Month: May 2020

  • Полад Бюльбюльоглу приглашает на юбилей “Вечер для друзей” в Москве – ВИДЕО

    Любимец публики, выдающийся советский и азербайджанский эстрадный певец и композитор Полад Бюльбюльоглу соберет почитателей своего таланта в Москве.

    4 мая в 22:50 (23:50 по бакинскому времени – ред.) обладатель лирического тенора, педагог, актер, доктор искусствоведения, профессор, политический и общественный деятель, посол Азербайджана в России Полад Бюльбюльоглу приглашает зрителей российского телеканала НТВ на концерт, посвященный своему 75-летию.

    Концерт под названием “Вечер для друзей” состоится на сцене Московского театра мюзикла.

    Артист, чье имя знали в каждом уголке Советского Союза, споет свои самые любимые песни: “Позвони”, “Как жили мы, борясь”, “Ухожу”, “Водопад”, “Дождись меня” и многие другие.

  • Polad Bülbüloğlu Moskvada “Dostlar üçün axşam” yubileyinə dəvət edir – VİDEO

    İctimaiyyətin sevimlisi, SSRİ və Azərbaycanın görkəmli estrada müğənnisi və bəstəkarı Polad Bülbüloğlu pərəstişkarlarını Moskvada bir araya toplayacaq.

    Beləliklə, mayın 4-də saat 22:50-də (Bakı vaxtı ilə 23:50-də – red.) lirik tenor sahibi, pedaqoq, aktyor, sənətşünaslıq doktoru, professor, siyasi və ictimai xadim, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın NTV telekanalının izləyicilərini 75 illik yubileyinə həsr olunmuş konsertə dəvət edir.

    “Dostlar üçün axşam” (“Veçer dlya druzey”) adlı musiqili gecə Moskva Müzikl Teatrının səhnəsində baş tutacaq.

    Adı Sovet İttifaqının hər bir guşəsində məşhur olan sənətçi ən sevilən mahnılarını ifa edəcək: “Zəng et”, “Kak jili mı boryas” (“Qorxma, mən səninləyəm” filmindən mahnı), “Uxaju” (“Gedirəm”), “Vodopad” (“Şəlalə”), “Gözlə məni” və bir çox başqaları.

  • Azərbaycan Qazaxıstana nota verdi

    Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

    Bu barədə XİN-dən məlumat verilib.

    Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib.

    Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.

    Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.

    Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.

    Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.

  • Bakı metrosunda tibbi maska taxmaq tələb olunacaq

    Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq.

    Median.Az-ın “koronavirusinfo.az” saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib.

    Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə – metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində – yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

  • Müştərilərin paltardəyişmə otaqlarından istifadəsinə qadağa qoyuldu

    Pandemiya dövründə geyim satışı icra olunan mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağandır.

    Bu barədə geyim satışı ilə bağlı hazırlanan təlimat qaydalarında qeyd olunub.

    Eyni zamanda bu müddətdə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.

    Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyətinə gəlincə, müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

    Bu qayda mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ilə məşğul olan yerlərə də aiddir.

  • 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi – SƏBƏB

    Birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsi məlumat yayıb.

    Bildirilib ki, həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

    Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəyə əsasən obyektiv qərar verilir.

  • Otellər və turizm obyektləri bu qaydalarla fəaliyyət göstərəcək – RƏSMİ

    Pandemiya dövründə turizm və otelçilik sektorunda koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib.

    Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd turizm, otelçilik sektoru işçilərinin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

    Qaydalarda bildirilir:

    Qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.

    – Xəstə insan digər şəxslərdən ən azı iki metr məsafədə olmalıdır;

    – Eyni mühiti başqa bir insan(lar) ilə bölüşmək məcburiyyətində qaldıqda, tibbi maska taxmalıdır;

    – Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi oteldə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı iki metr məsafəni saxlamalı və tibbi maska taxmalıdır. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xüsusilə, yaşı 65-dən yuxarı və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə mümkünsə eyni otaqda olmamalı və ya təmas riski minimuma endirilməlidir;

    – Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir;

    – Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (Natrium hipo-xlorid);

    – Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi əşyalarından ortaq istifadə etməməlidir. İstifadə etməli olduqda isə bu əşyalar sabun və su ilə yuyulmalıdır;

    – Otağı təmizləyən personal fərdi qoruyucu vasitələrdən istifadə etməlidir;

    – Tullantıların idarə edilməsi qaydalarına ciddi riayət olunmalıdır.

  • В Азербайджане ношение медмасок в закрытых помещениях стало обязательным – ОФИЦИАЛЬНО

    В Азербайджане использование медицинских масок в закрытых помещениях является обязательным условием.

    Этот момент нашел свое отражение в правилах профилактики коронавирусной инфекции в различных сферах торговли и услуг, а также офисах в период пандемии.

    Согласно информации, размещенной на сайте koronavirusinfo.az, документ составлен на основе фактов научных исследований о COVID-19, проводимых в настоящее время в целях защиты здоровья граждан, работающих в различных сферах торговли и услуг, а также офисах.

  • Qapalı məkanlarda maskadan istifadə məcburi oldu – RƏSMİ

    Azərbaycanda qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir.

    Bununla bağlı məsələ pandemiya dövründə müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair qaydalarda öz əksini tapıb.

    Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

  • Portalda qeydə alınmış bütün icazələrin müddəti uzadıldı

    Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti sistem tərəfindən 2020-ci il 31 may tarixinədək avtomatik olaraq uzadılır.

    Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev açıqlayıb.

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar isə işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

    Eyni zamanda qurum və təşkilatlar 31 may tarixinədək avtomatik uzadılmış icazələrin müddətini istədikləri vaxta tənzimləyə bilər.

    “8103” SMS icazə sistemi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 31 may tarixinədək qüvvədə olacaq.

    Vətəndaşlar icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.