Month: May 2020

  • Bu ərazilərdə gediş-gəliş qadağandır – RƏSMİ AÇIQLAMA

    “Narıncı zolaqlara, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gediş-gəliş qadağası qüvvədə qalır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O bildirib ki, sarı və narıncı zolaq daxilində gediş-gəliş qərarı qüvvədə qalır.
    //oxu.az

  • Bu şəxslərin Bakıya qayıtmasına icazə verildi – RƏSMİ

    “Sarı zolaqlardan narıncı zolağa gediş-gəliş qadağası qüvvədə qalır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    “Bakı şəhərində qeydiyyatda olanların geri qayıtmasına icazə var. Bu, qadağadan öncə də qüvvədə idi”.

  • İctimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq – RƏSMİ AÇIQLAMA

    “İndiyə kimi 11 minə yaxın vətəndaşımız hava nəqliyyatı ilə ölkəmizə gətirilib. “Evə gedirəm” portalı vasitəsilə 205 vətəndaşı qəbul edəcəyik”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, onlar 14 gün xüsusi rejimli xəstəxanalarda qalacaqlar:

    “Xəstəliyin peyvəndinin tapılması yaxın gələcəkdə real görünmür. Bir müddət ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq”.

  • Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur – RƏSMİ

    Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi birgə məlumat yayıb.

    DİM-dən verilən xəbərə görə, məlumatda deyilir:

    “Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mayın 4-dən 31-dək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

    Bu qərara uyğun olaraq, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə və monitorinqlərin aparılması, birinci sinifə qəbulun təşkili, təhsil alanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilmə vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.

    1 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur”.

  • Bu şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır

    Milli Məclisin iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Dəyişiklik qanunun 10-cu maddəsi ilə bağlıdır.

    Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bildirilir ki, bu məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    Yeni layihəyə əsasən, qanunun 10-cu maddəsindən ikinci hissənin ikinci cümləsi çıxarılır. Yəni, müvafiq məlumatı verməyən şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır.

    Qanun layihəsi Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2020-ci il may ayının 1-dən qüvvəyə minəcək.

  • Кабмин: 11 мая особый карантинный режим может быть вновь смягчен

    Остается в силе запрет на работу ресторанов, а также выдача разрешений на выход из дома.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 1 мая сказал глава пресс-службы правительства Ибрагим Мамедов.

    Он напомнил, что в настоящее время лицам старше 65 лет запрещено выходить из дома.

    “11 мая особый карантинный режим может быть вновь смягчен. Тогда, вероятно, будет рассмотрен вопрос разрешения на выход из дома пожилых людей”, – отметил И.Мамедов.

  • Karantin bu tarixdə yenidən yumşaldılacaq – RƏSMİ + VİDEO

    “Restoranların açılması qadağandır, yaşayış yerini tərk etmək üçün icazə qüvvədədir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O qeyd edib ki, hazırda 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağandır:

    “Mayın 11-də xüsusi karantin rejimi yenidən yumşaldıla bilər. O zaman onlarla bağlı icazəyə baxıla bilər.

    Hazırda 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağa bütün ölkədə qüvvədədir”.

  • В Баку мужчина угрожает облить жену кислотой

    Факты бытового насилия зарегистрировали сотрудники органов внутренних дел в Баку за минувшие сутки.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    30 апреля в 24-е отделение полиции Низаминского района обратилась местная жительница Н.Байрамова (1972 г.р.). Женщина заявила, что ее дочь А.Пашаева (1996 г.р.) по причине частых конфликтов развелась с мужем Дж.Пашаевым и вернулась в отчий дом. Однако бывший зять не дает покоя дочери и продолжает их терроризировать. По словам матери, в ночь на 30 апреля Дж.Пашаев (1986 г.р.) позвонил ей и пригрозил, что обольет их обеих кислотой, если ее дочь не вернется к нему.

    В настоящее время сотрудники отделения полиции ведут разбирательство по данному факту.

    Отметим, что в Азербайджане неоднократно имели место случаи насилия с применением кислоты, и если правоохранители Низаминского района не примут меры для предотвращения преступления, то последствия могут быть самыми тяжелыми.

    Тут не лишним будет напомнить произошедшие ранее случаи. В августе 2019 года в Бинагадинском районе Баку приговоренный к домашнему аресту Адиль Гасанов (1986 г.р.) плеснул кислотой в лицо своей бывшей супруге Наибеханум Мамедовой. В результате женщина ослепла на оба глаза.

    Домашний арест мужчины контролировался при помощи электронного браслета, надетого на ногу. Для того, чтобы достать кислоту, злоумышленник сорвал браслет с ноги. После содеянного преступник скрылся, но спустя несколько дней был задержан на территории Губинского района и отправлен за решетку.

    В декабре 2018 года 41-летний житель поселка Гарачухур Сураханского района Фуад Ахундов облил кислотой 34-летнюю Хатиру Ахундову, с которой уже давно находился в разводе. Женщина получила ожоги лица и тела третьей степени.

    Несмотря на то, что Ахундовы были разведены и женщина проживала с детьми в отцовском доме, бывший муж постоянно следил за ней. При задержании обвиняемый заявил, что приревновал бывшую жену и хотел отомстить ей за не сложившуюся жизнь.

    В мае 2018 года в Баку ревнивый муж облил жену кислотой, в результате чего она в тяжелом состоянии была доставлена в больницу.

    В июле 2013 года в поселке Бина Хазарского района бывший муж плеснул кислотой в лицо Альфие Абдулрахмановой (1972 г.р.). В результате нападения женщина ослепла на оба глаза.

    Оперативниками 2-го отделения полиции был задержан ранее судимый Фархад Абдулрахманов (1963 г.р.). В ходе расследования было установлено, что шесть лет назад супруги развелись, но женщина сохранила фамилию мужа. Мужчина, работавший стоматологом, во время допроса признался, что ревновал Альфию к мужчинам, несмотря на давний развод. Он направился в дом бывшей жены и там прямо на глазах у сына плеснул ей в лицо кислотой.

    Другой случай бытового насилия, зафиксированный за минувшие сутки, произошел в Сабаильском районе Баку, в одном из отелей. В 39-е отделение полиции обратилась гражданка Ирана Деларами Аббас (1975 г.р.). Женщина показала, что муж Кейванхан Кейкубан (1974 г.р.) хотел избить ее. Но жене удалось вырваться из рук разъяренного мужчины и покинуть отель. Однако позднее она узнала, что муж в гневе швырнул об стену их 14-летнего сына.

    Напомним, что ранее сотрудники полиции отмечали, что с введением особого карантинного режима в стране возросло количество семейно-бытовых конфликтов. Долгое пребывание семей в самоизоляции негативно сказывается на психическом состоянии людей, делает их раздражительными, обозленными и приводит к возникновению конфликтов.

    Такие же неутешительные прогнозы давала и Всемирная организация здравоохранения (ВОЗ).

  • Bakıda kişi arvadının üzərinə kimyəvi maddə tökməklə hədələdi

    Bakının daxili işlər orqanlarının əməkdaşları tərəfindən son 24 saat ərzində baş vermiş məişət zorakılığı faktları qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Aprelin 30-da Nizami rayonunun 24-cü Polis Bölməsinə 1972-ci il təvəllüdlü yerli sakin N.Bayramova müraciət edib. Qadın bildirib ki, 1996-cı il təvəllüdlü qızı A.Paşayeva tez-tez baş verən münaqişə səbəbindən əri C.Paşayevdən boşanıb və atasının evinə qayıdıb. Ancaq keçmiş kürəkən qızına rahatlıq vermir və onları hədələməyə davam edir. Ananın dediyinə görə, aprelin 30-na keçən gecə 1986-cı il təvəllüdlü C.Paşayev ona zəng edərək hədələyib ki, qızı yanına qayıtmasa, hər ikisinin üzərinə kimyəvi maddə tökəcək.

    Polis əməkdaşları tərəfindən hazırda bu fakt araşdırılır.

    Qeyd etmək lazımdır ki, Azərbaycanda kimyəvi maddələrin tətbiqi ilə dəfələrlə zorakılıq halları baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərin qarşısını almaq üçün vaxtında tədbirlər görməsə, nəticələr ağır ola bilər.

    Burada əvvəllər baş verən hadisələri xatırlatmaq yerinə düşər. 2019-cu ilin avqust ayında Bakının Binəqədi rayonunda ev dustaqlığına məhkum olunmuş 1986-cı il təvəllüdlü Adil Həsənov keçmiş həyat yoldaşı Naibəxanım Məmmədovanın üzünə kimyəvi maddə atıb. Nəticədə, qadının gözləri kor olub.

    Həmin şəxsin ev həbsi ayağına taxılan elektron qolbaqla idarə edilirdi. Kimyəvi məhlulu əldə etmək üçün o, qolbağı ayağından qoparıb. Bu əməldən sonra təqsirləndirilən şəxs gizlənib, lakin bir neçə gün sonra Quba rayonunda saxlanılaraq həbsxanaya göndərilib.

    2018-ci ilin dekabr ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan 41 yaşlı Fuad Axundov uzun müddət əvvəl boşandığı 34 yaşlı Xatirə Axundovanın üzünə kimyəvi maddə atıb. Qadın üzündə və bədənində üçüncü dərəcəli yanıq xəsarətləri alıb.

    Axundovların boşandıqlarına və qadının uşaqları ilə atasının evində yaşamasına baxmayaraq, keçmiş əri onu daim izləyib. Təqsirləndirilən şəxs tutulan zaman keçmiş həyat yoldaşına qısqanclıqla yanaşdığını və həyatını məhv etdiyi üçün ondan qisas almaq istədiyini bildirib.

    2018-ci ilin may ayında isə Bakıda qısqanc ər arvadının üzərinə kimyəvi maddə atıb. Nəticədə, qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

    2013-cü ilin iyul ayında Xəzər rayonunun Binə qəsəbəsində keçmiş əri – 1972-ci il təvəllüdlü Əlfiyə Əbdülrəhmanovanın üzünə kimyəvi maddə atıb. Nəticədə, qadının gözləri kor olub. 2-ci Polis Bölməsinin əməliyyatçıları əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Fərhad Əbdülrəhmanovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki, o, altı il əvvəl arvadından boşanıb, lakin qadın ərinin soyadını saxlayıb. Diş həkimi işləyən həmin şəxs dindirilmə zamanı uzun müddət əvvəl boşanmalarına baxmayaraq, Əlfiyəni başqa kişilərə qısqandığını etiraf edib. O, keçmiş arvadının evinə gedib və orada, oğlunun qarşısında onun üzünə kimyəvi maddə atıb.

    Ötən gün ərzində qeydə alınan digər məişət zorakılığı hadisəsi Bakının Səbail rayonunda hotellərdən birində baş verib. 1975-ci il təvəllüdlü İran vətəndaşı Delarami Abbas 39-cu Polis Bölməsinə müraciət edib. Ərizəçi 1974-cü il təvəllüdlü əri Keyvanxan Keykubanın onu döymək istədiyini bildirib. Ancaq qadın qəzəblənmiş ərinin əlindən qaçaraq, hoteldən çıxmağı bacarıb. Lakin sonradan o, ərinin 14 yaşlı oğlunu qəzəblə divara çırpdığını bilib.

    Xatırladaq ki, daha əvvəl polis əməkdaşları ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə məişət münaqişələrinin sayının artdığını qeyd etmişdilər. Ailələrin uzun müddət özünütəcrid vəziyyətində qalması insanların psixikasına mənfi təsir göstərir, onları əsəbiləşdirir, qıcıqlandırır və münaqişələrə gətirib çıxarır.

    Analoji məyusedici proqnozları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da vermişdi.

  • В Азербайджане два банка объявлены банкротами

    Решением Бакинского апелляционного суда ОАО Atabank и ОАО Amrahbank объявлены банкротами. Уже началась соответствующая процедура.

    Информацию об этом распространил 1 мая Фонд страхования вкладов.

    Фонд также назначил ликвидатора указанных ОАО.