlandı, görüşdüyü qadın tərəfindən bıçaqlandı – TƏFƏRRÜAT

    Bakının Xəzər rayonu 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində altı ay əvvəl cinayət törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    30 oktyabr 2019-cu ildə Xəzər rayonunun Şüvəlan qəsəbə sakini, 1991-ci il təvəllüdlü H.İsmayılov naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.

    Dindirılmə zamanı zərərçəkən polis əməkdaşlarına bildirib ki, əsəblərinə hakim ola bilməyərək, özünə xəsarət yetirib.

    Lakin əməliyyatçılar həqiqətin üzə çıxması üçün araşdırmaları davam etdirib və məlum olub ki, cinayəti törədən qadındır.

    İlkin araşdırma zamanı aşkarlanıb ki, H.İsmayılov ərindən boşanmış Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü L.Mustafayeva ilə görüşüb.

    Belə görüşlərdən birində kişi sevgilisinə etiraf edib ki, başqası ilə nişanlıdır və toya hazırlaşır. Qısqanclıq hissinə hakim ola bilməyən L.Mustafayeva mətbəx bıçağı ilə H.İsmayılovu yaralayıb.

    Kişi isə görüşdüyü qadını ələ verməmək üçün polis əməkdaşlarına yalan danışıb. Lakin onun yalanı tezliklə üzə çıxıb.

    Faktla bağlı araşdırma davam etdirilir.

  • Dövlət imtahanı verməyənlər əsgərliyə bir il yarım gedəcəklər? – VİDEO

    Karantin dövründə bir sıra yumşalmalar tətbiq olunsa da, təhsil ocaqlarında dərslər hələ də başlamayıb. Bu şəraitdə sonuncu kursda təhsil alan oğlan tələbələri bir sual düşündürür.

    Əgər onlar hərbi xidmətin iyul çağırışına qədər dövlət imtahanını verməsələr, bir il yox, 1 il 6 ay hərbi xidmətdə olacaqlar.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında süjet yayımlanıb.

  • İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio şirkətinə müsahibə verib – YENİLƏNİB + VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibə verib.

    AZƏRTAC müsahibəni təqdim edir.

    Aparıcı: İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik.

    – Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi?

    Prezident İlham Əliyev: İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq.

    Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır.

    – Azərbaycan pandemiya ilə necə bacarır?

    – Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq.

    – Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi?

    – Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi.

    Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib.

    Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək.

    – Elə bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir etdi?

    – Birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq, gələcəkdə bizim enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir.

    Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı.

    – Biz Sizinlə ümumi bayramımız – Böyük Qələbənin 75 illiyi ərəfəsində söhbət edirik. O müharibədəki qəhrəmanlıqlarına görə respublikadan 400 mindən çox insan döyüş mükafatı alıb. Azərbaycanlıların milli xarakterini necə təsvir edərdiniz?

    – Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Azərbaycan Sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, Sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz Sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib.

    – Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən Müharibəsi veteranlarına hansı kömək göstərilir?

    – Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək.

    Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır.

    – Siz Rusiya ilə münasibətləri səmərəli adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək lazımdır ki, bu münasibətlər daha yaxşı olsun?

    – Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir.

    Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik.

    Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq.

    – Siz rus dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz?

    – Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur. Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq.

    – Bu il bizim Teleradio şirkətinin 27 yaşı tamam olub. Bizim tamaşaçılara Qələbə günü münasibətilə nə arzulamaq istərdiniz?

    – Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim. Sağ olun.

    – Cənab Prezident, bu müsahibəyə görə sizə minnətdaram. Bayramınız mübarək.

    * * * * *

    Prezident İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio şirkətinə müsahibə verib. 

    Müsahibədə əsasən koronavirus pandemiyası dövründə Azərbaycanda həyata keçirilən profilaktik və müdafiə tədbirlərindən söz açılıb.

    Prezident ölkəmizdə COVID-19-a görə tətbiq edilən xüsusi karantin rejimindən, onun nəticələrindən danışıb.

    Həmin müsahibəni videoyazı şəklində təqdim edirik. 

  • В Гяндже детсад работал в нарушение карантинного режима – ФОТО

    В Гяндже выявлен детский сад, функционирующий в нарушение особого карантинного режима.

    Как сообщили в Гянджинской региональной группе пресс-службы МВД Азербайджана, сотрудники Главного управления полиции города продолжают мероприятия по обеспечению соблюдения норм карантинного режима.

    Сотрудники Кяпазского РУП выявили незаконно действующий частный детский сад Montesorri Kids Paradis. Его работа приостановлена.

    По данному факту проводится расследование.