Month: May 2020

  • Konstitusiya Məhkəməsindən təzminat hüququ ilə bağlı – Qərar

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

    Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən veriiən məlumata görə, iclasda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, ekspertin rəyini nəzərdən keçirib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

    Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

    Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.

    Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

    Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyənləşdirilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

  • Fransada daha 110 nəfər koronavirus infeksiyasından ölüb

    Fransada son sutkada koronavirusdan ölənlərin sayı 110 nəfər də artaraq, ümumilikdə 28 132 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

    Məlumata görə, onlardan 17 812 nəfəri xəstəxanalarda, 10 320-si qocalar evlərində və tibbi-sosial müəssisələrdə ölüb.

    “17 941 nəfər hazırda xəstəxanalardadır, bir həftə isə 21 071 nəfər xəstəxanaya yerləşdirilmişdi. Sutka ərzində daha 432 nəfər xəstəxanaya müraciət edib. Reanimasiya isə 1794 nəfər var”, – məlumatda belə deyilir.

    Epidemiyanın əvvəlindən 63 354 xəstə sağalaraq xəstəxanaları tərk edib.

  • Gədəbəydə avtoqəza zamanı xəsarət alanlardan biri ölüb – YENİLƏNİB

    Gədəbəydə baş vermiş avtoqəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 20 yaşlı Elxan Məmmədov və onun həmyaşıdı Rəşid Aslanzadə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

    Onlardan E.Məmmədov bütün tibbi yardımlara baxmayaraq, xəstəxanada keçinib.

    ***

    Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

    Hərəkətdə olan “Ford” markalı minik maşını ilə “NAZ Lifan” markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Ukraynada karantin müddəti uzadıldı

    Ukraynanın Nazirlər Kabineti COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin müddətini iyunun 22-nə qədər uzadıb.

    Ukrayna Səhiyyə naziri Maksim Stepanov bildirib ki, karantinin müddəti regionlarda yoluxmanın səviyyəsi nəzərə alınaraq uzadılıb.

    TASS agentliyi xəbər verir ki, may ayının 22-dən etibarən Ukraynada şəhər və şəhərətrafı ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir, hotellər qonaqları qəbul etməyə başlayır. Bundan əlavə, tamaşaçıların iştirakı istisna olmaqla idman tədbirlərinin keçirilməsinə icazə verilir.

    Metro və uşaq bağçalarının açılması may ayının 25-dək təxirə salınıb.

  • Календарь и молитва двадцать седьмого дня месяца Рамазан

    Завтра двадцать седьмой день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 21 мая – в 03:30, а время ифтара – в 20:11.

    Молитва, читаемая перед имсак:

    “Аллахуммар зукни фихи фадля лейлятиль кадр Уа саййир умури фихи миналь усри иляль йуср уа уа́кбаль маази́римуа хутта а́ннийаз занба уаль визр йа рауфан биибадихис-салихин”.

    Перевод:

    “О, Аллах! Ниспошли мне в этот день благословение и благодать Ночи Предопределения, преврати мои трудности в облегчения, прими мои извинения, удали от меня грехи и их последствия, о, Благосклонный к Своим праведным рабам!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”.

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının 27-ci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 27-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 21-də imsak vaxtı saat 03:30-da, iftar vaxtı isə 20:11-dədir.

    27-ci günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”.

    Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb – YENİLƏNİB

    Mingəçevirdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, 37 yaşlı Fərqanə İsayeva həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, xəstəxanada keçinib.

    Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.

    ***

    Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanıb.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.

    1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına beş bıçaq zərbəsi vurulub.

    Faktla bağlı araşdırma başlanılıb.

  • Bu tələbələr imtahandan azad edildi – Nazirlik rəsmisi açıqladı+Video

    Sonuncu kursda təhsil alan tələbələr, eləcə də orta ixtisas təhsili müəssisələrində oxuyanlar dövlət imtahanı vermədən məzun ola biləcəklər. Bunun üçün onların akademik borclarının olmaması kifayətdir.

    Median.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Koronavirus pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarını şərh edən Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.

    Onun sözlərinə görə, yalnız bəzi ixtisaslarda buraxılış işinin universitetə təqdim olunması tələb oluna bilər.

    Nazirliyin sektor müdiri tələbələrin təqaüd ala bilmələri üçün onlara güzəşt ediləcəyini də deyib. Odur ki, tələbələrin imtahanlarda iştirak edərək qiymətlərini düzəltmələri üçün sentyabrın 15-dək vaxt veriləcək.

    Həyata keçirilən tədbirlərdən ən önəmlisi isə akademik borcların, yəni kəsirlərin verilməsi ilə bağlıdır. Belə ki, öncədən mövcud olan, ancaq 2 kəsir vermək məhdudiyyəti aradan qaldırılıb.

    Yaşar Ömərov onu da bildirib ki, hətta əvvəlki illərdən əlavə 2 kəsiri olanlar da imtahan verərək borclarını ödəyə bilərlər. Həm universitetlərdə, həm də kolleclərdə son kursda yox, digər kurslarda oxuyanların yekun qiymətləri isə həmin təhsil müəssisələrinin elmi şuralarının qərarı ilə Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək. Qiyabi təhsil alanlar da eyni qaydalardan faydalana biləcəklər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • США оценили ущерб миру от действий Китая в связи с коронавирусом

    Вклад Китая в борьбу с распространением нового коронавируса должен составлять более 9 трлн долларов США.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом в среду заявил на брифинге госсекретарь США Майкл Помпео.

    “Вклад Китая в борьбу с пандемией ничтожный, если сравнить с той ценой, которую из-за них заплатил мир, – сказал он. – В эту цену входят 90 тыс. жизней американцев, более 36 млн американцев, лишившихся работы, начиная с марта, и 300 тыс. смертей во всем мире. [Вклад Китая] должен быть более 9 трлн долларов США, согласно нашим подсчетам”.

  • Koronavirusun dünyaya vurduğu ziyanın miqdarı açıqlandı

    COVID-19-a qarşı mübarizə tədbirlərinə Çinin töhfəsi 9 trilyon ABŞ dollarından artıq olmalıdır.

    Median.Az xəbər verir ki, bu fikirləri brifinq zamanı ABŞ dövlət katibi Mayk Pompeo dilə gətirib.

    “Çinin pandemiyaya qarşı mübarizəyə verdiyi töhfə onların üzündən dünyanın çəkdiklərini nəzərə alsaq, çox cüzidir. Bu məhrumiyyətlər sırasına mart ayının əvvəlindən bu yana ölən 90 min amerikalının həyatı, 36 milyondan artıq amerikalının iş yerindən olması, bütün dünyada 300 min ölüm hadisəsi daxildir”, – Ağ Ev rəsmisi qeyd edib.