Month: May 2020

  • Nazirlikdən jurnalistin döyülməsi xəbərinə RƏSMİ MÜNASİBƏT

    “Gədəbəydə anews.az saytının müxbirinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

    O, bildirib ki, mayın 4-də saat 11.05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib:

    “Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-nin yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”.

  • Deputatdan TƏKLİF: “Dövlət İstintaq Komitəsi yaradılmalıdır”

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev icra başçılarının həbsindən danışıb, qanunvericiliyin təkmilləşdirilməsi üçün bir sıra təkliflər səsləndirib.

    Q.Həsənquliyev oxu.az-a açıqlamasında deyib ki, son zamanlar yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təqdir edir.

    Deputat söyləyib ki, həbslərlə paralel, cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalıdır.

    Onun fikrincə, qanunvericiliyi təkmilləşdirməklə büdcə vəsaitlərinin oğurlanmasının qarşısını almaq üçün effektli mexanizmlər yaradılmalıdır.

    Q.Həsənquliyev Məhkəmə-Hüquq Şurasının tərkibinin dəyişdirilməsi ilə bağlı da təklif verib.

    “Hakimlər özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi hiss etməməlidir. Buna görə də hakimlərin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən təşkil olunmalıdır”, – deyən Q.Həsənquliyev daha sonra əlavə edib:

    “Aşağı instansiya məhkəmələrinin bilə-bilə ədalətsiz qərarlar qəbul edən hakimləri haqqında yuxarı instansiya məhkəmələrinin xüsusi qərarlar qəbul etməməsinə görə ciddi məsuliyyət nəzərdə tutulmalıdır”.

    Deputat hesab edir ki, Ali Məhkəmə Pleniumunun əlavə kassasiya instansiyası qaydasında işlərə baxması Konstitusiyaya ziddir.

    O, bütün növ xüsusi məhkəmələrin ləğv olunmasının da zəruriliyinə diqqət çəkib:

    “İşlərə baxış zamanı çəkişmə prinsipi tam təmin olunmalıdır. Hakimlər bütün hüquq sahələri üzrə zəruri biliklərə sahibdirlər. Bu isə xüsusi məhkəmələrin mövcudluğunu lazımsız edir”, – deyə o əlavə edib.

    Millət vəkili ədliyyə naziri və baş prokuror vəzifələrinin birləşdirilməsini, əvəzində Dövlət İstintaq Komitəsinin yaradılmasını da təklif edib:

    “Yaxşı olardı ki, ABŞ-da olduğu kimi, ədliyyə naziri və baş prokuror vəzifələri birləşdirilsin və Dövlət İstintaq Komitəsi yaradılsın.

    Dövlət İstintaq Komitəsinin yaradılması ona görə vacibdir ki, istintaq aparan orqan həm də məhkəmədə dövlət ittihamını müdafiə etməsin”.

  • Baş bankir: “Zəif banklar ölkənin imici üçün problemdir”

    “Azərbaycanda zəif bank bəzən açıq, bəzən də gizli yollarla yüksək faizlə əmanətlər cəlb edir və bazarda faizləri qaldırmaqla digər banklar üçün pis nümunə olur”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

    Onun sözlərinə görə, bu cür banklar ölkənin imici üçün də problemdir: “Məsələn, “Atabank”da bir xarici vətəndaş əmanət yerləşdirib, o tez-tez pulu almaq üçün ölkəyə gəlir, mediaya çıxır, o cümlədən sosial mediada bu barədə yazır, məhkəmə ilə hədələyib. Təbii ki, sağlam iqtisadiyyatı olan Azərbaycan üçün belə bir reputasiya – hansısa xarici vətəndaşın pulu verilmir – yaxşı hal deyil, ölkənin imici üçün problemdir. Odur ki, qəti şəkildə tapşırıq verilib ki, bu kimi hallar aradan qaldırılsın. Bunu daha tez etmək olardı, amma problemlər yığılıb-qalıb və bunları biz bu gün həll edirik” – deyə o, qeyd edib.//report.az

  • Tovuzda dələduzluq edən şəxs tutuldu – VİDEO

    Tovuzda dələduzluq hadisəsi baş verib.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, rayonda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

    Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini Zaur Sadıqov saxlanılıb.

    Araşdırma zamanı müəyyən edilib ki, Z.Sadıqov bir neçə ay əvvəl Tovuz ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z.Sadıqov ümumilikdə onun 1 000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

    Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” Zəng Mərkəzinə, Tovuz RPŞ-nə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Pandemiyadan sonra bu sahələr inkişaf edəcək – VİDEO

    Postpandemiya dövrü yeni eranın başlanması demək olacaq. Həmin ərəfədə hər hansı dünyaca məşhur şirkət iflasa uğraya, sıradan bir şirkət isə gözlənilmədən inkişaf edə bilər.

    Ekspertlərin fikrincə, pandemiyadan sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq. Ümumilikdə virtual dünya ilə bağlı olan işlər daha geniş yayılacaq. Lazımlı peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var.

    Ətraflı Baku.Tv-nin sujetini təqdim edirik:

  • В США застрелен оказавшийся близко к правде о коронавирусе ученый

    В США застрелили оказавшегося близким к правде в исследовании о свойствах коронавируса ученого Бин Лю. Об этом сообщалось на сайте Питтсбургского университета еще 2 мая, но только сейчас на это обратили внимание СМИ, в частности, издание NBC News, передает “Лента.ру”.

    Известно, что ученый, вероятнее всего, был знаком со своим убийцей – им оказался некий 46-летний Хао Гу, который после произошедшего покончил с собой. Сообщается, что Бин Лю был убит выстрелами в голову и шею. Мотивы преступления пока не известны.

    Отмечается, что Бин находился на грани важного прорыва в понимании клеточных механизмов, лежащих в основе коронавирусной инфекции и вызванных ею осложнений. Университет заверил, что приложит все усилия, чтобы завершить начатую его сотрудником работу. На сайте также говорится, что данная утрата будет ощущаться во всем научном сообществе.

  • Şamaxıda sürücü idarəetməni itirərək qəza törətdi

    Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Quşçu kəndində qeydə alınıb.

    Belə ki, 1967-ci il təvəllüdlü Mirzəyev Rasim Ağamusa oğlu nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq divara çırpılıb. Hadisə zamanı xəsarət almış sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, kəllə-beyin travması diaqnozu qoyulub.

  • Elman Rüstəmov: “İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq”

    “Amrah Bank”, “Atabank”, “AGBank” və “NBC Bank”da əhalinin təxminən 680 milyon manat əmanəti var”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

    “Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəgin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər”, – deyə o, qeyd edib.//report.az

  • AMB-nin sədri: “AGBank” və “Atabank”da sahibkarların 18 milyon manatı qalıb”

    Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “AGBank” və “Atabank”da biznesin (sahibkarların) 18 milyon manat pulu qalıb.

    Median.Az xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

    “Bu pulun da bir hissəsi bank sahiblərinin digər bizneslərinə aiddir və onlar özləri qayğısına qalmalıdır. Kənar iş adamlarının vəsaitlərinə gəlincə isə, prosedurlara uyğun olaraq bankların aktivləri Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ötürüləcək və həmin aktivlər reallaşdırıldıqdan sonra yekunda qalacaq vəsait hesabına sahibkarların pulları növbəlilik əsasında ödəniləcək.

    Onu da deyim ki, Azərbaycanda iş adamları yalnız bir bankda hesab açmırlar, azı 2 bankla işləyirlər. Hər hansı bankda problem yarananda, hiss olunanda həmin hesablar başqa banka köçürülür və belə bank əməliyyatları reallaşdırılır”, – deyə o qeyd edib.//report.az

  • ADPU-nun tələbəsinin evi qarət edildi – VİDEO – Yenilənib

    Göyçay rayonunda fərdi yaşayış evi talan edilib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Hacalıkənd kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikinci kurs tələbəsi Süsən Vaqif qızı Hümbətova hər iki valideynini itirib və dayısının qəyyumluğu ilə böyüyüb.

    Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular evin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferini sökərək aparıblar. Hətta evdəki divan, soyuducu və televizor da oğurlanıb.

    Eyni zamanda həyətyanı sahənin hasarı uçurulduğundan kənd sakinlərinin mal-qarası meyvə bağını da məhv ediblər.

    S.Hümbətova Bakıda tələbə yataqxanasında qaldığını, dərs olmadığından Göyçaya qayıtdığını, lakin dağıdılmış evində yaşamaq üçün heç bir şəraitin olmadığını bildirib. O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng Mərkəzi”nə və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib.

    S.Hümbətova evini talan edən şəxslərin cəzalandırılmasını və yaşamaq üçün şərait yaradılmasını istəyir.