Month: May 2020

  • Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb – AÇIQLAMA

    ​“Ötən gün ərzində Azərbaycanda 52 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bunun 32-si yalnız Gəncədə qeydə alınıb”.

    Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

    Onun sözlərinə görə, Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejiminin ciddi pozulduğunu göstərir:

    “Bu yaxınlarda Gəncədə belə yüksək insident nisbəti qeydə alınıb ki, bu da sakinlərin karantin rejiminin tələblərindən yayındığını göstərir. Bu, təkcə Gəncəyə deyil, ölkənin digər böyük şəhərlərinə də aiddir. Karantin rejimi yüngülləşdirildikdən sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı.

    Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər”.

  • Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayı açıqlandı

    “Aprel ayında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün 3312 şəxs müraciət edib”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

    Sədr bildirib ki, həmin şəxslərdən 2911-nə fərqlənmə nişanı verilib:

    “Digərlərinə fərqlənmə nişanı təqdim edilməyib. Bu, müraciət edən şəxslərin sənədlərindəki uyğunsuzluq və nəqliyyat vasitələrində texniki cəhətdən nasazlıq olması ilə əlaqədardır”.

  • Koronavirus Yer sakinlərinə nə qədər ziyan vurub?

    “Koronavirusa görə, Yer sakinləri 3.4 trilyon dollar itiriblər”.

    “İnterfaks”ın məlumatına görə, bu sözləri BMT-nin 74-cü Baş Assambleyasının sədri Ticani Məhəmməd Bande eyib.

    Sədrin sözlərinə görə, ölkələr ağır vəziyyətdədir və koronavirusa təklikdə qarşı dura bilmirlər.

  • В салонах автобусов и такси будут установлены прозрачные защитные перегородки

    Сегодня Бакинское транспортное агентство направило письма компаниям, работающим в сфере пассажироперевозок, и водителям, занимающимся частным извозом, с требованием установить в салоне транспортных средств прозрачную защитную перегородку.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 4 мая сказал председатель правления Бакинского транспортного агентства (БТА) Вусал Керимли.

    По его словам, в этом направлении уже ведутся работы.

    “Кроме того, мы также планируем выпустить на маршрутные линии новые 18-метровые автобусы с высоким уровнем защиты. В других случаях мы рассчитываем на оперативность пассажироперевозчиков и компаний такси”, – сказал глава агентства.

  • Sərnişinlərlə sürücü arasında şəffaf arakəsmə qoymaq məcburi oldu – RƏSMİ

    “Bu gündən etibarən Bakı Nəqliyyat Agentliyi tərəfindən həm daşıyıcı şirkətlərə, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərə sürücü kabinəsinin şəffaf örtüklə örtülməsi barədə məktub göndərilib”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

    Onun sözlərinə görə, məktubda “Daewoo” markalı avtobuslarda kabinə şəffaf örtük quraşdırılması və taksilərdə şəffaf arakəsmənin olması tələbi qoyulub:

    “Bu istiqamətdə işlərə başlanılıb. Onun icrası ilə bağlı məlumat veriləcək”.

    “Bundan əlavə, yeni 18 metrlik avtobusları da marşrut xətlərinə buraxırıq ki, onlarda qoruma digər avtobuslara nisbətən yüksəkdir. Digər hallar da daşıyıcılar və taksi şirkətlərinin bu işi nə qədər çevik etməsindən asılıdır”, – deyə sədr qeyd edib.
    //oxu.az

  • Bakıda nəqliyyat vasitələrinin cərimələnməsinə başlandı – RƏSMİ

    “Xüsusi karantin rejimi dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

    Onun sözlərinə görə, 1 maydan cərimə proseduruna başlanmasının səbəbi nəqliyyat vasitələrinin xaotik dayanmasının sıxlığa səbəb olmasıdır:

    “Nəticədə, məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.

  • BNA sədri: “Sərnişin sıxlığı avtobus çatışmazlığından asılı deyil”

    “Bakıətrafı qəsəbələrə yeni avtobus xətləri buraxılacaq”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

    Sədr qeyd edib ki, koronavirus pandemiyasından əvvəl Bakıətrafı qəsəbələrlə bağlı silsilə tədbirlər keçirilirdi:

    “115 kiçiktutumlu avtobus sifariş verilib. Pandemiya dövrü yekunlaşdıqdan sonra məsələni həll edəcəyik”.

    “Sərnişin sıxlığı sırf avtobus çatışmazlığından deyil, intervalların çox olmasından asılıdır”, – deyə Vüsal Kərimli qeyd edib.

  • Вусал Керимли: Механизм привлечения к ответственности за незаконный извоз пока не уточнен

    Механизм привлечения к административной ответственности лиц, занимающихся незаконным извозом в Баку, пока не уточнен.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на брифинге оперативного штаба при Кабинете министров 4 мая сказал председатель правления Бакинского транспортного агентства (БТА) Вусал Керимли.

    По его словам, готовятся предложения по внесению изменений в законодательство.

    “В законе должен быть уточнен момент с привлечением к административной ответственности. Например, в Турции за незаконную деятельность такси предусматривается штраф в размере 5 000-6 000 лир (примерно 1 205 – 1 447 манатов).

    Постараемся представить в ближайшее время правительству предложения по этому вопросу”, – отметил В.Керимли.

  • Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR

    “Bakı şəhərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati məsuliyyətə cəlb olunması mexanizmi hələlik dəqiq deyil”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

    Sədr qeyd edib ki, bu sahədə qanunvericiliyə dəyişikliklər hazırlanır.

    “İnzibati məsuliyyətə cəlb olunma qanunvericilikdə göstərilməlidir. Məsələn, Türkiyədə icazəsiz taksi fəaliyyəti ilə bağlı cərimə 5000-6000 TL-dir”.

    “Çalışacağıq ki, qısa zamanda hökumətə bununla bağlı təkliflər göndərək”, – deyə V.Kərimli əlavə edib.

  • Azərbaycanda polisə xəsarət yetirilib – RƏSMİ

    Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında baş verən hadisəyə münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib:

    “Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək, həmin şəxslərlə söhbət aparıb.

    Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon Prokurorluğuna göndərilib.

    Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib”.