Month: May 2020

  • Əli Əsədovdan iki mühüm QƏRAR

    Bu gün Baş Nazir Əli Əsədov iki mühüm qərar imzalayıb.

    Onlardan biri “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”dır.

    Digər qərar isə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli 132 nömrəli və “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsinin təsdiq edilməsi haqqında” 2016-cı il 23 may tarixli 198 nömrəli qərarlarında dəyişiklik edilməsi barədədir.

  • Qəbələdə iki maşın toqquşub, xəsarət alan var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

    APA FHN-ə istinadən məlumat verir ki, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı – STATİSTİKA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 6-na olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 309 test edildiyi bildirilir.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 169 790 test aparılıb.

  • Masazırda 15-ə yaxın mənzildən oğurluq edən dəstə saxlanılıb

    Masazırda 15-ə yaxın mənzildən oğurluq edənlər saxlanılıb.

    APA-nın yerli bürosunun məlumatına görə, Abşeron polisinin keçirdiyi əməliyyat zamanı həmin mənzilləri qarət edən dəstə ələ keçirilib.

    Belə ki, Balakən rayonunun Şambul kənd sakini, 43 yaşlı Sərdar Bəyoğluyev tanışı, Bakı şəhər sakini, 40 yaşlı Rövşən Abdullayev və Ağdam rayonunun Seyidli kənd sakini, 48 yaşlı Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonunun Masazır kəndində ümumilikdə 15-ə yaxın mənzildən oğurluq ediblər.

    Dəstə üzvləri mənzillərdən məişət və elektrik avadanlıqları, su nasosu, televizor, təmir-tikinti alətləri aparıblar. Hər üç şəxs tutularaq polis idarəsinə aparılıb və istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Календарь и молитва тринадцатого дня месяца Рамазан

    Завтра тринадцатый день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 7 мая – в 03:50, а время ифтара – в 19:57.

    Молитва, которую произносят после имсака:

    “Аллахумма таххирни фихи минадданаси уаль акзар уа саббирни фихи аля каинатиль акдар уа уаффикни фихи литтука уа сухбатиль абрар биауникя йа куррата айниль масакин”

    Перевод:

    “О, мой Аллах! Очисти меня в этот день от скверны дурных деяний! И определи меня стойким к невзгодам и потрясениям! И удостой меня в этот день очищения и ниспошли мне радость общения с хорошими людьми! О, Свет Очей обездоленных!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Ramazanın 13-cü gününün duası, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 13-cü günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də Bakıda imsak saat 03:50, iftar isə saat 19:57-dədir.

    Ramazan ayının 13-cü gününün duası:

    “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.

    Tərcüməsi:

    “İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, qəzavü-qədər ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • İmişlinin icra başçısı 4 ay müddətinə həbs olundu

    Bu gün Səbail rayon Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Haciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı proses keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, prosesdə istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edib və Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev saxlanılıb.

  • Dünyada pandemiya qurbanlarının sayı 260 mini ötdü

    Dünyada koronavirus qurbanlarının sayı 261 097 nəfərə çatıb.

    “Report” xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (72 767), Böyük Britaniya (28 650), İtaliya (30 076), İspaniya (25 857) və Fransada (25 531) qeydə alınıb.

    Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,7 milyonu ötüb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Millimizin futbolçusunun məşq etməsinə icazə verildi

    ABŞ-ın MLS və USL klubları növbəti həftədən məşqlərini bərpa edəcəklər.

    “Report”un məlumatına görə, bu barədə Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” klubunun rəsmi saytı xəbər yayıb.

    Qeyd olunub ki, komandalar mayın 11-dən etibarən bazalarında 4 nəfərlik qruplar şəklində hazırlaşa biləcəklər.

    Məşq vaxtı meydançada komandanın məşqçilərindən və əməkdaşlarından yalnız bir nəfər yer ala biləcək.

    ABŞ-da yerli liqalar koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb.

    Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında “Finiks Rayzinq”də çıxış edir. 29 yaşlı hücumçu ilk turda “Portlend Timbers”ə 6:1 hesabı ilə qalib gəldikləri matçda “het-trik” edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib.

  • Türkiyədə koronavirusa yoluxanların sayı 130 mini ötdü – STATİSTİKA

    “Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub”.

    Median.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

    Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 584 nəfərə çatıb.

    Nazir həmçinin daha 2 253 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 131 744-ə yüksəldiyini bildirib.

    F.Koca Türkiyədə indiyədək 78 202 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.