Month: May 2020

  • Число инфицированных в Турции превысило 130 тысяч

    За последние сутки в Турции от COVID-19 скончались 64 человека.

    Как передает Median.Az, об этом в соцсети сообщил министр здравоохранения республики Фахреттин Коджа.

    По его словам, общее число жертв коронавируса в Турции достигло 3 584. За все время в стране были инфицированы 131 744 человека.

    Кроме того, в целом 78 202 человека выздоровели от коронавируса и были выписаны домой.

  • İtaliyada bir gündə 8 000-dən çox pasiyent koronavirusdan sağalıb

    İtaliyada son bir gün ərzində daha 369 nəfər koronavirusdan ölüb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

    Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 684 nəfərə çatıb.

    Məlumata görə, İtaliyada daha 1 144 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 214 457-yə yüksəlib.

    Bundan başqa, ölkədə indiyədək 93 245 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

    Ümumiyyətlə son bir gündə 8 014 nəfər koronavirusdan sağalmaqla rekord nəticə əldə olunub.

  • Beş yaşlı oğlunu boğub öldürən futbolçunun paylaşımı ortaya çıxdı – FOTO

    Türkiyənin Bursa şəhərində oğlunu boğaraq öldürən keçmiş futbolçunun, onun məzarında “dünyaya bel bağlamayın” yazısı ilə paylaşımı ortaya çıxıb.

    Sondakika.com xəbər verir ki, Türkiyə Super Liqasının keçmiş futbolçusu Cevher Toktaşın beş yaşlı oğlu Qasım Tokaş aprelin 23-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

    Həmin gün uşağın yanında qalan C.Toktaş oğlunun vəziyyətinin pisləşməsi barədə həkimlərə xəbər verib.

    Həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

    Onun ölüm səbəbi koronavirusla əlaqədar olaraq nəfəs çatışmazlığı kimi qeyd olunub.

    Hadisədən 11 gün keçəndən sonra C.Toktaş polisə gedərək oğlunu özünün öldürdüyünü etiraf edib. O, oğlunu sevmədiyini və xəstəxanada əsəb pozğunluğu keçirərək onu boğub öldürdüyünü deyib:

    “Xəstəxanada arxası üstə yatan oğlumun üstünə yastıq basdım və çırpınsa da, 15 dəqiqə onu qaldırmadım”.

    Uşağın meyiti ekspertiza üçün morqa göndərilib.

  • Türk Şurasının iqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşü keçirilib – FOTO

    Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.

    Videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi.

    Tədbiri hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb. Görüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

    Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma hallarının məhdudlaşdırıldığını vurğulayıb. Qeyd edib ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. İqtisadiyyat naziri ilk növbədə, sıx dövlət-vətəndaş həmrəyliyinə söykənməklə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər barədə məlumat verib.

    Azərbaycanın İqtisadiyyat naziri üzv dövlətlər arasında ikitərəfli sərbəst ticarət haqqında sazişlərin yaratdığı üstünlüklərdən səmərəli istifadə edilməsi, elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsi, Türk Ticarət Evinin, həmçinin Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanması, eləcə də nəqliyyat və tranzit rejimində hər hansı təxirəsalınmaz və ya planlaşdırılan dəyişiklik barədə üzv dövlətlərin məlumatlandırılması, həmçinin yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib.

    Mikayıl Cabbarov üzv ölkələrdə ticarət və investisiyalara mənfi təsirin aradan qaldırılması istiqamətində Türk Şurasının Dövlət başçılarının keçirdiyi fövqəladə Sammit zamanı Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladaraq, belə bir fondun yaradılmasının qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin ümumi iqtisadi və sosial inkişafına geniş təkan verə biləcəyini bildirib.

    Nazir Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Rəqəmsal iqtisadiyyatdan danışarkən Mikayıl Cabbarov cari ilin əvvəlində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının Azərbaycanda yaradılması barədə qərar qəbul edildiyini xatırladıb və Mərkəzin fəaliyyətindən qardaş ölkələrin də faydalana bilməsi, Mərkəzin regional əhəmiyyət kəsb etməsi üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

    Mikayıl Cabbarov qeyd edib ki, ərzaq məhsulları üzrə dövlət ehtiyatlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bütün üzv ölkələr üçün vahid siyahının formalaşdırılması məqsədəuyğundur.

    Videokonfransda iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbərləri COVID-19 pandemiyasının iqtisadi inkişafa və ticarət əlaqələrinə mənfi təsirinin azaldılması üçün təmsil etdikləri ölkələrdə görülən işlər barədə məlumat verib, Türk Şurası çərçivəsində həyata keçirilə biləcək birgə tədbirlərlə bağlı təkliflərini bildiriblər.

    Görüşdə həmçinin, Türk Şurasına üzv və müşahidəçi ölkələrin gömrük xidməti rəhbərləri arasında fikir mübadiləsi aparılıb, gömrük orqanlarının rəhbərləri pandemiya dövründə praktiki addımların icrası barədə təkliflərini səsləndiriblər.

    Türk Şurasının Baş katibi Bağdad Amreyev tədbirin operativ təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

    Videokonfransda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Baş katibin müavinləri Ömər Kocaman və Qismət Gözəlov, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, Özbəkistanın Baş nazirinin müavini, İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov, Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov, Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torebayev, Xarici İşlər Nazirliyinin İnvestisiyalar üzrə komitəsinin sədri Rustam İsatayev, Qırğızıstanın İqtisadiyyat naziri Sanjar Mukanbetov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, həmçinin Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Marat Sultanqaziyev, Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Altınbek Torutayev, Özbəkistanın Dövlət Gömrük Komitəsinin sədri Murotjon Azimov, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının gömrük üzrə baş direktoru Kriştof Bokoi iştirak ediblər.

  • Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.

    O, Ermənistanın baş nazirinin bu bəyanatı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib.

    “Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.

    Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir”, – L.Abdullayeva deyib.

  • Суд отправил бывшего главу ИВ Имишлинского под арест

    Сабаильский районный суд Баку принял в среду решение о заключении под арест на 4 месяца бывшего главы Исполнительной власти Имишлинского района Вильяма Гаджиева.

    В.Гаджиев был задержан сотрудниками Службы государственной безопасности Азербайджана.

    В среду распоряжением Президента Азербайджана Ильхама Алиева В.Гаджиев был освобожден от должности главы ИВ Имишлинского района.

  • Avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı

    Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Bildirilib ki, artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.

    Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.

    “Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır.

    Avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdıma işləri yekunlaşıb.

    Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işlərin icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasının və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək”, – məlumatda qeyd edilib.

  • ATV və Lider TV-nin yayımının bir saatlıq dayandırılmasına qərar verilib

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

    MTRŞ-dan verilən məlumata görə, iclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

    1 may 2020-ci il tarixdə “ATV” televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının bir saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    3 may 2020-ci il tarixdə “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    Həmçinin, 2 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

  • Vilyam Hacıyev məhkəməyə gətirildi

    İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

    “Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.

    Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

    Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

  • Rəqsanənin köməkçisi koronavirusdan öldü

    Müğənni Rəqsanə İsmayılovanın köməkçisi koronavirusdan dünyasını dəyişib.

    Bu haqda prodüser Tarix Əliyev (Tolik) məlumat verib. O bildirib ki, qadın bir neçə gündür müalicə alsa da, sağalmayıb.

    R.İsmayılova da məsələyə münasibət bildirib. İfaçı xanımın onların restoranında çalışdığını söyləyib:

    “Söz tapmıram, 47 yaşında cavan gəlin… 10 yaşında körpə uşağı var. Adı Mehbarə idi. 20 gündür işə gəlmirdi. Sürücünü göndərdim gətirdi. Halsız idi, dedi ağrıyıram. Gedib xəstəxanaya, müzlicə ediblər, 3 gün qalıb. Sonra nə qədər zəng etdik telefona cavab vermədi. Bir nəfər gəlib dedi ki, restorandakı işçiniz rəhmətə gedib. Burada heç kimi yoxdur, ailəsinə xəbər verdim. İndi cənazəni Azərbaycana göndərməliyəm”.