Month: May 2020

  • Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayı açıqlandı

    “Aprel ayında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün 3312 şəxs müraciət edib”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

    Sədr bildirib ki, həmin şəxslərdən 2911-nə fərqlənmə nişanı verilib:

    “Digərlərinə fərqlənmə nişanı təqdim edilməyib. Bu, müraciət edən şəxslərin sənədlərindəki uyğunsuzluq və nəqliyyat vasitələrində texniki cəhətdən nasazlıq olması ilə əlaqədardır”.

  • Azərbaycanda 88 yaşlı qadın koronavirusdan sağaldı

    Azərbaycanda daha bir yaşlı şəxs koronavirusdan sağalıb.

    Qafqazinfo-nun məlumatına görə, bu dəfə 88 yaşlı İsmayıllı rayon sakini (adını qadının özünün arzusu ilə açıqlamırıq) virusa qalib gəlib.

    Belə ki, Bakıdakı xüsusi rejimli xəstəxanaların birində müalicə alan 1932-ci il təvəllüdlü qadın 21 apreldə xəstəxanaya temperatur, zəiflik və pnevmoniya əlamətləri ilə daxil olub.

    Müvafiq tibbi prosedurlardan sonra o, COVID-19 virusundan sağalıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl 92 yaşlı Lənkəran sakini Axundova Ağabəyim də koronavirusa qalib gəlmişdi.

  • Azərbaycanda sabiq məmurun sifarişli cinayətləri: Şahidi döydürüb, sonra… – VİDEO

    Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər.

    Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən verilən birgə məlumatda qeyd olunur ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamamlanıb və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.

    Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi nazirliyin adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.

    Vüsal Əliyev cari ilin mart ayının 19-da barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin quldurluq maddəsilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib.

    Mirafiq Bəşirov isə öz növbəsində azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının alınmasının vacib olduğunu diqqətə çatdırıb.

    Nurlan Bəşirov isə tanışları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin Babayev və Fariz Daşdəmirovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar.

    Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobili saxlatdırıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

    Hadisədən sonra Nurlan Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və İsamuddin Babayev görüşüb vəd edilmiş pulu aralarında bölüblər. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılıb, onlardan dördünün üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.

    Araşdırma zamanı müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib.

    Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsi ilə cari ilin aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Qeyd edilən faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan Bəşirov, Fariz Daşdəmirov, Sərxan Çobanov, İsamuddin Babayev və Namiq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub. Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.












  • Azərbaycanda dəhşətli qəzanın təfərrüatı: Qardaşlarının yasına gedən bacılar faciəli şəkildə öldülər

    Bu gün Kürdəmir rayonunda baş verən dəhşətli yol qəzasında vəfat edən və yaralanan şəxslər dünən başqa bir qəzada vəfat edən şəxsin dəfninə gedirlərmiş.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Kürdəmir rayonunda “Mercedes” və “Nissan” avtomobillərinin toqquşduğu qəzada vəfat edənlər mərhumun ailə üzvləri olub.

    “Mercedes”in sürücüsü Kərimov Abbas Kərim oğlunun qardaşı Camal Kərimov dünən avtomobil qəzasında vəfat edib. Dünən gecə saatlarında İmişli rayonunda “Kamaz” və Qazel” avtomobilləri toqquşub, nəticədə “Qazel”in sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlu vəfat edib. Maşın sıxıldığı üçün onun meyiti avtomobilin doğranması nəticəsində çıxarılıb.

    Bugünkü qəzada vəfat edən 54 yaşlı Mehparə Kərimova və 46 yaşlı Aygün Kərimova mərhum Camal Kərimovun bacıları, 12 yaşlı Qorxmaz Kərimov isə Abbas Kərimovun oğludur.

    Sürücü Abbas Kərimov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Bundan başqa, “Nissan” markalı avtomobilin sürücüsü Ceyhun Piriyevin 2 yaşlı oğlu Sabir Piriyev də vəfat edib.

    Xəstəxanadan Qafqazinfo-ya bildirilib ki, xəsarət alanlardan biri Bakıya göndərilib, digər 3 nəfərin isə vəziyyəti ağırdır. Qəzada 7 nəfər xəsarət alıb.

  • Tələbələrə kirayə mənzil güzəşti ediləcək? – VİDEO

    Bakıda kirayə mənzillərdə qalan əksər tələbələr hazırda mövcud vəziyyətlə əlaqədar rayonlardadır. Amma yaşamasalar belə, onlar paytaxtda kirayə qaldıqlarıı mənzilin pulunu ödəyirlər.

    Daha doğrusu, ödəməyə məcburdurlar. Əks halda, mənzil sahibi onlardan evdəki əşyalarını çıxarmağı tələb edir. Bunu edə bilməyən tələbə isə qalmadığı evin kirayə pulunu aylardır ödəyir.

    Ekspertlərin sözlərinə görə, hazırda kirayə əmlak bazarında qiymət dəyişikliyi müşahidə olunmur. Qiymət dəyişikliyi sadəcə, gündəlik kirayə məqsədləri üçün verilən mənzillərdə var. Şəhər mərkəzində gündəlik kirayə qiymətləri 70-80 manat olan mənzillər indi 30-40 manata təklif olunur.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

  • Tanınmış “KVN”çiyə Milli Məclisdə vəzifə verildi – FOTO

    Milli Məclisdə (MM) kadr islahatları davam edir.

    BakuPost xəbər verir ki, MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub.

    Bu vəzifəyə İlqar Nəbiyev layiq görülüb.

    İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb.

    Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib.

    Daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və “Şən və Hazırcavablar klubu” yarışları təşkil edib. “İqra” Yaradıcılıq Birliyinin rəhbəridir.

  • Salyanda iki azyaşlı qardaş arxda boğuldu

    Salyanda iki azyaşlı qardaş su arxında boğulub.

    APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb.

    Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı, 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək, boğulublar.

    Faktla bağlı araşdırma aparılır.

  • По инициативе Президента Ильхама Алиева проходит еще один саммит в формате видеоконференции – ПРЯМОЙ ЭФИР

    По инициативе Президента Ильхама Алиева как председателя Движения неприсоединения в формате контактной группы организации посредством видеоконференции начался саммит на тему: “Вместе против COVID-19”, посвященный борьбе с коронавирусом.

    Как передает АЗЕРТАДЖ, глава государства выступает с речью.

    * * * * *

    По инициативе Президента Ильхама Алиева как председателя Движения неприсоединения 4 мая в формате контактной группы организации посредством видеоконференции проходит саммит на тему: “Вместе против COVID-19”, посвященный борьбе с коронавирусом.

    Об этом сообщает AzTV.

  • İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında daha bir Zirvə görüşü başladı – YENİLƏNİB + CANLI YAYIM

    Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə nitq söyləyir.

    Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilir.

    Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edirlər.

    Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.

    Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

    * * * * *

    Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü keçirilir.

    Bununla bağlı AZTV məlumat yayıb.

  • Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulması təklif edildi – VİDEO

    Xüsusi karantin rejimində yas mərasimlərinin çadırlarda və digər qapalı məkanlarda təşkil edilməsi qadağandır. Dəfn mərasimlərində isə məhdud sayda insanın iştirak etməsinə icazə verilir.

    Millət vəkili Fazil Mustafa bunu koronavirusun Azərbaycan xalqına ən böyük xeyri hesab edir.

    Deputatın sözlərinə görə, ay yarımdır insanlar sakit, təmtəraqsız, yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, sonra evlərindəki qayğıları ilə məşğul olurlar. 7, 40, il mərasimlərinə xərclənəcək pulları da ciblərində qalır.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.