Month: May 2020

  • Борис Джонсон назвал сына в честь врачей, спасших ему жизнь – ФОТО

    Глава правительства Великобритании Борис Джонсон назвал сына в честь двух врачей, спасших ему жизнь, когда он оказался в отделении интенсивной терапии после заражения новым коронавирусом.

    Как передает Report, об этом объявила на своей странице в Instagram невеста премьер-министра Кэрри Симондс.

    “Представляю вам Уилфреда Лоури Николаса Джонсона, рожденного 29 апреля 2020 года в девять часов утра, – написала Симондс. – Имя Уилфред – в честь дедушки Бориса, Лоури – в честь моего деда, а Николас – в честь докторов Ника Прайса и Ника Харта, которые в прошлом месяце спасли Борису жизнь”.


    Глава британского кабмина присутствовал при рождении сына и намерен взять отпуск по уходу за ребенком после того, как страна преодолеет кризис, вызванный пандемией. У премьер-министра есть четверо взрослых детей от предыдущего брака.

    Отметим, что Джонсон лишь 27 апреля вернулся к исполнению премьерских обязанностей после того, как в тяжелой форме перенес болезнь, вызываемую новым коронавирусом.

  • Boris Conson həyatını xilas etmiş həkimlərin adını oğluna verdi – FOTO

    Böyük Britaniyanın hökumət başçısı Boris Conson intensiv terapiya dövründə özünün həyatını xilas etmiş iki həkimin adlarını bir neçə gün əvvəl dünyaya gələn oğluna verib.

    “Report”un məlumatına görə, bu barədə baş nazirin xanımı Kerri Simonds özünün “Instagram”dakı səhifəsində bildirib.

    “Sizə 29 aprel 2020-ci ildə səhər saat doqquzda doğulmuş Uilfred Louri Nikolas Consonu təqdim edirəm” – Simonds yazıb: “Uilfred adı baba Borisin şərəfinə, Louri – mənim babamın şərəfinə, Nikolas adı isə ötən ay Borisin həyatını xilas etmiş həkimlər Nik Praysın və Nik Xartanın şərəfinə adlandırılıb”.


    Britaniya Nazirlər Kabinetinin başçısı övladının dünyaya gəlməsindən sonra uşağa qulluqla əlaqədar məzuniyyət götürmək niyyətindədir. Qeyd edək ki, baş nazirin əvvəlki nikahdan da dörd övladı var.

    Boris Conson koronavirusdan müalicə edildikdən sonra aprelin 27-də yenidən vəzifəsinin icrasına başlayıb.

  • Более 300 улиц и проспектов в Баку были продезинфицированы

    С сегодняшнего утра на улицах и проспектах Баку, а также в отдаленных населенных пунктах и жилых районах проводятся масштабные дезинфекционные работы.

    Как сообщили Report в Исполнительной власти города Баку, в этих мероприятиях было задействовано 37 спецтехники, принадлежащих структурам исполнительной власти, 15 спецтехники, принадлежащих Министерству внутренних дел (МВД), а также более 2 000 работников коммунальных служб.

    По состоянию на 17.00 проведена дезинфекция более 300 улиц и проспектов в городах и поселках.

  • Bakının 300-dən artıq küçə və prospekti dezinfeksiya edildi – AÇIQLAMA

    Bu gün səhər saatlarından başlayaraq Bakının küçə və prospektlərində, həmçinin kənar qəsəbə və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

    Bakı Şəhər İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, icra hakimiyyəti strukturlarına aid 37, Daxili İşlər Nazirliyinə (DİN) aid 15 xüsusi texnika, həmçinin təsərrüfat xidmətlərinin 2 000-dən çox işçisi bu tədbirlərə cəlb edilib.

    Saat 17.00-a olan məlumata görə, şəhər və qəsəbələr üzrə 300-dən artıq küçə və prospektin dezinfeksiya işləri təmin edilib.

  • Şəmkirdə bacanağını öldürən şəxs tutuldu

    Şəmkirdə bacanağını güllələyən şəxs tutulub.

    Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 1-də Şəmkir rayonu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunun rayonun Yeni Həyat kəndi ərazisindən keçən avtomobil yolunda odlu silahdan açılan atəş nəticəsində öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

    Daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla Elnur Hümmətlinin Yeni Həyat kənd sakini Süleymanov Etibar Binnət oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

    Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

    Qeyd edək ki, E.Süleymanovla E.Hümmətli bacanaq olublar.

  • Azərbaycanda tanınmış şair vəfat etdi

    Şair Fərqanə Mehdiyeva vəfat edib.

    Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. O, bildirib ki, F.Mehdiyeva uzun sürən xəstəlikdən vəfat edib.

    Qeyd edək ki, o, AYB üzvü, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri idi.

    Allah rəhmət eləsin!

  • Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

    Oxu.Az xəbər verir ki, Quba rayon sakini 1964-cü il təvəllüdlü xəstə aprelin 29-u günorta saatlarında ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülməsinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək çatışmazlığı, kəskin tənıffüs çatışmazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, sağ tərəfli ekssudativ plevritlə fəsadlaşma.VMB(+), kaxeksiya 3” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

    Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

    TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.

  • Pandemiya ilə əlaqədar boş qalan nikah mərasimində gənclərə xoş sürpriz – FOTO

    Pandemiya ilə əlaqədar bir çox ölkələrdə kütləvi mərasimlər qadağan olunub. Belə tədbirlərdən biri də toylardır. Lakin bütün bu qadağalar ABŞ-ın Kaliforniya ştatından olan cütlüyün arzularını gerçəkləşdirməyə mane olmayıb. Onların kilsədə nikah mərasimi isə maraqlı görüntülərlə yadda qalıb.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Bildirilir ki, bir il öncə nişanlanan Peris Xati və Emili Manasinin nikah günü təyin olunmuşdu. Lakin pandemiya ilə əlaqədar karantin onların bu planlarını pozub.

    “Məhdudiyyətlər qüvvəyə minəndən sonra bir müddət nə edəcəyimizi bilmədik. Heç birimiz toyun təxirə düşməsini istəmirdik, axı hər şeyin nə zaman düzələcəyi bəlli deyil. Ancaq əzizlərimizi də təhlükəyə atmaq istəmirdik”.

    Nəhayət, onlar boş kilsədə də olsa, nikah kəsdirmək və mərasimi onlayn şəkildə dostlarına yayımlamaq qərarına gəliblər.

    Kilsə isə, öz növbəsində, onlara sürpriz edib: Ziyarətçilərin şəkillərini oturacaqlara yapışdırır.

    Xoş sürpriz gəncləri çox sevindirib və gözəl anların qeydə alınmasına səbəb olub.

    Mərasimə dəvət olunan fotoqraf Visens Forn tədbirdən sonra fotoları özünün “Facebook” səhifəsində paylaşıb:

    “Dünən bəxtim gətirdi, belə bir möhtəşəm toya şahid oldum… Gəlin unutmayaq ki, hər şeyə rəğmən, həyat davam edir”.

    Şəkillər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

  • Əli Əsədovdan sosial müavinətlərlə bağlı MÜHÜM QƏRAR

    Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir.

    Əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilir.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində deyilir ki, bu qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. Qanunun 18.2-ci maddəsində isə ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği müəyyənləşib.

  • Koronavirus bu tarixdə geri qayıda bilər: Virus inkişaf edir

    Koronavirus dünyada 2003, 2012 və 2019-2020-ci illərdə görülüb. Peyvənd tapılmazsa, 2028-2030-cu illərdə koronavirusun başqa bir mutasiyası ilə qarşı-qarşıya qala bilərik.

    “Haber Global”ın məlumatına görə, bu sözləri türkiyəli professor Orhan Yıldız deyib.

    Professorun sözlərinə görə, koronavirus hər il “hücum” edən bir virus deyil və 8-10 il sonra yenidən peyda olmaq ehtimalı mövcuddur.

    “Koronavirus 1960-cı illərdə tapılıb. Bu virus həmişə var idi və forma dəyişdirib. Koronavirus insanlara yoluxa bilən, öldürücü bir formaya çatdı. Bu xüsusiyyətini itirməsini gözləməməliyik. Ortaya çıxan bir mutasiyadır. Əvvəllər sadəcə heyvanlarda görülsə də, indi insanlarda da görülür. Bu da virusun inkişaf etdiyini sübut edir.

    2028-ci ilə qədər nə olacağını bilmək çətindir. Virus daha ölümcül olacaq, yoxsa daha çox yayılacaq – bilmirik. Bunu müəyyən edəcək tək şey bəşəriyyətin peyvənd tapmasıdır. Qarşımızda 8-10 ilə qədər müddət var. Pandemiyada istifadə olunacaq peyvənd çox mümkün görünmür. Hazırda pandemiya sönmək üzərədir və peyvənd tapılması 1.5 ilə qədər çəkəcək. Növbəti pandemiya üçün əlimizdə yeni silahlar olmalıdır”.