Month: May 2020

  • Gəncədə koronavirusa kütləvi yoluxmanın səbəbi açıqlandı – RƏSMİ

    “Cənub zonasında yoluxmanın əsas səbəbi orada yaşayan vətəndaşlarımızın İrana intensiv səfərləri ilə bağlıdır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

    Onun sözlərinə görə, sərhədlər bağlandıqdan sonra daxildə yoluxma artıb:

    “Orada əks-epidemik tədbirlər görülür. Gəncəyə də başqa yerlərdən, xarici ölkələrdən giriş-çıxış kifayət qədər çoxdur. Gəncəyə ilk yoluxma idxalla gəlib və daha sonra daxildə yoluxma başlayıb”.

    Sədr bildirib ki, bu günə qədər koronavirusa yoluxan uşaqlarda ağırlaşma olmayıb:

    “Onlarda iki dəfə test nəticəsi mənfi olduqdan sonra evə buraxılıb”.

    //oxu.az

  • Koronavirusa yoluxanlar üçün inşa olunan modul tipli xəstəxanalar nə vaxt açılır? – RƏSMİ + VİDEO

    “Yaxın zamanda ilk modul tipli xəstəxananın açılması gözlənilir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

    Sədr qeyd edib ki, iyun ayına qədər Bakı daxil olmaqla, digər regionlarda da modul tipli xəstəxanaların istifadəyə verilməsi gözlənilir:

    “Həmin tibb müəssisələrinə sırf COVID-19-la bağlı xəstələri yerləşdirə biləcəyik”.

  • Azərbaycanda koronavirusa yoluxan hər xəstəyə bu qədər vəsait xərclənir – RƏSMİ

    “Azərbaycanda koronavirusdan müalicə olunan xəstələrə xərclənən vəsait 80-150 manat arasında dəyişir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

    Onun sözlərinə görə, bu, mart ayı üçün hesablanan rəqəmdir:

    “Aprel ayının rəqəmləri analiz edilir”.

    “Bu məbləğə xəstənin yemək, müalicə xərcləri, geyimi, maskası, həkimlərin əməkhaqları, verilən əlavələr və geyimləri daxildir”, – deyə sədr qeyd edib.

  • Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır – HƏYƏCAN TƏBİLİ

    “Gəncə-Qazax bölgəsində koronavirusa yoluxma 14 faiz, Lənkəranda isə 10 faiz təşkil edir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

    Onun sözlərinə görə, Gəncə zonasında koronavirusa yoluxma sürətlə artıb:

    “Orada karantin rejiminə bir o qədər riayət olunmadığı üçün həmin bölgədə yoluxma sayı artıb. Bütün yoluxmalar araşdırıldıqda məlum olur ki, xəstələnmə halları ailə üzvləri arasında olur.

    Bir vətəndaş ailə üzvlərini xəstəliyə yoluxdurur. Digər tərəfdən, tibb işçiləri arasında yoluxma müşahidə olunur. Gəncədə də belə hal müşahidə olunmuşdu”.
    //oxu.az

  • Обсуждается тема обязательного медстрахования на фоне пандемии COVID-19 в Азербайджане – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров проводит 6 мая очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвует председатель правления Государственного агентства по обязательному медицинскому страхованию Заур Алиев.

    На брифинге обсуждаются случаи инфицирования коронавирусом в стране и другие вопросы.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edir.

    Mətbuat konfransında ölkədə koronavirusa yoluxma halları və digər məsələlər müzakirə olunur.

  • Bakıda televiziya kanalının binasına tülkü girdi (VİDEO)

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yerləşdiyi binanın həyətinə tülkü girib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, vəhşi heyvanı kanalın mühafizə xidmətinin əməkdaşları həyətyanı sahədən tapıblar.

    Onların sözlərinə görə, bala tülkü ətrafda yaşayan pişiklər üçün təhlükə yaradıb.

    Qeyd edilir ki, sözügedən heyvan aidiyyəti üzrə təhvil veriləcək.

  • Sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı YENİLİK

    Sürücülük vəsiqələrinin etibarlılıq müddətini “myGov” portalında qeydiyyatdan keçməklə yoxlamaq mümkündür.

    Median.Az
    Trend-ə istinadən xəbər verir ki, “myGov” portalında sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndərilir:

    – sənədin vaxtına 60 gün qaldıqda

    – sənədin vaxtına 30 gün qaldıqda

    – sənədin vaxtına 10 gün qaldıqda

    – sənədin vaxtı bitdikdə

  • Vilayət Eyvazov bu rayonun DYP rəisini vəzifəsindən azad etdi

    Daxili İşlər orqanlarında növbəti təyinat olub.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis kapitanı Seymur Quliyev vəzifəsindən azad olunaraq DİN-in Baş Tədqiqat və İstindaq idarəsində fəaliyyətə başlayıb.

    Qeyd edək ki, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

  • Prezident Ali məhkəmə sədrinin müavini və kollegiya sədrlərini təyin etdi

    Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Prezident İlham Əliyev 6 may 2020-ci il tarixdə sərəncam imzalayıb.

    Sərəncamda deyilir,

    1. Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.

    2. Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin.

    3. Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.

    4. Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.

    5. Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.

    6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.