Month: May 2020

  • Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

    Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur.

    Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, buna səbəb mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının ixracının, eləcə də ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasıdır.

    Qeyd edək ki, “Samur” gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, mayın 27-də 260, 28-də 278, 29-da isə 281 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb.

    Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xətləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

    Onu da qeyd edək ki, Prezident İlham Əliyevin “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, artıq DGK bu istiqamətdə də müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı intensivlik tamamilə aradan qaldırılacaq.

    Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Görülən tədbirlər nəticəsində yaxın günlərdə sıxlıqlar tamamilə aradan qaldırılacaq.

    Gömrük orqanlarının sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətindəki səylərinə baxmayaraq, öz ənənələrinə sadiq qalan bəzi dırnaqarası media qurumlarının gömrük postunda yaranan sıxlığı gömrük orqanlarının fəaliyyətsizlikləri ilə əlaqələndirməsi isə sadəcə, təəssüf doğurur.

  • Ofislərdə koronavirusdan necə qorunaq? – VİDEO

    Ölkədə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan “Metodiki göstərişlər”lə daha yaxından tanış olması üçün TƏBİB və “Baku Media Center” animasiya şəklində videoçarxlar hazırlayıb.

    TƏBİB-dən verilən məlumata görə, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” əsasında hazırlanmış videoçarxda bildirilir ki, çox sadə gigiyenik qaydalara riayət etməklə, özümüzü və sevdiklərimizin sağlamlığının qoruya bilərik.

  • Назван срок завершения реконструкции дороги Баку-Сумгайыт

    Работы по расширению автомобильной дороги Баку-Сумгайыт будут завершены в первой декаде июня.

    Как передаёт Median.Az, об этом oxu.az заявил глава пресс-службы Государственного агентства автомобильных дорог Азербайджана Анар Наджафли.

    По его словам, уже уложено асфальтовое покрытие на дополнительных полосах трассы.

    “Дорога расширена в обоих направлениях на участке между круговыми развязками города Хырдалан и поселка Масазыр. Кроме того, расширен и автомобильный тоннель, проходящий под круговой развязкой Хырдалана”, – сказал А.Наджафли.

    По словам главы пресс-службы, осталось завершить некоторые работы в районе указанной круговой развязки.

  • Bakı-Sumqayıt yolunda yenidənqurma işlərinin yekunlaşacağı tarix açıqlandı – RƏSMİ

    Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri iyun ayının ilk ongünlüyündə yekunlaşacaq.

    Bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    O bildirib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində magistral yolun, demək olar ki, hər iki hissəsində görülən tədbirlər tamamlanmaq üzrədir:

    “Artıq genişləndirilən hərəkət zolaqlarına asfalt döşənməsi prosesi başa çatdırılıb. Sağ və sol istiqamətdə əlavə bir hərəkət zolağı yaradılıb. Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yol, həmçinin, Xırdalan dairəsinin altından keçən avtomobil tuneli hər iki istiqamət üzrə iki hərəkət zolağı enində genişləndirilib.

    Paytaxtda Sumqayıt şəhəri istiqamətindən giriş-çıxışı təkmilləşdirmək məqsədilə “20 Yanvar” metrostansiyasının “Azərsu” ASC-nin inzibati binasının qarşısında yerləşən çıxışının yeri dəyişdirilərək, 8-10 metr irəli çəkilib.

    “20 Yanvar” dairəsinin ölçüləri də dəyişdirilərək, “oval” formaya salınıb. Sadalanan bütün işlər artıq, demək olar ki, başa çatıb. Xırdalan dairəsinin altından keçən tunel ətrafında son tamamlanma işləri qalıb. O işlər də iyun ayının ilk ongünlüyündə tam başa çatdırılacaq”.

  • Azərbaycanda əsas turizm dəhlizləri açıqlandı – RƏSMİ

    “Azərbaycanda insanlara xidmət edən resurslar dörd turizm dəhlizi üzərində qurulub. Onlar Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə, Bakı-Lənkəran istiqamətindədir”.

    Bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda ən çox turist cəlb edən region Bakı və Abşerondur:

    “Bakının gəlmə turizmdən daha çox asılılığı var. Yaxın illərə olan strategiyamızın bir hissəsi Bakının gəlmə turizmdən asılılığını azaltmaqdır. Bakıya regionlardan gələn insanlar da çoxluq təşkil edir.

    Yaxın dörd il üçün nəzərdə tutulan strategiyamızda daha çox investisiyanın regionlara qoyulması əsas götürülüb”.

    “Yeni kadrlar hazırlanacaq, infrastruktur olacaq, mövsümilik aradan qalxacaq”, – deyə DTA rəsmisi əlavə edib.

  • Кенан Гулузаде о потерях въездного туризма из-за коронавируса

    Число иностранцев, прибывших в Азербайджан в апреле 2020 года, сократилось на 91,7% из-за коронавирусной пандемии по сравнению с аналогичным периодом прошлого года.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом в прямом эфире телеканала ATV 30 мая сказал пресс-секретарь Государственного агентства по туризму Азербайджана Кенан Гулузаде.

    По его словам, в настоящее время туристы не посещают Азербайджан, так как границы закрыты, транспортное сообщение приостановлено.

    Также К.Гулузаде отметил, что турпоток в страну в январе-феврале вырос на 15-17% по сравнению с аналогичным периодом 2019 года.

  • Azərbaycan koronavirus dövründə nə qədər turist itirib? – AÇIQLAMA

    “Ötən illə müqayisədə, apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb”.

    Oxu.Az-ın məlumatına görə, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

    O qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin sayında 15-17 faiz artım olub:

    “Koronavirus pandemiyası başladı. Aprelin sonu üçün ölkəmizə gələn xarici vətəndaşların sayı ötən illə müqayisədə, 91,7 faiz azalıb. Mayda da təxminən elə rəqəmlər gözlənilirdi.

    Hazırda gələnlərin sayı sıfırlanıb. Bu, gözlənilən idi. Çünki dövlətlər sərhədlərini bağlayıb, gediş-gəliş dayanıb”.

  • Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ

    Koronavirus pandemiyası dövründə turizm sahəsi üzrə çalışan sahibkarlara verilən məbləğ açıqlanıb.

    Bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

    Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir:

    “Mayın 15-dək hotelçilər və turizmçilər işçilərin maaşlarını vermək üçün dövlətdən 7 milyon 500 min manatdan çox yardım alıblar. Dövlət milyonlarla pul xərcləyib ki, turizmçilərə dəstək olsun”.

    K.Quluzadə qeyd edib ki, turizm sahəsinə dəyən ziyan uzunmüddətli olacaq:

    “Dəstək üçün yeni mexanizmlər axtarırıq. Onu deyə bilərəm ki dünya turizmi bir-iki ilə tam olaraq formalaşacaq”.

  • Армяне продолжают нарушать режим прекращения огня

    Подразделения вооруженных сил Армении, используя снайперские винтовки, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 29 раз.

    Об этом сообщает 30 мая пресс-служба Минобороны Азербайджана.

    С позиций в селе Чинари Бердского и на безымянных высотах на территории Красносельского районов Армении подверглись обстрелу расположения азербайджанской армии в селе Коханеби Товузского и в селе Гаравелилер Гедабейского районов.

    Обстрел также велся с позиций, расположенных на безымянных высотах и близ оккупированных сел Гейарх, Чилябюрт – Тертерского, Мерзили – Агдамского, Гараханбейли, Горадиз – Физулинского районов.

  • Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 29 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.