Month: May 2020

  • Ramazan ayının 29-cu gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 29-cu günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 23-də imsak vaxtı saat 03:28-də, iftar vaxtı isə 20:13-dədir.

    29-cu günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”.

    Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Заключение судмедэкспертизы: Погибший в Огузском районе мальчик подвергся нападению медведя

    Смерть мальчика, потерявшегося накануне в Огузском районе, наступила в результате удара, нанесенного ему медведем.

    Об этом oxu.az сообщили в прокуратуре и управлении полиции Огузского района.

    Тело пропавшего 21 мая жителя села Хачмаз Огузского района Джабраила Мамедли (2007 года рождения) было обнаружено в пятницу утром в реке в двух километрах от места проживания мальчика в результате оперативно-розыскных мероприятий, проведенных с участием спасателей Северо-Западного регионального центра МЧС Азербайджана, сотрудников прокуратуры, полиции и других соответствующих учреждений.

    Судмедэксперты обнаружили повреждения в области головы Дж.Мамедли. По предварительной версии, травмы мальчику были нанесены диким животным (медведем).

    В настоящее время по данному факту проводится расследование.

  • İslahatların məqsədi: Rüşvətxorluğun kökü kəsilməlidir – VİDEO

    Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğun kökü kəsilməlidir deyildiyi halda bəzi məmurlar tamahından əl çəkmir ki, çəkmir.

    Hələ də dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxarmayıb kasıbın malına, haqqına göz dikənlər tapılır. Belə vəziyyətdə həmin şəxslərin öz nəfslərini milli maraqlardan üstün tutması dövlətə xəyanət hesab edilir. Çünki bu əməllər vətəndaşda dövlətə, aparılan islahatlara inamsızlıq yaradır. Nəticədə belə şəxslər dövlətin sərt üzü ilə qarşı-qarşıya qalırlar.

    Millət vəkili Elşad Mirbəşiroğlunun fikrincə korrupsiya hallarına imkan verən şərait, boşluqlar mövcud olduqca rüşvətxorluğun tam kökü kəsilməyəcək:

    “Ölkə prezidenti korrupsiyaya qarşı qətiyyətli mübarizə aparmaqdadır. İnstitusional islahatların da mərkəzində məhz həmin amillərin aradan qaldırılması dayanır. Qısacası məmur-vətəndaş təması minimuma endirilməlidir”.

    Millət vəkili Hikmət Babaoğlu isə rüşvətxorluqla mübarizədə ictimai nəzarətin xüsusi çəkisini vurğulayır:

    “Aydındır ki, ümumi islahatlar dalğasında kadr islahatları da qaçılmazdır. Korrupsiya kimi bəlayla mübarizədə müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalı, ümumi işə öz töhfəsini verməlidir. Bu zaman keçmiş kadrların xoşagəlməz addımlarının nəticəsi göz önündə olmalı, qanunun aliliyi qorunmalıdır”.

  • Sahil Babayev: “Azərbaycanda daha beş DOST mərkəzinin açılması üçün işlər görülür”

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib.

    Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yaxın aylarda Bakının Binəqədi rayonunda da yeni DOST mərkəzi açılacaq.

    Prezident İlham Əliyevin tapşırığına əsasən, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə yeni DOST mərkəzlərinin yaradılması təmin olunacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında vurğulayıb.

    O bildirib ki, hazırda daha beş mərkəzin – Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdə rayonlarında DOST mərkəzlərinin açılması üçün işlər aparılır. Nazir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verdiyini qeyd edib. Bildirib ki, bu konsepsiya, eyni zamanda, mərkəzlərdə dövlət sosial xidmətlərinin innovativ əsasda daim təkmilləşməsini, yeni dəstək mexanizmləri ilə zənginləşməsini hədəf kimi nəzərdə tutur. Yaradılan DOST mərkəzləri də bu prinsipi rəhbər tutmalıdır. Həmçinin 142 – Çağrı mərkəzinin fəaliyyəti müraciətlərin cavablandırılması funksiyası ilə bərabər, dəstək mərkəzi tipli missiyanı daşımaq üçün təkmilləşməlidir.

    S.Babayev vurğulayıb ki, dövlət başçısının müəyyən etdiyi əsas vəzifələrdən biri – şəffaflığın təminatı, korrupsiyaya qarşı ardıcıl və qətiyyətli mübarizənin aparılmasıdır. Nazirliyin daxili audit yoxlamaları nəticəsində aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün bu barədə məlumatlar aidiyyəti orqanlara təqdim edilir. Qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sistemində əsas prinsip şəffaflığın təminatı olacaq və bu prinsipə zidd fəaliyyət göstərənlərə qarşı ciddi tədbirlər görüləcək, qanun pozuntularına yol verilməsinin qarşısının alınması üçün qətiyyətli addımlar davam etdiriləcək. Bununla yanaşı, aparılan köklü islahatlar da dövlət sosial xidmətlərində şəffaflığın təminatına nail olmağa imkan verir ki, bunun əyani nümunəsi – DOST mərkəzləridir. Bu mərkəzlərin sayının artırılması da şəffaflığın təminatı sahəsində yeni-yeni nailiyyətlərə yol açır.

    S. Babayev sosial ödənişlərin davamlılığının təmin edildiyini, pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişinin artıq hər ay vaxtından daha tez həyata keçirildiyini deyib. O qeyd edib ki, bu pozitiv proses qarşıdakı dövrdə də uğurla davam etdiriləcək. Nazir bildirib ki, həssas əhali qrupları ilə bağlı qanunvericiliyin humanistləşdirilməsi bu gün əsas fəaliyyət istiqamətlərindən biridir. Bu proses pensiya qanunvericiliyini də əhatə edir. DSMF-nin nəzdində “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” publik hüquqi şəxs yaradılır ki, bu da qeyd edilən şəxslərə göstərilən sosial xidmətlərin keyfiyyətinin artmasına hesablanıb.

    S.Babayev Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, vətəndaşların qəbulu prosesi və s. barədə də tapşırıqlarını verib. İclasda Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun layihəsi, “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” publik hüquqi şəxsin yaradılması, nizamnaməsinin, strukturunun və ştat cədvəlinin təsdiq edilməsi məsələləri ətraflı müzakirə olunub.

  • Камиль Зейналлы вернулся домой – ВИДЕО

    Спортсмен Кямиль Зейналлы, после отбытия 10-суточного ареста за нарушение правил карантинного режима сегодня около 18:00 вышел на свободу.

    Как передает Median.Az, после освобождения Камиль вернулся домой. Спортсмена встретили его мать Сахиля Зейналова и дочь, которую он назвал в честь матери.

    К.Зейналлы скрывал от дочери, что содержится под арестом, сказав ей, что находится в Стамбуле.

    По возвращению домой спортсмен поужинал с родными. Внимание привлекло отсутствие на распространенных в соцсети видеокадрах его супруги – певицы Гюлай Зейналлы.//oxu.az

  • Qızının həbsdən çıxan Kamil Zeynallını qarşılama anı – VİDEO

    Xəbər verdiyimiz kimi, karantin qaydalarını pozan məşhur fitnes məşqçi Kamil Zeynallı bu gün saat 18 radələrində azadlığa çıxıb.

    Median.Az xəbər verir ki, mayın 12-sində həbs olunub 10 sutka inzibati həbs cəzasını başa vuran Kamil azadlığa çıxdıqdan sonra yaşadığı evə gedib.

    İdmançını evdə anası Sahilə Zeynalova qarşılayıb. Kövrək anlar yaşayan Zeynallı eyni zamanda qızı Sahilə ilə də görüşüb.

    Həbsdə olduğunu qızından gizləyən məşhur idmançı ona “Gör, İstanbuldan sənə nə almışam?” deyərək, ona böyük qutuda aldığı oyuncağı hədiyyə edib.

    Daha sonra K.Zeynallı ailəsi və yaxınları ilə birgə masa arxasında əyləşərək, şam yeməyi yeyib. Diqqət çəkən məqam isə çəkilib, sosial şəbəkədə paylaşılan görüntülərdə Kamilin həyat yoldaşı Gülay Zeynalovanın gözə dəyməməsi olub.//oxu.az

  • Pakistanda qəzaya uğrayan təyyarənin pilotu ilə dispetçerin səs yazısı yayıldı – VİDEO

    “Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus “Airbus 320” sərnişin təyyarəsinin pilotu ilə dispetçer arasında danışıqların audio yazısı yayılıb.

    REN TV xəbər verir ki, səs yazısını məşhur pakistanlı pilot Fəxr- Əl Əlam öz “Twitter” hesabında paylaşıb.

    Səs yazısında təyyarənin komandiri dispetçerə xəbərdarlıq edir ki, “Airbus 320”nin mühərrikində nasazlıq yaşanır.

    Dispetçer isə cavabında bildirir ki, uçuş-enmə zolağı hava gəmisinin qəbul etməyə hazırdır.

    Qeyd edək ki, bu gün “Pakistan Hava Yolları” şirkətinə məxsus “Airbus 320″ sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 99 sərnişin və səkkiz ekipaj üzvü olmaqla 107 nəfər həlak olub.

  • Глава районной ИВ поручил замуровать окна лицея, выходящие на его виллу – ВИДЕО

    Глава Исполнительной власти Тертерского района Мустагим Мамедов поручил замуровать окна лицея №96.

    Как передает Yenisabah.az, информация об этом распространилась в социальных сетях.

    Согласно имеющимся данным, учебное заведение располагается по соседству с виллой главы ИВ, в связи с чем М.Мамедов поручил замуровать окна лицея, выходящие на его дворовой участок.

    Также сообщается, что в настоящее время в лицее проживают вынужденные переселенцы из Кельбаджарского района.

    Подчеркивается, что дом М.Мамедова раньше принадлежал государству и что глава ИВ его приватизировал.

  • İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün – VİDEO

    Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.

    Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

    Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.

    “Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, – məlumatda qeyd olunub.

    Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

    Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.

    İcra başçısı onun özəlləşdirərək özünə ev edib.

  • Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 22-nə olan statistik göstəriciləri açıqlayıb.

    Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 659 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 259 155 test aparılıb.