Month: May 2020

  • Sumqayıtda bahalı maşın yanıb külə döndü

    Sumqayıt şəhərində avtomobil yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, yanğın zamanı “Land Rover” markalı minik maşını yanıb.

    Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı avtomobilin arxa buferi əriyib.

    “Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Житель Баку нанес ножевые ранения жене

    В Хатаинском районе Баку мужчина в ходе семейного конфликта нанес ножевые ранения 43-летней жене Вусале Фаталиевой.

    Как передает АПА, пострадавшая доставлена в больницу №3.

    Полиция выясняет обстоятельства происшествия.

  • Bakıda ər arvadını bıçaqladı

    Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Telnov küçəsində qeydə alınıb.

    43 yaşlı Vüsalə Fətəliyeva yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb.

    Yaralı qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Pandemiyaya baxmayaraq, bu şəhərdə kütləvi konsertə hazırlıq gedir – VİDEO

    Belarusun paytaxtı Minskdə Qələbə meydanında bayram konserti üçün tribunalar quraşdırılır.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    Təşkil olunan tribunalara ümumilikdə 3500 tamaşaçı yerləşəcək.

    Bundan əvvəl, məlum olmuşdu ki, Qələbə Günü Minsk sakinlərini parad gözləyir. Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş Sovet İttifaqı dövlətlərinin rəhbərlərini Minskdə keçiriləcək Qələbə paradına dəvət edib.

  • Xırdalanda 36 yaşlı qadın döyüldü

    Abşeronda döyülmə hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, 1984-cü il təvəllüdlü Nəbiyeva Xəyalə Şahin qızı tanıdığı şəxs tərəfindən döyülüb.

    X.Nəbiyeva təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burnun sınığı diaqnozu qoyulub.

  • Paytaxtda sahibsiz it kişiyə hücum etdi

    Bakıda 40 yaşlı kişini it dişləyib.

    Hadisə mayın 6-da Bakının Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib.

    Belə ki, sahibsiz it həmin ərazidə yaşayan 1980-ci il təvəllüdlü S.Səmədova hücum edib.

    O, dərhal yaxınlıqdakı xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən ilkin yardım göstərildikdən sonra S.Səmədov evə buraxılıb.

  • Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

    İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət bildirib.

    Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

    “İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu”, – hökumətin bəyanatında deyilir.

    İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.

    İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 261 mindən çoxu isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Teymur Rəcəbov daha bir heç-heçəyə imza atıb

    Şahmat üzrə Millətlər Kubokunda dünya yığmasının tərkibində çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünənki görüşlərdə olduğu kimi daha bir heç-heçəyə imza atıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, qara fiqurlarla oynayan T.Rəcəbov bu gün ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Şahmatçımızın yer aldığı dünya yığması isə ABŞ komandasına 1,5:2,5 hesabla məğlub olub. Turun digər oyunlarında Avropa yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib, Rusiya komandası Çin yığması ilə “sülh” bağlayıb.

    Bu gün keçirilən dördüncü turda isə dünya komandası Rusiya, Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçıları ilə qarşılaşır.

  • Komitə İstanbulda yaşayan azərbaycanlı ailələrə yardım edib

    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, İstanbulda yerləşən “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” dərnəyi bu barədə komitəyə müraciət ünvanlayıb. Həmin müraciətə əsasən dərnəyin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbdə təhsil alan səksən şagirdin ailəsinə ərzaq yardımı göstərilib.

    Qeyd edək ki, yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada qeyri-qanuni məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar olaraq bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

    Xatırladaq ki, Türkiyədə qeyri-qanuni məskunlaşmış bu soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının da daxil olduğu İşçi qrup bir sıra tədbirlər görüb. Bunun nəticəsi olaraq, onlardan 18 nəfərinə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi verilib, digər şəxslərin sənədlərinin hazırlanması istiqamətində fəaliyyət davam etdirilir.

  • “Torino”nun futbolçusu koronavirusa yoluxub

    İtaliyada daha bir futbolçuda koronavirus pandemiyası aşkarlanıb.

    “Torino” klubu bu barədə informasiya yayıb.

    Turin təmsilçisi rəsmi saytı vasitəsilə futbolçulardan birinin koronavirus testinin müsbət nəticə verdiyini bəyan edib. Həmin oyunçuda xəstəliyin əlamətləri hiss edilməsə də, testin nəticəsi bunun əksini ortaya qoyub. Adı açıqlanmayan futbolçu artıq karantinə alınıb və vəziyyəti nəzarət altındadır.

    Qeyd edək ki, İtaliya A seriyasının rəhbərliyi çempionatın iyunun ortalarından bərpa etməyi planlaşdırır.