Month: May 2020

  • Təhsil Nazirliyi virtual dərslərlə bağlı tövsiyələr hazırlayıb

    Təhsil Nazirliyi virtual dərslər üçün müəllimlər, şagirdlər, məktəb direktorları, müavinləri və sinif rəhbərləri, eyni zamanda Rayon Təhsil Şöbələri üçün tövsiyələr hazırlayıb.

    APA-nın əldə etdiyi məlumata görə, tövsiyələrdə deyilir ki, 11 mart tarixindən “Mədəniyyət” kanalında yayımlanan teledərslər mövcud vəziyyətlə əlaqədar buraxılmış dərslərin kompensiyasına hesablanıb.

    Teledərslərdə tədris olunan mövzular cari dövr üçün tədris planına uyğundur. Aprel ayından etibarən virtual.edu.az portalında qeydiyyatdan keçmiş şagirdlər teledərslərdə əhatə olunmuş fənlərə uyğun mövzular üzrə tapşırıqlar yerinə yetirməklə öyrəndiklərini yoxlamaq imkanı əldə edib.

    Tövsiyələrdə qeyd edilib ki, virtual dərslə teledərs arasında əlaqəni təmin etmək vacibdir. Bildirilib ki, Azərbaycan bölməsinin teledərs cədvəlindəki İngilis dili, Azərbaycan tarixi, Musiqi və Təsviri incəsənət dərslərini rus bölməsində təhsil alan şagirdlərin də izləməsi uyğun sayılır. Bu yolla həmin şagirdlər həm eyni məzmunu öyrənər, həm də Azərbaycan dili daha dərindən mənimsəyərlər.

    Nazirlik müəllimlərin diqqət etməsi vacib olan vacib məqamları da açıqlayıb. Qeyd edilib ki, virtual dərslərdə lüzumsuz təkrara yol verməmək üçün tədris ediləcək mövzu üzrə teledərs əvvəlcədən izlənməlidir. Bu dərslərin şagirdlər tərəfindən izlənilməsi təmin edilməlidir. Bildirilib ki, müəllim teledərsdə izahı verilmiş mövzunu genişləndirə, dərinləşdirə bilər. Teledərsdə verilən tapşırıqların şagirdlər tərəfindən necə yerinə yetirildiyinə diqqət edilməli, hər həftənin sonunda onların virtual.edu.az portalında yerləşdirilmiş qapalı tipli sualların cavablandırılmasına təşviq etməlidilər. Müəllimlərə eledərsdə tədris olunan proqramdan uzaqlaşmamaq tövsiyə edilib.

    Müəllimlərə tövsiyə edilib ki, virtual.edu.az portalının imkanlarından istifadə etməklə dərsi daha səmərəli etməyə çalışmaq, tətbiq edilən üsulların öyrənməni asanlaşdırmağa və dərinləşdirməyə xidmət edilməli, faydasız effektlərə vaxt və enerji sərf edilməməlidir.

    Həmçinin müəllimlərə şagirdlərə əlavə tapşırıqlar verməyə aludə olmamaq tövsiyə edilib. Bildirilib ki, hər bir fənn üzrə həftəlik saatların minimal və maksimal normalarına diqqət yetirilməli, teledərslərin yayım vaxtı ilə virtual dərs üst-üstə düşməməlidir. Bir dərs üçün 30 dəqiqənin nəzərdə tutulması tövsiyə edilib. Qeyd edilib ki, bu müddət dolğun qarşılıqlı əlaqə üçün kifayət etməyə bilər, lakin unutmamaq lazımdır ki, kompüter qarşısında daha çox vaxt keçirmək şagirdlərin sağlamlığına ziyandır.

    Müəllimlərə bildirilib ki, şagirdlərə müstəqil öyrənmə bacarıqları formalaşdırmağa xidmət edən tapşırıq və təlimatlar verilməlidir. Qeyd edilib ki, müəllimlər şagirdlərinə öyrənmənin yalnız akademik biliklərlə məhdudlaşdırmadığını, müşahidə, söhbət, faktların toplanması və təhlili, səbəb-nəticə əlaqələrinin araşdırılması, sosial məsuliyyət aksiyalarında iştirakın güclü öyrənmə mənbəyi olduğunu vurğulamalıdır. Şagirdlərin dərsdənkənar fəaliyyətlərinə müvafiq istiqamət vermək, ədəbiyyat siyahısı, kino və cizgi filmləri, musiqi, virtual muzey salonları və s. barədə məlumat verilməli, “Dərsdən sonra” proqramına baxmağa dəvət edilməlidir.

    Tövsiyələrdə şagirdlərin diqqət edilməli olan məqamlar da açıqlanıb. Bildirilib ki, şagirdlər teledərs cədvəli ilə tanış olmalı və sinfinə uyğun dərslərə baxmalı; teledərsi izləyərkən yaranan sualları qeyd etməli; təklif edilən tapşırıqları yerinə yetirməli; yerinə yetirilən tapşırıqların bir gün sonra yenidən nəzərdən keçililməli və yaranan sualların böyüklərlə, sinif yoldaşları, müəllimlərlə müzakirə edilməli; əvvəlcədən virtual dərslərin cədvəli ilə tanış olmalı və dərslərdə iştirak etməli; virtual.edu.az portalında müvafiq fənlər üzrə tapşırıqlar yerinə yetirilməli, portalda təklif olunan müxtəlif müsabiqələrdə fəal iştirak etməlidir.

    Tövsiyələrdə məktəb direktorları, müavinlər və sinif rəhbərlərinin diqqət etməli olduğu məqamlar da açıqlanıb. Onlara müəllim və şagirdlər üçün qeyd edilən məsələlərin icra vəziyyəti ilə tanış olmaq; yaranan problemlərin həllinə imkan daxildə kömək etmək; hər bir sinif üçün virtual dərs cədvəli hazırlamaq və dərslərin keçirilməsinə nəzarət etmək; hər hansı sinifdə müəllimlərin qeydiyyatdan keçməsi mümkün olmadığı zaman həmin sinifdəki şagirdlərin digər müəllimlərin dərslərində iştirakını təmin etmək, hər hansı problem yarandıqda bunu üst quruma çatdırmaq, daha çox şagird və müəllimin sistemdən qeydiyyatdan keçməsini və öyrənməsini təşviq etmək tapşırılıb.

    Rayon Təhsil Şöbələrinin diqqət etməsi lazım olan məqamlarda isə məsul olunan rayon (şəhər) üzrə məktəb direktorlarının işinə daim nəzarət edilməli və gündəlik vəziyyətlə əlaqədar şifahi sorğu keçirilməli; daha çox məktəbin portalda qeydiyyatdan keçməsi təşviq edilməli və hər hansı problem yaranarsa, üst quruma çatdırmaq tövsiyə edilib.

  • Rauf Əliyev: Yeniyetmələrin idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir

    Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir.

    Median.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin 01.05.2020-ci il tarixdə keçirilən iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” və “Bədən tərbiyəsi və idman haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

    Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verilmir. “Bu maddənin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nə təklif olunan “İdman mərc oyunlarının satıcıları tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verməsinə görə beş yüz manat cərimə edilir” adlı dəyişikliklərə öz münasibətini bildirib.

    Rauf Əliyev qeyd edib ki, idman mərc oyunlarının təşkilində məqsəd bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə əlavə vəsaitlərin əldə olunmasıdır. İdman mərc oyunlarının təşkili və keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası” və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” haqqında müvafiq qərarı ilə tənzimlənir. Qaydalara görə idman mərc oyunlarından əldə olunan dövriyyə aşağıdakı məcburi ödənişlər tutulduqdan sonra təşkilatçının sərəncamına verilə bilər.

    Daha sonra Rauf Əliyev qeyd edib ki, indiki zamanda yetkinlik yaşına çatmayanlarla bağlı qanuna təklif olunan əlavə maddənin əhəmiyyəti çox böyükdür: “Yeniyetmələr bizim gələcəyimizdir. Ona görə də onların idman mərc oyunlarında iştirakının qarşısı bütün vasitələrlə alınmalıdır. Buna görə lazım olarsa gələcəkdə təkilf olunan cərimənin məbləği bir qədər də artırıla bilər. Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir.

    O eyni zamanda qeyd edib ki, çox təəssüflər olsun ki, hazırda qanunla müəyyən olunmuş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə hələ də rast gəlinir: “Qara bazarda qeyri-qanuni yolla keçirilən oyunlarda kifayət qədər maliyyə vəsiti əldə olunaraq ölkədən çıxarılr. Qanuni fəaliyyət göstərən təşkilatçılar həm dövlət büdcəsinə vergi ödəyir, həm də ölkədə idmanın və bədən tərbiyəsinin inkişafına maliyyə dəstəyi göstərirlər. Bu işbazlar isə nə vergi ödəyir, nə də idmanın və bədən tərbiyəsinin inkişafına vəsait ayırırlar. Belə hallar qanunvericiliyə uyğun fəaliyyət göstərən təşkilatçıların işinə zərər vurur. Qanunvericilikdə idman mərc oyunlarının qeyri-qanuni təşkilinə görə üç min manatdan dörd min manatadək cərimə nəzərdə tutulur. Bu cərimə məbləğinin də artırılması məqsədəuyğun olardı. Bu gün təklif olunan əlavə və dəyişikliklər də nəzərə alınmaqla bu sahədə mövcud olan qanunvericilik imkan verir ki, idman mərc oyunları lazımi səviyyədə təşkil olunsun. Sadəcə olaraq qanunlara ciddi əməl olunmalıdır”.

    Çıxışının sonunda Rauf Əliyev bu sahəyə nəzarət edən müvafiq dövlət qurumlarına müraciət edərək bu istiqamətdə nəzarət tədbirlərini bir qədər də gücləndirməyə çağırdı.

  • Həbs olunan icra başçısı yüzlərlə sakinin torpağını zəbt etməsi haqqında yeni detallar üzə çıxdı – VİDEO

    Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin yüzlərlə sakinin torpağını mənimsəməsi faktı REAL TV-nin reportajında işıqlandırılıb.

    Reportajda M.Quliyevin rayona rəhbərlik etdiyi doqquz il ərzində sakinlərin sənədli torpaq sahələrini zəbt etməsindən, bu sahələrdə öz biznesini qurmasından danışılır.

    Şikayətçilərdən biri Biləsuvar sakini Xanhüseyn Hüseynovdur. O, deyir ki, 50 hektar torpaq sahəsi M.Quliyev tərəfindən zorla əlindən alınıb.

    Telekanalın Biləsuvardan olan başqa bir reportajında isə bildirilib ki, M.Quliyev rayona rəhbərlik etdiyi dövrdə onun göstərişi ilə Heydər Əliyev parkında ümummilli liderin heykəli götürülüb və gözdən uzaq bir yerə – rayon mərkəzindən 26 kilometr aralıqda yerləşən Səmədabad kəndinə aparılıb. Hazırda heykəl həmin kənddədir.

    Həmin park isə baxımsız vəziyyətdədir və burada yalnız yerlərin satışı həyata keçirilir.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı – STATİSTİKA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

    “Report” xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.


    Xatırladaq ki, bu gün Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 46 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 894 yoluxma aşkarlanıb. Onlardan 1 411-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 458-dir.

    Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

  • ВОЗ: За сутки число инфицированных COVID-19 в мире увеличилось на 92 тыс.

    Число случаев заражения COVID-19 в мире превысило 3,2 миллиона и составило 3 267 184, почти 230 тысяч человек скончались.

    Как передает Median.Az, об этом сообщает Всемирная организация здравоохранения (ВОЗ).

    По последним данным ВОЗ, за сутки в мире зафиксированы более 91,9 тысячи новых случаев заражения и 5 799 смертей, всего за время пандемии скончались 229 971 человек.

    Большинство случаев заражения зарегистрированы в Европе (1 492 024 человек), где скончались более 140,5 тысяч человек.

  • ÜST: Dünyada bir gündə 90 mindən çox insan virusa yoluxdu

    Dünyada koronavirusa yoluxma hallarının sayı 3,2 milyonu ötüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    Məlumata görə, hazırda dünyada 3 267 184 COVID-19 xəstəsi var.

    Son məlumata görə, dünyada bir gün ərzində koronavirusa 91,9 min yeni yoluxma və 5 799 ölüm qeydə alınıb. Ayrı-ayrı ölkələrdə ümumilikdə 229 971 insan pandemiyanın qurbanı olub.

    Virusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə COVID-19-a 1 492 024 insan yoluxub. Onlardan 140,5 mindən çoxu ölüb.

    Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Milli Məclisdə yeni şöbə yaradıldı

    Milli Məclisdə struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb.

    “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

    Sərəncamla parlamentdə yeni Yerli icra hakimiyyətləri ilə iş şöbəsi yaradılıb. Yeni şöbənin müdiri isə Rüstəm Mahmudov təyin edilib.

  • Biləsuvarda torpaqları alınan ailələrin Prezidentə müraciəti nəzarətə götürüldü – FOTO

    Biləsuvarda torpaqları əllərindən alınan ailələrin bu günlərdə Prezident İlham Əliyevə ünvanlandığı müraciət nəzarətə götürülüb.

    “Report” xəbər verir ki, müraciətdə 12 ailənin əkin-biçinlə məşğul olduğu 50 hektar torpaq sahəsinin keçmiş icra başçısı tərəfindən zəbt edildiyi bildirilib. Həmin ailələrin üzvləri Prezidentdən torpaqlarının geri qaytarılmasına kömək göstərilməsini xahiş ediblər.

    Müraciət ünvanlandıqdan sonra Prezidentin köməkçisi Anar Ələkbərov onlarla əlaqə saxlayıb, məsələnin araşdırılacağını bildirib.

    Beş ildir torpağını əkib-becərə bilmədiyini söyləyən Biləsuvarın Çaylı kəndinin sakini Vaqif Abışov deyib ki, 50 hektar torpaq sahəsini 25 illik müqavilə əsasında 1998-ci ildə alıb. Həmin ildən də 12 ailə burada əkin-biçinlə məşğul olub. Lakin 2012-ci ildən torpaq üstündə mübahisələr baş qaldırıb. Bir müddət ona təzyiqlər də göstərilib. Beləliklə, uzun çəkişmələrdən sonra torpaq qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdirilib. Bu barədə dəfələrlə yerli icra orqanlarına müraciət etdiyini deyən kənd sakini hər hansı müsbət cavab ala bilmədiyini vurğulayıb. Hazırda həmin torpaq sahəsində taxıl əkilib.


    “Rayon icra hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin qanunazidd əməlləri ifşa olunduqdan sonra Prezidentimizə müraciət etdik. Müraciətimiz dərhal nəzarətə götürüldü. Prezidentin köməkçisi Anar Ələkbərov mənimlə əlaqə saxlayaraq müraciətimizin qanun çərçivəsində araşdırılacağını bildirdi. Həmin zəngdən sonra sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bir daha göstərir ki, Prezident hər bir vətəndaşın probleminə xüsusi həssaslıqla yanaşır. Əminəm ki, məsələ tezliklə öz həllini tapacaq”, – deyə Vaqif Abışov bildirib.

    Məmur özbaşınalığından şikayət edən Çaylı kəndinin digər sakini Rəhim Kərimov da həmin 50 hektar torpaq sahəsində əkin-biçinlə məşğul olan 12 ailədən birinin başçısıdır. O deyib: “Keçmiş icra başçısı tərəfindən mənimsənilən 50 hektar torpaq sahəsinin 5 hektarı bizim ailəyə məxsus olub. Uzun illər bu torpaqdan qazanc əldə etmişik, ailəmizi dolandırmışıq. Həmin 5 hektar sahədə pambıq, taxıl, həmçinin bostan bitkiləri əkib becərmişik. Lakin Mahir Quliyev qeyri-qanuni yolla torpağımızı əlimizdən aldı. Sağ olsun Prezident İlham Əliyev, ona ünvanladığımız müraciətə operativ cavab verildi. İndi gözləyirik bu məsələ həll edilsin, yenə də əkin-biçin işlərimizlə məşğul olaq”.


    Xatırladaq ki, mayın 1-də Prezident İlham Əliyev yeni təyin olunan Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən yerlərdə məmur özbaşınalığından söz açıb, bu məsələyə də toxunub: “Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.

  • “Vəziyyət daha da pis olacaq, tələsmək olmaz” – Zukerberq pandemiya barədə bədbin danışdı

    Facebookun yaradıcısı Mark Zukerberq koronavirus pandemiyası və onun nəticələri barədə öz proqnozlarını bölüşüb. O, Amerika hökumətini karantin tədbirlərini və məhduyyətləri qaldırmaqda tələsməməyə çağırıb.

    Median.Az
    medicina.az-a istinadən bildirir ki, milyarder karantinin yumşaldılması vəziyyəti dərinləşdirib, yeni yoluxma alovlanması yaradacağını bildirib.

    “Hətta bir anlıq belə karantindən çıxma faciəvi nəticələr verə bilər. Mən narahatam ki, bəzi sahələrin və müəssisələrin tez açılması, praktiki olaraq yeni yoluxma dinamikası yaradıb, tibbi və iqtisadi böhranı uzun müddətli pisləşdirəcək”

    Facebook rəhbəri pandemiyanın fəsadlarının düşündüyündən və gözlənildiyindən böyük və ciddi olacağını bildirib.

    Pandemiya dövründə Facebook, WhatsApp və Instagram istifadəçilərinin sayının xeyli yüksəldiyini, reklamların isə mart ayından azalıb. Buna baxmayaraq, facebookun gəlirləri elə də azalmayıb və o sabit mövqeyini qoruyub.

  • İtaliyada bir gündə 474 nəfər koronavirusdan öldü

    Son gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı yenidən 500-ə yaxınlaşıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

    Məlumata görə, ölkədə daha 474 nəfər infeksiyanın qurbanı olub.

    Departament bildirib ki, son bir gündə ölkədə xəstəlikdən sağalanların sayı 1 665 nəfər təşkil edib. Bununla da ümumilikdə 79 914 nəfər virusdan sağalıb. Xəstəxanaların intensiv terapiya şöbələrindəki pasiyentlərin sayı 1,5 minə qədər azalıb.

    İtaliyada pandemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 209 328 nəfərə yüksəlib. Bu rəqəm son bir gündə 1 900 təşkil edib.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.