Month: May 2020

  • Azərbaycanda iki bank müflis elan edildi

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Atabank” ASC və “AmrahBank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

    Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Fond “Atabank” ASC və “AmrahBank” ASC-nin ləğvedicisi təyin edilib.

  • Оглашается последняя ситуация с коронавирусом и карантинным режимом в Азербайджане – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров проводит 1 мая очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют глава пресс-службы Кабмина Ибрагим Мамедов и председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    На брифинге будет затронута тема очередного смягчения объявленного в стране особого карантинного режима и обнародованы последние данные по коронавирусу.

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak edir.

    Konfransda ölkədə elan edilən xüsusi karantin rejiminin yenidən yumşaldılması, eləcə də, koronavirusla bağlı son vəziyyət açıqlanır.

  • В Азербайджане продлен особый карантинный режим – ОФИЦИАЛЬНО

    По итогам анализа текущей санитарно-эпидемиологической ситуации в Азербайджане, а также применяемых в зарубежных странах превентивных мер и рекомендаций Всемирной организации здравоохранения в связи с коронавирусной инфекцией (COVID-19) срок особого карантинного режима на территории республики продлен до 00:00 31 мая 2020 года.

    Об этом сообщает 1 мая оперативный штаб при Кабинете министров.

    В то же время с учетом уровня заболеваемости населения и динамики выздоровления инфицированных было принято решение о смягчении ряда ограничений.

    Данная мера будет реализовываться поэтапно в Баку, Сумгайыте, Гяндже, Лянкяране, а также в Абшеронском и других районах, исходя из текущей санитарно-эпидемиологической ситуации, числа больных и скорости инфицирования.

    В этой связи с 00:00 4 мая 2020 года в Баку, Сумгайыте, Гяндже, Лянкяране и Абшеронском районе восстанавливается:

    – деятельность установленного числа работников государственных учреждений (будет определено соответствующим решением Кабинета министров);

    – деятельность центров DOST по оказанию адресной государственной социальной помощи;

    – деятельность юридических и физических лиц, предоставляющих работу и оказывающих услуги другим субъектам предпринимательства в ряде сфер деятельности, к которым в период особого карантинного режима применяются ограничения;

    – деятельность частных торговых объектов по всем сферам;

    – работа парикмахерских, салонов красоты и косметических салонов.

    Новость обновляется

  • Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı – RƏSMİ

    Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

    Operativ Qərargahdan daxil olan məlumata görə, eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

    Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.

    Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:

    dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);

    “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

    xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

    bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

    bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:

    yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

    “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

    dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;

    restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

    bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;

    qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);

    xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

    bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

    bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;

    Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

    Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

    Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

    Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

    Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir.

    Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

  • Bağlanan banklardakı əmanətlər bu tarixdə qaytarılacaq – RƏSMİ

    “Bu ayın sonundan “AmrahBank” və “AtaBank”da olan əmanətlərin qaytarılmasına başlanılacaq”.

    Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

    “Qanunvericilikdə bu müddət üç ay nəzərdə tutulsa da, bu ayın sonunda əmanətlər qaytarılacaq”, – deyə E.Rüstəmov qeyd edib.

    “Lisenziyalar geri alındıqdan sonra bankların birləşmə ehtimalı sıfırdır. Biz artıq bu banklarda missiyamızı yekunlaşdırdıq və onları Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna təhvil verəcəyik”.

    Baş bankir “AGBank” və “NBCBank”dan da danışıb.

    O əmanətçiləri narahat olmamağa çağırıb:

    “Onların əmanətləri qorunur. Həmin banklarda çalışanların əməkhaqları ödəniləcək”.

  • Prezident Kamran Əliyevi vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev Kamran Əliyevin Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Sənədi AZƏRTAC dərc edib.

  • Bakıya yağış yağacaq

    Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Səhər duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

    Sabah Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Azərbaycanda qaydalara məhəl qoymayan vəzifəli şəxs işdən çıxarıldı

    Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1 117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

    Onun sözlərinə görə, araşdırmanın davam etdirilməsi, təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

    Xidmət rəisi onu da əlavə edib ki, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin, ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə, Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsindən azad edilib:

    “Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir”.

    Nazirlik rəsmisi meşələrin mühafizəsinin daha da gücləndirilməsinə dəstək məqsədilə vətəndaşlara da müraciət edib:

    “Meşə sahələrinin yaxınlığında yaşayan sakinlərə, ictimai fəal şəxslərə müraciət edirik ki, meşə ərazilərinə qanunsuz müdaxilə edənlər, ağac kəsənlər barədə regional meşə mərkəzlərinə və ya Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər. Biz meşələrimizin mühafizəsinin gücləndirilməsində israrlıyıq və bu işdə ictimaiyyətdən də dəstək gözləyirik”.

  • DTX əməliyyatı ilə tutulan icra başçısı: “Bugünkü durumuma görə utanıram”- VİDEO

    Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev öz əməllərindən danışıb.

    O, tutduğu əməlindən utandığını bildirib.

    “Bu kimi əməllərə görə, əlbəttə ki, peşmanlıq çəkirik. Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram. Vicdan əzabı çəkirəm”, – deyə M.Quliyev qeyd edib.

    Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov da əməliyyat zamanı xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsədiyini etiraf edib.

    O, icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq, bir hissəsinin ona verilməsini tapşırıb.