Month: May 2020

  • Məhkəmə DTX-nin həbs etdiyi məmurla bağlı qərar verdi

    Rüşvətdə ittiham olunan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində olan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

    Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

    Qərara əsasən, M. Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə şikayət təmin olunmayıb.

    Qeyd edəki, aprelin 28-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Məhərrəm Əhmədov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Baş prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Məhərrəm Əhmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

    Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumat yayıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında DTX və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

    Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənləşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib.

    Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

    Fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, Məhərrəm Əhmədov şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • В Азербайджане от коронавируса вылечились еще 28 человек

    За последние сутки в Азербайджане 28 человек вылечились от коронавирусной инфекции (COVID-19).

    Об этом 6 мая сообщает оперативный штаб при Кабинете министров.

    Все они выписаны из больниц особого режима.

    На данный момент в Азербайджане подтверждено 2 127 случаев заражения вирусом. 1 536 человек вылечились, 28 – скончались, 563 – проходят лечение в больницах особого режима.

  • Azərbaycanda daha 28 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda 28 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • Sosial sığorta haqları bu cür hesablanacaq – VİDEO

    Hazırda muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlər üzrə məcburi dövlət sosial sığorta haqqı fəaliyyət istiqamətinə görə müəyyən edilir.

    Qüvvədə olan qanunvericiliyə görə, sığorta olunanlardan tikinti və ticarət sahələrində minimum aylıq əməkhaqqının 50, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur.

    Baku.Tv-nin bu mövzuya həsr olunmuş süjetini təqdim edirik:

  • Məmurun jurnalisti döyməsi ilə bağlı materiallar prokurorluğa göndərilib

    Daxili İşlər Nazirliyi (DİN) jurnalist Zaur Qəmbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülməsi hadisəsi ilə bağlı açıqlama verib.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov “Report”un sorğusuna cavab olaraq bildirib ki, ilkin materiallar toplanıb və baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.

    Qeyd edək ki, “anews.az” xəbər portalının müxbiri Z.Qəmbərovun sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün DSMF-nin Gədəbəy rayon şöbəsində olarkən həmin şöbənin rəhbəri E.Xudaverdiyev və özünü onun sürücüsü kimi təqdim edən İ.Qələndərov tərəfindən döyülməsi, jurnalistin mobil telefonunun həmin şəxslər tərəfindən sındırıldığı barədə məlumat yayılıb.

  • Adil Əliyev ARDNF-in Müşahidə Şurasına yeni üzv təyin edilib

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Azərbaycan Respublikası Milli Məclisini təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.

    Trend-in məlumatına görə, Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavinidir. Daha öncələr Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

    Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

  • В Азербайджане зафиксировано 67 новых случаев заражения COVİD-19, два человека скончались

    За последние сутки в Азербайджане зафиксировано 67 новых случаев инфицирования коронавирусом (COVID-19).

    Об этом 6 мая сообщает оперативный штаб при Кабинете министров.

    28 человек вылечились от инфекции и выписаны из больниц особого режима.

    Скончались два пациента (1958 и 1969 г.р.), у которых тест на коронавирус оказался положительным.

    На данный момент в Азербайджане подтверждено 2 127 случаев заражения вирусом. 1 536 человек вылечились, 28 – скончались, 563 – проходят лечение в больницах особого режима. Состояние 24 из них оценивается как тяжелое, 33 – средней степени тяжести, остальных – как стабильное.

    В целом за прошедший период было проведено 169 790 тестов на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 67 yeni yoluxma

    Azərbaycanda 67 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb.

  • Banklar kredit borcu olanlara güzəşt edəcək? – VİDEO

    Pandemiya dövründə vətəndaşların vəziyyətini və bankların mövcud gəlirliliyini nəzərə alan Mərkəzi Bank kommersiya və dövlət banklarına əhaliyə xüsusi güzəşt edilməsini tövsiyə edib.

    Amma bu tövsiyə bəzi banklar tərəfindən qulaqardına vurulur.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

  • Azərbaycanda icra başçısının danladığı şöbə müdirinin ürəyi partlayıb öldü – FOTO

    Gədəbəy Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəfat edib.

    Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlu ürək tutması nəticəsində qəfil həyatını itirib.

    Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməyi ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından ölüb.

    Publika.az-ın məlumatına görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq üçüncü dəfədir baş verir. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında ölüb, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçının qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirib. O, bundan sonra xəstəxanaya aparılıb.