Month: May 2020

  • Bu gün Türkiyədə koronavirusdan daha 78 nəfər ölüb

    Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 78 nəfər ölüb.

    Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında paylaşıb.

    Məlumatda qeyd edilir ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib. Daha 1983 nəfərdə test pozitiv nəticə verib.

    Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyədək 3336 nəfər ölüb.

  • Parlamentdə icra başçıları ilə bağlı şöbə yaradıldı

    Milli Məclis sədri Sahibə Qafarovanın sərəncamı ilə parlamentdə yeni şöbə yaradılıb.

    Bu barədə Oxu.Az-a parlamentdəki mənbə məlumat verib.

    Yeni şöbə Yerli icra hakimiyyətləri ilə iş şöbəsi adlanır. Rüstəm Mahmudov həmin şöbənin müdiri təyin olunub. Teymur Tağıyev isə müvafiq şöbənin müdir müavini vəzifəsinə təyinat alıb.

    Bu şöbə yerli icra hakimiyyəti orqanları ilə qanunverici orqan arasında koordinasiyanın gücləndirilməsi məqsədilə yaradılıb.

  • Ramazanın 9-cu gününün duası, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 9-cu günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 3-də Bakıda imsak saat 03:57, iftar isə saat 19:53-dədir.

    Ramazan ayının 9-cu gününün duası:

    “Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

    Tərcüməsi:

    “İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!”

    Allah orucunuzu qəbul etsin!

  • Göyçayda avtoqəza zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub – YENİLƏNİB

    Göyçay rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

    APA-nın yerli bürosunun xəbərinə görə, “VAZ 21011” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarətlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Onlardan biri – “VAZ 21011”-in sürücüsü, Kürdəmiş kənd sakini, 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu xəstəxanada dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri – Kürdəmiş kənd sakinləri, 1981-ci il təvəllüdlü Allahverdiyev Aqşin Firudin oğlu, 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlunun vəziyyəti ağır olaraq qalır.

    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    ***

    Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-21011” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

    Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb.

    Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Britaniyada koronavirus qurbanlarının sayı 28 mini ötdü

    Son bir gün ərzində Böyük Britaniyada koronavirusdan ölənlərin sayı daha 621 nəfər artıb.

    Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə kommunal işlər üzrə nazir Robert Cenrik bildirib.

    O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 28 131 nəfərə çatıb.

  • В Нью-Йорке коронавирус продолжает убивать сотни жителей

    Число скончавшихся от коронавируса в штате Нью-Йорк за минувшие сутки составило 299.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом следует из информации, представленной на пресс-конференции губернатором Эндрю Куомо.

    Штат Нью-Йорк находится в центре эпидемии коронавируса в США.

    “Число жертв – 299. Это число все еще остается ужасающе высоким, и оно не достигло уровня, который мы хотели бы увидеть”, – сказал Куомо.

    Днем ранее, сообщалось о 289 жертвах за сутки.

    Он также назвал неприемлемо высоким число ежедневно поступающих в больницу людей. В пятницу был госпитализирован 831 человек, за день до этого это число составляло 954. Общее число госпитализированных в штате Нью-Йорк составляет 10 150, за день до этого цифра составляла 10 991, указал губернатор.

  • Nyu-Yorkda bir gündə koronavirusdan yüzlərlə insan öldü

    ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilənlərin sayı 10 150 nəfərdir.

    Median.Az xəbər verir ki, bu barədə ştatın qubernatoru Enrdyu Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

    O, qeyd edib ki, ötən gün ərzində Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 300-ə yaxındır.

    “Ölənlərin sayı 299 nəfərdir. Bu rəqəm hələ yüksək sayda qalır və bizim görmək istədiyimiz səviyyəyə düşmədi”, – Kuomo deyib.

    O, həmçinin çoxlu sayda insanın hər gün xəstəxanaya daxil olmasını qəbuledilməz adlandırıb. Cümə günü xəstəxanaya 831 nəfər yerləşdirilib, bundan bir gün əvvəl həmin rəqəm 954 təşkil edib.

    Nyu-York ştatı ABŞ-da koronavirusa epidemiyasının mərkəzindədir. Cümə günü bir gün ərzində 289 itki haqqında bildirilirdi.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Gürcüstanda koronavirus simptomları daşıyan şəxslər təcili yardım maşınına hücum etdi

    Gürcüstanın Bolnisi rayonunun Muşavani kəndinin bir neçə sakini koronavirus simptomları daşımalarına baxmayaraq, xəstəxanaya aparılmaqdan imtina edib və təcili yardım maşınına daş atıblar.

    Bu barədə jam-news.net məlumat yayıb.

    Yerli deputat Qoqi Meşvelianinin sözlərinə görə, sözügedən gənclər sərxoş vəziyyətdə olub:

    “Onlar qışqırırdılar: kənddə virus yoxdur, bizi rahat buraxın. Onların sayı kifayət qədər çox idi, bizi daş və dəyənəklərlə təhdid edirdilər. Nəticədə təcili yardım maşınına və mənim avtomobilimə zərər dəydi”.

    Kənddə yoluxmanın bir ailənin üzvləri arasında qeydə alındığı və onların da hələlik xəstəxanaya aparılmadığı bildirilir.

    Faktla bağlı araşdırma başladılıb.

  • Hacıqabulda polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib

    Hacıqabulda polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində yerləşən stasionar DYP postunda polis serjantı Abduyev Məcid Nizami oğlu ön qeydiyyat nişanı olmayan “SHACMAN” markalı 13 BX 051 dövlət nömrə nişanlı yük avtomobilini saxlayıb. Polis inspektoru avtomobili idarə edən İmişli şəhər sakini, 1996-cı il təvəllüdlü Şahpələngov Vilayət Sahib oğlundan avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməsini tələb edib. Sonucu isə polis inspektorunun qanuni tələbinə məhəl qoymayaraq sənəd təqdim etməkdən imtina edib və avtomobili hərəkətə gətirib. Avtomobilin hərəkətinə mane olmaq istəyən polis inspektoru avtomobilin qapısının tutacağından asılı vəziyyətdə qalıb və buna baxmayaraq sürücü avtomobilin hərəkətini davam etdirməklə müqavimət göstərib. Nəticədə polis əməkdaşı sağ ayağına xəsarət dəyib.

    Yük maşınının sürücüsü V.Şahpələngov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə qarşısına çıxarılan sürücü barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadılır

    Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.

    Odur ki, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq.

    Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq ediləcək.