Month: May 2020

  • Polislər yolda qalan sürücüyə yardım etdi – VİDEO

    Polislər avtomobili yolda qalan sürücüyə kömək edib.

    Hadisə ötən gün Bakı-Sumqayıt yolunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Yol Patrul Xidmətinin (YPX) nəzarətində olan stasionar Saray postunda qeydə alınıb.

    Saray postu yaxınlığında avtomobillərdən birinin təkəri sıradan çıxıb. Postda xidmət aparan YPX, Post Patrul Xidmətinin (PPX) əməkdaşları və hərbi qulluqçular sürücüyə avtomobilin təkərini dəyişməkdə yardım edib.

    Avtomobilin təkəri dəyişdirildikdən sonra sürücü hərəkətinə davam edib.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu.az/

  • В Азербайджане задержано еще одно должностное лицо

    В Азербайджане задержано еще одно должностное лицо.

    В совместном сообщении пресс-служб Генеральной прокуратуры, Министерства труда и социальной защиты населения Азербайджана отмечается, что в Главном управлении по борьбе с коррупцией при генпрокуроре была изучена оперативная информация о том, что в Джалилабадском районном отделении Государственного фонда социальной защиты (ГФСЗ) от граждан требуют взятку в обмен на назначение пенсии и государственной соцпомощи.

    В результате проведенных оперативно-следственных мероприятий было установлено, что главный бухгалтер джалилабадского районного отдела ГФСЗ Парвиз Искендеров в разное время требовал от жителей района в целом 3 700 манатов в обмен на назначение адресной государственной социальной помощи и пенсии.

    По данному факту в Главном управлении по борьбе с коррупцией при генпрокуроре возбуждено уголовное дело по статье 311.3.2 (получение взятки) УК АР.

    П.Искендеров задержан в качестве подозреваемого.

    В настоящее время продолжаются необходимые следственно-оперативные мероприятия по делу.

  • Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu

    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılığın və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlər əldə edilib.

    Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək mənfi amillərə, geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Azərbaycan Respublikası Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

    Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda cinayət işi üzrə qeyd edilən qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Vilyam Hacıyev DTX əməliyyatı ilə belə ələ keçdi – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılmasının əməliyyat görüntülərini yayıb.

    V.Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməsi, eləcə də, ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışlar verdiyi müəyyən olunub.

    O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Qardaşına görə narkotik satan “İkoş”un məhkəməsi başlayır

    Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlkanə Nəbiyeva və onun tanışı Samir Abiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

    Qeyd edək ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Mehdiabad Polis Bölməsi əməkdaşlarının bu il yanvarın 20-də keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü, “İkoş” ləqəbli qadın narkotacir – İlkanə Nəbiyeva isti izlərlə tutularaq, məsuliyyətə cəlb olunub.

    Onun yaşadığı Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman oradan külli miqdarda xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, bir qram metamfetamin, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İ.Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və səkkiz aydır heroin satdığını bildirib.

    İ.Nəbiyevanın məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.

    Daha sonra bu işə görə İ.Nəbiyevanın tanışı S.Abiyev də saxlanılıb.

  • DTX icra başçısının həbsi ilə bağlı məlumat yaydı

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı məlumat yayıb.

    Bildirilib ki, toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də, ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

    2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

    Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

    Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən olunub.

    Bundan başqa, Vilyam Hacıyevin tabeliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda araşdırmalar davam etdirilir.

  • Azərbaycanda karantindən istifadə edən işbazlar – VİDEO

    Təəssüf ki, Azərbaycanda karantin dövründən bəzi işbazlar öz mənafelərinə uyğun şəkildə istifadə edirlər.

    Söhbət Şamaxıda taksi fəaliyyəti ilə məşğul olan bəzi işbazlardan gedir. Belə ki, bəzi sürücülər mövcud vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırıblar.

    Qiymətlərin qəfil artması isə sərnişinlər üçün gözlənilməz olub. Əvvəllər sərnişinlər 5 manat ödəməklə getdikləri yolu hazırda iki dəfə baha – 10 manata hərəkət etməli olublar.

    Sürücülər isə qiymət artımını mövcud vəziyyətlə əlaqədar sərnişin azlığı ilə əlaqələndirirlər.

    Məsələ ilə bağlı daha ətraflı Baku.TV-nin əməkdaşlarının hazırladığı süjetdə tanış ola bilərsiniz:

  • Goranboyda mal-qara almağa gedən kişi itkin düşdü – FOTO

    Goranboyda 40 yaşlı kişi itkin düşüb.

    Bu barədə redaksiyamıza itkin düşən şəxsin qardaşı məlumat verib.

    Bildirilib ki, Goranboy rayon Əlirzalı kəndində yaşayan 1980-ci il təvəllüdlü Bayramov Cavid Sabir oğlu itkin düşüb.

    Qardaşının verdiyi məlumata görə, o, mayın 2-si axşam saat 6 radələrində evdən mal-qara almaq üçün çıxıb və bir daha geri qayıtmayıb.

    Evdən çıxarkən onun üzərində 650 manat pul olub. C.Bayramovu kənd ərazisində mayın 2-si axşam saat 6-8 radələrindən sonra görən olmayıb.

    Faktla bağlı Goranboy Rayon Polis İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanıb.

  • Скончался исполнитель песни Bakının qızları – ВИДЕО

    Эстрадный исполнитель 60-80-х годов прошлого века Джаваншир Алиев скончался на 76-м году жизни.

    Об этом Kulis.az сообщили близкие певца.

    Победитель ряда конкурсов и фестивалей своего времени, Джаваншир Алиев в 60-70-е годы был солистом эстрадного оркестра Азербайджанского телевидения и радио под управлением Тофика Ахмедова, а также оркестра известного российского музыканта Анатолия Кролла.

    Исполнитель больше всего запомнился песней Октая Кязими Bakının qızları (“Девушки Баку”).

  • “Bakının qızları” mahnısının ifaçısı vəfat etdi – VİDEO

    60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

    Bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat verib.

    60-80-ci illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi C.Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi teleradionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

    Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış C.Əliyev səhnədə çox az müddətdə parlayıb.