Month: May 2020

  • Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlandı – FOTO

    Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

    DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl uşaq bağçası aşkarlayıblar.

    Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb.

    Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. G.Günəşli və bağçanın digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.




  • Maliyyə və əmlak amnistiyası veriləcək – VİDEO

    Azərbaycanda maliyyə amnistiyasının veriləcəyi gözlənilir.

    Bununla bağlı Milli Məclisə sənəd daxil olacaq.

    Eyni zamanda, əmlak amnistiyasının da elan olunacağı gözlənilir.

    Daha ətrafı Baku.TV-nin süjetində:

  • Завтра дожди в Азербайджане прекратятся

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 8 мая.

    В Баку и на Абшеронском полуострове прогнозируются дожди, которые днем постепенно прекратятся, ночью и утром – местами туман, северо-западный ветер сменится юго-восточным.

    Температура воздуха на Абшероне составит ночью 12-14, днем – 19-22, в Баку ночью – 12-14, днем – 20-22 градуса тепла.

    Атмосферное давление повысится с 756 до 761 мм ртутного столба, относительная влажность – 75-85%.

    В горных районах Азербайджана вечером местами ожидаются грозы, дожди, град, на остальной территории страны ночью и утром прогнозируется туман, восточный ветер.

    Температура воздуха составит ночью 10-15, днем – 23-28, в горах ночью – 2-7, днем – 10-15 градусов тепла.

  • Sabahın havası açıqlandı: Yağış, duman

    Azərbaycanda mayın 8-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir, gecə və səhər isə bəzi yerlərdə duman olacaq.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14, gündüz 19-22 dərəcə isti olacaq. Bakıda gecə 12-14, gündüz isə 20-22 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 2-7, gündüz isə 10-15 dərəcə isti olacaq.

  • Задержаны лица, угонявшие автомобили в Баку и на Абшероне – ВИДЕО

    В поселке Хокмали Абшеронского района угнали автомобиль ВАЗ-2107, принадлежащий Эльбрусу Мамедову.

    Как сообщили в МВД, было установлено, что машина находится на территории Сураханского района Баку.

    В результате совместной операции, проведенной сотрудниками Главного управления уголовного розыска МВД, Абшеронского районного управления полиции и отделения полиции в поселке Гобу, по подозрению в угоне автомобиля были задержаны жители столицы Тахир Атакишиев и Гейдар Акберов.

    В ходе расследования стало известно, что эти лица на территории столицы угнали еще три автомобиля ВАЗ-2107, а также BMW.

    В своих показаниях задержанные сказали, что угоняли машины с целью продажи их на запчасти, но смогли реализовать так только один автомобиль.

    Другие авто были найдены сотрудниками полиции и возвращены владельцам.

    В ходе расследования также выяснилось, что Т.Атакишиев находится в розыске.

    Материалы по этим фактам переданы в следственный отдел Абшеронского РУП. Продолжаются оперативно-следственные мероприятия по выявлению других преступлений, совершенных Т.Атакишиевым и Г.Акберовым.

  • Bakı və Abşeronda beş avtomobil qaçıran şəxslər yaxalandı – VİDEO

    Abşeron rayonu Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsi qaçırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Avtomobilin sahibi bu barədə polisə məlumat verən kimi nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonunun ərazisində olduğu müəyyən edilib.

    DİN-in Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov tutularaq, məsuliyyətə cəlb olunublar.

    Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa, paytaxt ərazisində daha üç ədəd “VAZ 2107” və bir ədəd “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar. T.Atakişiyev və H.Əkbərov ifadələrində maşınları sökərək, ehtiyat hissələri halında satmaq üçün qaçırdıqlarını bildiriblər.

    Amma onlar oğurladıqları avtomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olunaraq sahiblərinə qaytarılıb. Polis Bölməsində araşdırma aparılan zaman T.Atakişiyevin paytaxtın Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

    Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Atakişiyev və H.Əkbərovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Vilyam Hacıyevin evindən çıxanlar: Külli miqdarda pul, bahalı avtomobillər… – FOTO

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin xidməti otağında və yaşadığı evində axtarışlar aparılıb.

    Bununla bağlı DTX görüntülər yayıb.

    Axtarışlar zamanı V.Hacıyevin xidməti otağından xüsusi hazırlanmış yeşiklərdə külli miqdarda maliyyə vəsaitləri aşkarlanıb.

    Bundan başqa, onun yaşadığı evə baxış zamanı qarajdan 10-PR-777 dövlət nömrə nişanlı “Bentley” və 90-KH-900 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillər aşkar edilib.
    //oxu.az




  • DTX əməliyyatının təfərrüatı: “Onların vəziyyətini Vilyam müəllimə dedim, dedi ki, olmaz…” – VİDEO

    Sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillər Vilyam Hacıyev tərəfindən pulla verilib.

    Bu barədə İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev DTX-nin apardığı istintaq zamanı bildirib.

    O qeyd edib ki, V.Hacıyev dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş mənzillərin hər biri üçün pul vəsaiti alınması göstərişini verib:

    “Birotaqlı mənzilə 10 min manat, ikiotaqlı mənzilə 20 min manat, üçotaqlı mənzilə isə 30 min manat alınması üçün tapşırıq verib. İnsanlarla görüşürdük, ev istəyirdilər. Onların vəziyyətini Vilyam müəllimə danışırdım. Deyirdi ki, yox, olmaz. Müəyyən vaxtdan sonra həmin vətəndaşlar müxtəlif məbləğdə pul vəsaitlərini mənə təqdim edirdilər. Mən də Vilyam Hacıyevə verirdim”.

  • Предпринимателя наказали за свалку мусора в абшеронском поселке

    В Министерство экологии и природных ресурсов (МЭПР) поступила жалоба на образовавшуюся свалку мусора в поселке Мехдиабад Абшеронского района.

    Как сообщили в ведомстве, в ходе расследования было установлено, что отходы, скопившиеся на территории, выбрасывались работниками цеха по производству пластиковой продукции.

    По данному факту в отношении владельца цеха Рахиба Гасанова составлен протокол. Предпринимателя оштрафовали на 2 500 манатов.

  • Abşeronda tullantılara görə sahibkar cəzalandırıldı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

    Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən plastik məmulatların istehsalı sexinə məxsus olduğu məlum olub.

    Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə edilib.

    Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, sexdə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.